Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə31/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

 
77
yaxşı görmək olar. Sözdəki, hekayə mətnindəki simvolik məna təcrübə və təhsil 
prosesində adamların yaddaşında toplanan biliklər  əsasında mətnin oxunması 
prosesində yaranır. Yaddaşda olmayan heç bir mənanı, simvolu mətndə tapmaq 
olmaz. Mətndə bildiriləni tapma da tanımanın (psixi proses) bir şəklidir. 
Yaddaşda olmayan şeyi tanımaq və ya məna kimi tapmaq olmaz. 
İnsanların dildən fərqli işarə sistemlərindən də istifadə etdiyi ortaya 
çıxdı: musiqi əlifbası, hərbiçilərin morze əlifbası, yol hərəkətini nizamla-
yan işarələr, mərasimlərdə və hərbi geyimlərdə istifadə olunan nişanlar və s. də 
bir sistem kimi araşdırıldı və semiotika (fransızca – işarə) elmi adlandırıldı. 
Strukturalizmin sürətlə yayılmasının bir səbəbi də psixoloji dilçilik 
məktəbinin və ədəbiyyatşünaslıqda psixoloji məktəbin öz istiqaməti ilə 
dilin işarəviliyi nəzəriyyəsinə yaxınlaşmaları idi. O biri tərəfdən, psixo-
logiya elmi insan təfəkkürünü tədqiq edərkən yaddaşın  işarə prinsipi ilə 
qurulduğu nəticəsinə yaxınlaşırdı.  Ədəbiyyatşünaslıqda psixoloji məktəb 
poetik epiteti, bənzətməni, təini araşdıraraq onun bədii təsvirdə və deməli, 
dünyanı elmi təsvirdə də universal əhəmiyyət daşıdığı nəticəsinə gəldilər. 
Bu universallığın sadə bir səbəbi vardır: hər bir yaddaş  bənzətmə
epitet prinsipi ilə  işləyir. Xatırlama və tanıma prosesi indiki zamanda 
görülən (seyr edilən)  şeyin  əvvəl görülmüş  şeyə oxşadılmasıdır. Biz 
küçədə əvvəllər heç vaxt görmədiyimiz bir it görürük və onu it kimi tanı-
yırıq. Gördüyümüz konkret itin surəti bizim yaddaşımızda yox idi, əvvəl-
lər onu heç vaxt görməmişdik. Amma biz onu bir it kimi tanıya bildik. 
Nəyə əsasən tanıdıq? Biz konkret iti əvvəllər gördüyümüz itlərə oxşatdıq, 
onlarla eyniləşdirdik (identifikasiya etdik). Hər bir tanıma və dil vasitəsi 
ilə tanıma – təsvir, bənzətmə və oxşatma prosesi kimi baş verir. Bu təfək-
kürün universal epitet, oxşatma təbiəti ilə bağlıdır. Ona görə söz  də, söz 
birləşməsi də, yazılı mətn də oxşatma və bənzətmə sırasıdır. 
Ən bəsit “Bu itdir” kimi söz birləşməsindən tutmuş  ən mürəkkəb 
elmi və bədii mətnlərə qədər dünyanın sözlə yaradılan istəniləm təsviri və 
obrazı oxşatma prinsipi ilə yaradılır. Bu dilin tavtoloji təbiətini müəyyən 
edir. Tavtolojilik sözün təbiətindədir: bir “it” çözü bütün itlər çoxluğunu 
tanıtmaq üçün istifadə edilir və bu, sözün təbiətidir. Bu o deməkdir ki, 
sözlərlə onların bildirdiyi maddi şeylər arasında bağlılıq yoxdur. Sözlər 
maddi şeylərin işarəsidir. 
Oxşatma və  işarələmə (bildirmə) eyni tanıma prosesinin danışana 
və eşidənə aid iki mərhələsidir. Maddi və əyani şeyləri biz sadə oxşatma 
prosesi kimi tanıyırıq. Bu birinci siqnal sistemindəki prosesdir. Bur də 
mətni oxuyaraq onda təsvir edilənləri tanıma var və bu artıq ikinci siqnal 
sistemi kimi gedir. Yəni konkret iti görüb tanıma ilə, mətndə “it” sözünü 
oxuyub onu dünyanın təsviri kimi tanıma (oxuma) yaddaşın ikinci səviyyə-


 
78
sidir. “İt qonşunu parçaladı” mətnində “it” sözü yeni keyfiyyətdədir: o, dün-
yanın mətndəki mənzərəsini tanıma zamanı xalis işarə xarakteri daşıyır. Yəni 
bir tərəfdən bizin yaddaşımız üçün dünyadakı bütün itlərin işarəsi ola bilir, 
ikinci tərəfdən isə mətndə haqında danışılan itin obrazı (epiteti) ola bilir.  
Deməli, sözün nitqdə və mətndəki funksiyası arasında fundamental 
fərq vardır. Nitqdə sözlər  əsasən  konkret  şeylərin, münasibətlərin 
bildiricisi olur, həmişə epitet funksiyası daşıyır. Nitqdə sözlər real dünyanı 
təsvir etmək vasitəsidir. Nitq iki adamın danışığıdır. Danışan və  eşidən. 
Danışma dünyanı sözlə  təsvirdir və bu təsvirin məqsədi ikinci şəxsin bu 
təsviri məlumat kimi mənimsəməsidir. Birinci şəxs kimi danışma həmişə 
mətnyaratmadır. Eşidən ikinci şəxs üçün isə anlamadır, yəni danışanın 
mətnindəki sözləri işarə keyfiyyətində tanıma və bu işarələrin köməyi ilə 
yaddaşda dünyanın yeni obrazının yaradılmasıdır.  
İnsanların dildən istifadəsi  ənənəvi F.Sösür məktəbində “nitq” 
termini ilə  işarə olunurdu. Lakin nitq termini də  məna termini kimi 
funksiyadır. Danışıq, nitq ünsiyyət prosesinin obrazıdır. Əslində vahid bir 
nitq prosesi yoxdur və bu termin dilçiliyi dalana dirəmişdir. Nitq anlayışı 
bir-birinə qarşı  əks qütblərdə duran iki müxtəlif prosesi bildirir. Birinci 
şəxs mətnyaratma prosesidir, dünyanı sözlə təsvirdir. İkinci şəxs isə mətn-
dəki söz işarələri ilə həmin təsviri öz yaddaşında yenidən yaratmadır. Bu 
yenidən yaratma məişətdə,  şifahi danışıqda “anlama”, yazılı  mətnə görə 
isə “oxuma” adlanır. Bunlar dildən istifadənin iki əsas formasıdır. Hər iki-
si dünyanı fərdi başda təsəvvür etməkdir, obrazını yaratmaqdır. Sözün ox-
şadıcı  təbiəti mətnləri anlama və oxumada da təkrar olunur. İkinci  şəxs 
heç vaxt birinci şəxsin mətnini birincinin eyni kimi, identik şəkildə oxu-
mur. Danışanın yaratdığı mətnlə eşidənin başında yaranan mənzərə və tə-
səvvür arasında heç zaman bərbərlik işarəsi qoymaq olmaz. Bunlar həmişə 
mənşəcə bir subyektə (şəxsə) məxsus mətnin (informasiya ötürmə niyyəti-
nin) iki variantıdır. Dildə eyniyyət yoxdur və mümkün deyildir, çünki söz-
lər şey və hadisələri ancaq oxşada bilir, mütləq təsvir yarada bilmir. Hətta 
foto da mütləq təsvir deyil. İnsanlar mütləq təsvir və eyniyyət gərək olan-
da mətnlərin əzbərlənməsindən istifadə edirlər. Lakin əzbər mətnlər də yenə 
müxtəlif subyektlərin başında müxtəlif anlama və oxunuş variantları yaradır-
lar. Belə variantlılıq elə sözün bənzədici (epitet) təbiətinin yaddaş prosesində 
təzahürüdür, başqa sözlə oxuma və anlamanın dil daşıyıcılarının sayı qədər va-
riantdan ibarət olmasıdır. Dildə birinci şəxsin mətni də orijinal deyil, variantdır. 
Çünki sözün və söz birləşməsinin (mətnin) özü də bütün hallarda ancaq və 
ancaq işarədir və ya müxtəlif uzunluqlu işarə sırasıdır.  
“İt” sözünü eşidən hər adam fərdi bir it təsəvvür edir. Mətn də 
elədir. Birinci şəxsin şifahi mətnini eşidən əlli tələbənin hər biri müəllimin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə