Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə28/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   24   25   26   27   28   29   30   31   ...   137

 
71
bənzətməkdən, təsvir etməkdən başqa açıqlama üsulu tanımır, bunların 
hər ikisi isə eyni bir şeydir: filan-filandır metaforasıdır.  
Vilhelm Vunt da rus alimindən xəbərsiz olaraq “appersepsiya” nə-
zəriyyəsini irəli sürmüşdü: alim qavramanı, tanımanı  əvvəlcədən dərk 
olunmuş təcrübə materialı ilə bağlayırdı. Burada “dərk olunmuş” termi-
ni işlədilir, “təcrübə” termini işlədilir. Bunlar müasirləşdirmə idi. Əslində 
ibtidai insanlarda obrazlı yaddaşdan söhbət getməlidir, belə yaddaş əvvəl-
lər dəfələrlə görülmüş obrazların, əşya və heyvanların tanınmasına imkan 
verirdi. V.Vunt bu prosesi ümumi şəkildə doğru şərh edirdi. Onun ilk dəfə 
olaraq mifin və obrazın mənşəyini  əlaqəli  şəkildə izah etməyə çalışması 
özündən sonrakı elmə böyük təsir göstərdi. Rus alimindən fərqli olaraq 
V.Vunt bu problemlərə filoloji deyil, daha çox psixoloji elmə  məxsus 
terminologiya vasitəsi ilə gəlirdi. Dil, mif və poeziyanın mənşəyi məsəl-
əsini bir müstəvidə götürən alim haqlı olaraq bunları insanların kollektiv, 
sosial, birgə  fəaliyyətinin nəticələri kimi izah etməyə çalışırdı. Dilin və 
mifin mənşəyindəki sosial aspekt insanların bir-birinə informasiya ötür-
mək. bir-birinin davranışını idarə etmək təşəbbüsləri ilə bağlı idi. Bunların 
hamısı hakimiyyət və dövlət yaradıcılığı prosesinin də tərkib hissələri idi. 
A.Potebnya bu mənada haqlı idi: indiki zamanda seyr edilən obraz 
əvvəllər görülən və yaddaşa həkk edilmiş obraz vasitəsi ilə tanınır və izah 
edilir. Belə tanımanı alim mifin əlaməti, belə təsviri isə poetik metafora-
nın əlaməti sayırdı. Əslində isə bunlar müxtəlif proseslərdir. Tanıma qav-
rayış  və seyrdir, gözlə görünəni yaddaşdakı, başdakı obrazla bənzətmə, 
identifikasiya, eyniləşdirmədir. Lakin təsvir, izah şərh isə  mənşəcə nitq 
prosesidir, ikinci şəxsə müraciətdir, informasiya ötürmə prosesidir. Söz 
insanların davranışına təsir vasitəsi, qorxu yaratmaq qabiliyyəti kəsb edən-
də mif olur. Bu mənada alimin sözün obrazlı təbiəti barədə müşahidələri 
doğru və dərin idi. 
Psixoloji məktəb XX əsrdə psixologiya və psixiatriyanın coşqun 
inkişafına paralel olaraq sürətlə inkişaf etmişdir. 
 
 
1.7.7. Freydist məktəb 
 
Avstriyalı psixiatr həkim olan Ziqmund Freyd (1856-1939) XIX əs-
rin sonlarında həkimlik-psixiatriya praktikası ilə  məşğul olurdu. Onun 
əsas müştəriləri aristokrat ailələrdən olan cavan ərli qadınlar idi. Onlar 
miqren (baş  ağrısı) və  səbəbsiz  əsəbilikdən, müasir terminlə desək, nev-
rozdan  şikayətlə ona müraciət edirdilər. Belə  xəstələri müalicə edərək 
Z.Freyd öz nəzəriyyəsini daha da dərinləşdirirdi. Onun əsas kəşfi sadə və 


 
72
paradoksal bir tezisdən ibarət idi: insanın psixi və nevrotik sağlamlığında 
şüurdan qat-qat artıq rol oynayan onun şüuraltı həyatıdır. Bu nəticə yüz-
lərlə xəstənin müayinəsi əsasında sübut edilirdi. 
Şüuraltı  nədir?  Şüuraltı insan fəaliyyətinin və davranışının  əxlaqa 
və  ağıla deyil, instinktlərə bağlı olan əsaslarıdır. Freyd insan həyatında 
instinktlərin qeyri-adi dərəcədə böyük rolunu üzə çıxardı və bu amilin in-
karından doğan bütün kompleks və  xəstəlikləri təsvir etməyə çalışdı. 
Freydə qədər heyvanların şüuraltı instinktlərlə, insanların isə şüurlu olaraq 
yaşadığı haqda elmi təsəvvür var idi. Freyd sübut etdi ki, adamların da 
davranışı ən çox şüuraltı ilə bağlıdır və heyvanların davranışından prinsi-
pial şəkildə fərqlənmir. İnsanlar təbiətdə yaşayaraq milyon illər ərzində öz 
instinktlərinə  əsaslanaraq davranıblar.  Əvvəlcə etirazla qarşılanan bu 
nəticə XX əsrdə Avropada hakim psixoloji nəzəriyyəyə çevrildi və frey-
dizmə kütləvi sitayişlə nəticələndi.  
Freydin elm tarixində dahiyanə xidməti insan həyatının  ən qaranlıq 
yerinə – şüuraltıya işıq salmaq cəhdi və bununla bağlı ciddi nəzəriyyələr 
irəli sürməsi idi. Bu alimdən əvvəl və sonra heç bir psixiatr şüuraltını araş-
dırmaqda onun qədər irəliyə və dərinə gedə bilməyib. Şüura və əxlaqa əsas-
lanan davranış  və yaşayış  tərzi isə monoteizmin qələbəsindən sonra nor-
maya çevrilmişdir və onun tarixi 1500-2000 ildən artıq deyildir. Ona görə 
Freyd bu nəticəyə  gəlmişdi ki, ilk baxışda səbəbsiz görünən bir çox ruhi 
xəstəlik və problemlərin kökü insanın şüuraltı fəaliyyətinin ictimai normalar 
vasitəsi ilə və ya şəxsi iradə ilə sıxışdırılması və məhdudlaşdırılmasıdır.  
Freydin geniş araşdırdığı  şüuraltı hadisələrdən birincisi yuxu və 
fantaziyalar idi. Alim yuxunu elmi şəkildə araşdırmağa və onun məzmu-
nunda şüuraltı kompleksləri, meylləri izləməyə çalışırdı. Onun öz yuxuları 
barədə yozmaları psixiatriyada klassik dərslik kimi qəbul edilmişdir. 
Freyd yuxunu şüuraltı istəklərin, dərk edilməyən instinktiv meyllərin fan-
taziyalar formasında reallaşması kimi təqdim edirdi. Onun yuxu yozmaları 
və izahları dərinliyi və dəqiqliyi ilə heyrət doğurur. Alimin yuxu və fan-
taziya ilə bağlı araşdırmaları bütün yaradıcı adamlar arasında çox popul-
yardır, kino, teatr, bədii ədəbiyyatda geniş istifadə edilir. Alim “Sənətkar 
və tamaşaçı  həyatında hallyusinasiya və yuxuların rolu” əsrində yara-
dıcılıq prosesi barədə öz təlimini şərh edirdi. Freyd yaradıcılıq prosesinin 
şüuraltı proseslər, orada gedən mübarizələr, çox zaman dərk olunmayan 
istəklərin reallaşması, fantaziya və yuxuların bədii  əsər forması alması 
prosesi kimi şərh edirdi. Yaradıcılıq prosesi və sənətkar həyatında şüuraltı 
istəklərin və komplekslərin rolu məsələsi Freydin V.Şekspir,  İ.Höte, 
E.Hofman kimi klassiklərə həsr olunan məqalələrində əsaslandırılırdı. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə