Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə33/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   29   30   31   32   33   34   35   36   ...   137

 
81
İkinci hissəsi isə dil daşıyıcısı olan ayrı-ayrı adamların başındadır, 
yaddaşındadır. Dili anlama kodu isə tək-tək adamların yaddaşındadır. Bu 
kod kitab və  dərsliklərdə  təsvir edilsə  də, kitablar mətn oxuya bilmir. 
Mətn oxuya bilən alət ancaq təfəkkürdür, konkret adamların yaddaşıdır. 
Kompüter də məti yox, ancaq işarələri tanıyır, amma oxumur. 
Mətnlərin bir hissəsinin insanların yaddaşında yaşaması  nə 
deməkdir? Bu bir tərəfdən dilin yazıya qədərki vəziyyəti idi. Yazıya qədər 
dilin formulu belə idi: adamların əzbər bildiyi mətnlər üstəgəl bu mətnləri 
anlaya bilmə vərdişlərini daşıyıcısı olan adamlar çoxluğunun fərdi anlama 
vərdişi. Beləliklə dil iki müstəvidə mövcuddur: 1) onun daşıyıcısı olan 
fərdi adamlar çoxluğunun yaddaşında və 2) maddiləşmiş yazı  mətnləri 
kimi. Lakin ünsiyyət aləti kimi işləmək üçün şifahi ya yazılı  mətnlər 
çoxluğunun bir fraqmenti ilə  şüurlu ünsiyyətə girən ikinci şəxs lazımdır. 
Adamların ölməsi ilə dil daşıyıcılığı da ölür. Ona görə insanlar mədəni 
mənada dil daşıyıcılığını  nəsildən-nəslə vermək üçün təhsil və  tərbiyə 
sistemi yaradıblar.  
Nitq – əkslikdir, birinci şəxsdə yazılı və şifahi mətnyaratma, ikinci 
şəxsdə isə mətnoxuma və mətn anlama prosesidir. 
Mətn – birinci şəxsin söz və söz birləşmələri ilə yaratdığı və bütün 
hallarda, ikinci şəxsə ünvanlanan informasiyanın görümlü maddi səs ya 
yazı işarələr sırası kimi təsviridir. İnformasiyanı saxlamaq üsuludur.  
Mətnyaratma  – sözləri və söz birləşmələrini  əzbərləmə (bilmə) 
sayəsində onları simvol sırası kimi yeni-yeni problem-situasiyalara aid 
etməkdir. Bu, situasiyaları ikinci şəxslər üçün təsvir etməkdir. Dünyanın 
təzə  mətnlərdə  hər bir təsviri birinci şəxsə  əvvəldən məlum olan mətnlə 
təsvirlər əsasında yeni kombinasiyaların, analoji təsvirlərin, mətn variant-
larının yaradılmasıdır. Dünyanı  hər bir təsvir – əvvəlki mətn bilgisinin 
yeni hallara tətbiqidir, mətn əsasında yeni mətn (variant) yaratmaqdır. Bu, 
bir tərəfdən ikinci şəxslər tərəfindən bu təsvirlərin oxunmasını asanlaşdı-
rır, çünki əvvəlki mətnləri bilmək kod funksiyası oynayır və bunsuz mətn-
lə ünsiyyət çətinləşir. O biri tərəfdən əvvəlki mətn yaddaşının (variantla-
rın) yeni mətnyaratmada iştirakı mətnyaratmanın 99 faiz hallarda analogi-
ya üzrə heç bir yaradıcılıq olmadan getməsi ilə  nəticələnir. Dildəki mətnya-
ratmanın mexaniki, işarəvi təbiətini ört-basdır edən bu prosesin fərdiliyidir. Hər 
bir mətnyaratma fərdi yaddaş prosesidir və üslubi özəlliyə malik olur. Lakin 
həmişə əvvəlcədən (əzbər) bilinən mətn variantları əsasında yaradılır.  
Canlı nitq zamanı  mətnyaratma necə analogiya, əzbərçilik  əsasında 
gedirsə, müəllif mətnyaratmasında da analogiya əsasında gedir. Danışıq pro-
sesində birinci şəxs necə  fəhmlə, kor-təbii olaraq mətn sıraları  və parçaları 
yaradırsa, müəllif yaradıcılığı prosesində də mətnyaratma fəhmlə gedir. 


 
82
Lakin strukturalizmin mətnyaratma qanunlarına və kodlarına mara-
ğı ciddi bir problemdir və dilin təbiətini izah baxımından köklü əhəmiyyə-
tə malikdir. Strukturalizmin əsas nailiyyətləri dilin, mətn mədəniyyətinin 
işarə sistemi olması barədə təsəvvürlərin müəllif yaradıcılığına və mədə-
niyyətin müxtəlif sahələrinə şamil edilməsidir. Bunun sayəsində mədəniy-
yətin müxtəlif sahələrində  şərti işarəvi obraz, mətn dilləri barədə  təsəv-
vürlər xeyli konkretləşmişdir. Bu bədii  əsərin və obrazın strukturunun 
yeni nəzəriyyəsini irəli sürməyə imkan vermişdir. Lakin bu nəzəriyyə hələ 
süjet. kompozisiya, fabula, konflikt, əhvalat və s. kimi klassik terminlərin 
əhəmiyyətini heç də tam aradan qaldırmamışdır. Strukturalizm bu gün də 
dilin təbiəti və quruluşu barədə  nəzəriyyələrdən bədii  əsər  şərh etmək 
üçün istifadə etmək təşəbbüsüdür və klassik ədəbi  şərhdən fərqli 
təsəvvürlərə yol aça bildiyi üçün müasir ədəbiyyat elmində öz yeri vardır. 
Məna – sözdə mövcud deyil. Məna – söz aləti ilə yaddaşda müəy-
yən sahələrin aktuallaşması prosesidir. Məna sözün ikinci şəxs tərəfindən 
qavranma prosesidir və ancaq onun başında yaranır və yox olur. Məna sö-
zü oxuma, görmə  və  eşitmədən sonra yaranır, bunlardan qabaq heç bir 
sözdə heç bir məna yoxdur. Mənayaranma prosesi mətn bilgisinin yaddaş-
da doğan mürəkkəb bir nəticəsidir. 
Ona görə bir sıra strukturalistlərin bədii mətnləri məna daşıyıcısı 
kimi təqdim etməsi yanlışdır. Məna daşıyıcılığı  mətnlər (rituallar) haqda 
mədəniyyətlər daxilində  qəbul olunmuş  təsəvvürdür, faktı anlama üsulu-
dur. Məna problemləri mətnlərə yox, onların ikinci şəxs tərəfindən qavra-
yışı probleminə aiddir. Ona görə strukturalizmin guya sosioloji ədəbiyyat-
şünaslıqdan uzaqlaşması barədə təsəvvürlər yanlışdır. Görkəmli struktura-
listlərin mətnlərdə  məna tapma sahəsindəki bütün tədqiqatları  əslində 
sosioloji və  mədəni tarixi metodun hüdudlarından kənara çıxmır. Onlar 
klassik ədəbiyyatşünasların təhlillərini universal kod termini altında müa-
sir  ədəbiyyata tətbiq edirlər. Tapılan arxetiplər, miflər, modellər  əslində 
mətnlərdən yox, strukturalistlərin klassik nümayəndələrinin təhlil  ənənə-
sindən gəlir və onlar yeni-yeni mətnlərə tətbiq edilir. Bu baxımdan və bu 
tərzdə hərəkət etdikdə marksist ədəbiyyatşünaslıqla strukturalizm arasında 
metodoloji eyniyyət müşahidə olunur. 
Ona görə struktural poetikanın sosiologizmin hüdudlarından çıx-
ması barədə təsəvvürlər yanlış və özünü aldatmadır. Strukturalist ədəbiy-
yatşünas da, irəli fəsillərdə görəcəyimiz kimi, konkret təhsil şablonlarının 
daşıyıcısıdır. 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə