Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə24/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   20   21   22   23   24   25   26   27   ...   137

 
62
olmasına həmişə ikili münasibət olmuşdur. Bəzilərin buna tərəfdar
bəziləri əleyhdar olmuşlar. Əleyhdarların əsas arqumenti odur ki, inqilab-
larda yazıcılardan istifadə edir, sonra isə onlara arxa çevirirlər, inqilabın 
faydası isə bir ovuc avantüristə qismət olur.  
Lakin fakt budur ki, heç bir inqilabda, siyasi çəkişmədə, müharibə-
də yaradıcı adamlar neytral olmayıblar. Ona görə də ədəbiyyatın siyasətə 
müdaxilə etməsini həm müsbət və həm də mənfi qiymətləndirmək əbəsdir. 
Xüsusilə  İkinci Dünya Müharibəsindən sonra onlarla xalq milli dövlət 
qurmaq uğrunda mübarizə aparmış, onların ədəbiyyat və sənəti siyasiləş-
mişdir. Ən çox müstəqilliyə keçid dövrlərində bu xalqların ədəbiyyatında 
və  mədəniyyətində, mətbuatında və elmində millətçilik və inqilabçılıq 
aparıcı  və birmənalı ideologiya olmuşdur. Bütün bunlar xalqın tarixi və 
mənəvi təcrübəsinin sənədləridir və cavan ədəbiyyatlara Avropanın mo-
dernist və ifrat estet cərəyanlarının baxışı ilə qiymət verməyin yanlış oldu-
ğunu təsdiqləyir. 
Sosiologizm ədəbiyyatı ancaq sosial, əxlaqi, publisist ideyaların və 
mübarizələrin ifadəsi kimi şərh etməyə deyilir və bu deyimdə  əsərlərin 
bədii tərəflərinə laqeydliyə görə kinayə var. Əlbəttə, bu kinayə  əsaslıdır. 
Lakin digər hallarda əsassızdır. Biz demək istəmirik ki, ancaq siyasətlə 
məşğul olan ədəbiyyat məqbul ədəbiyyatdır. Görünür bunun da sərhədi və 
ölçüsü vardır. Bəs bu sərhəd haradadır? 
Əgər yazıcı daxili əqidəsinə görə, mənəvi ehtiyac kimi siyasi 
mövzuda yazırsa, bu da ədəbiyyatdır və belə keyfiyyətli ədəbiyyat istəni-
lən qədərdir. C.Cabbarlı, C.Vurğun kimi böyük Azərbaycan  ədiblərinin 
yaradıcılığında inqilabi motivlər xeyli yer tutur. Buna pis baxmaq əsassız 
olardı. Çünki inqilabi əsərləri tərif edən  ədəbiyyatşünas kimi eynilə belə 
əsərləri tənqid edən alim də əslində siyasətlə məşğul olur və sosiologizmə 
yol vermiş olur. 
Lakin bir çox hallarda istedadı olmayan yazıçı dövlətin sifarişini 
icra edərək siyasi məzmunlu əsərlər yazır. Əlbəttə, ədəbiyyatda bu cür si-
yasətlə  məşğul olma mənfi haldır, çünki yazıcının daxili əxlaqına yox, 
şəxsi, maddi maraqlarına əsaslanır. Belə siyasətcilik və inqilabçılıq qeyri-
bədiidir. Məsələn, 1920-ci illərin əvvəllərində özünü göstərən proletkult-
çuluq belə idi. Bolşevik hökuməti öz qanlı inqilabını tərənnüm edən əsər-
ləri sifariş edir və onları keyfiyyətindən asılı olmayaraq mükafatlandırırdı. 
Ona görə proletkultçular öz əsərlərinə plakat, şüar, təbliğat üsulu kimi baxır-
dılar və sonralar bolşeviklər özləri də belə ədəbi siyasətdən imtina etdilər. 
Sosioloji ədəbiyyatşünaslığın klassik forması rus xalqçı inqilabçıla-
rın – V.Belinski, N.Çernışevski, A.Dobrolyubov və başqalarının  ədəbiy-
yatşünas və tənqid irsi sayıla bilər. Onlar “Sovremennik” adlı bircə jurna-


 
63
lın ətrafında birləşməklə Rusiyada ictimai fikri istiqamətləndirən və idarə 
edən adamlara çevrildilər. Onlar Avropada dalbadal baş verən burjua 
inqilablarına oxşar rus inqilabı gözləyirdilər. Bəlkə Rusiyanın bütün qa-
baqcıl adamları bu inqilabı gözləyirdilər və belə ovqat rus tənqid və 
ədəbiyyatşünaslıq fikrinin də pafosuna çevrilmişdi. 
Biz yuxarıda gördük ki, müasir təhsil və tərbiyə sistemində yetişən 
ədəbiyyatşünas şəxsiyyətləri də öz dövrlərinin təhsil və termin ehkamları-
nın daşıyıcılarıdır. Ona görə sosioloji ədəbiyyatşünaslıq zamanın ifadəsi-
dir, bu zamanı göstərən əsəri ən yaxşı dövrün sosioloji şablonları vasitəsi 
ilə izah etmək olar. 
Sosiologizm geniş  mənada  ədəbiyyat elmində tarixilik prinsipinin 
qabarıq forması hesab edilə bilər. Bu hadisəni vulqar sosiologizmlə qarış-
dırmaq olmaz. Sonuncu marksizmin ədəbiyyat elminə süni tətbiqinin nəti-
cəsi idi. 
Ədəbiyyatçılar arasında mənaca  sosiologizmə  əks olan estetçilik 
termini də işlənir. Bu termin fəlsəfədə qədimlərdə gözəllik haqqında elm 
sayılmış estetika (yunanca hiss, duyğu) sözündəndir. Estetçilik ədəbiyyatı 
gözəlliyik kateqoriyası ilə bağlayan bir termin kimi işlənir. Sosiologizm 
kimi estetçilik də qanlı  Qərbi Avropa inqilablarının təsiri ilə yaranıb. 
Birinci termin bu inqilabçılara tərəfdar olanları, estetçilik isə bu inqilabla-
rın əleyhinə olan, onlardan qorxan varlı ədəbiyyat adamlarını nəzərdə tu-
turdu. Sənətdə ancaq gözəllik axtaranlar varlı siniflərin nümayəndələri, 
Burjua ziyalıları idilər.  İnqilabları doğuran səbəblər onlar üçün, onların 
maddi durumu üçün maraqlı deyildi. 
Estetlər sənəti ali təbəqə üçün bar əyləncə hesab edir və onun sosial
idraki, tərbiyəvi və s. funksiyalarına laqeyd yanaşırlar. Çünki estetlərin 
çoxu yaxşı maddi təminatı olan, maraqlı və gözəl yaşamaq istəyən insan-
lardılar. Ona görə onlar sənəti öz ehtiyacları üçün uyğunlaşdırır və sub-
yektivləşdirirdilər. Estetçiliyin nəzəriyyəçiləri sənət ətrafı adamlar olmuş-
dur. Onların çoxu sənəti və ədəbiyyatı sevir, sənətlə yaşamaq istəyirdilər, 
istedadları olmadığı halda belə yaradıcılıqla məşğul olurdular. XIX əsrdə 
belə estet ziyalılar özlərini yenilikçinovator  adlandırdılar,  ədəbiyyatda, 
sənətdə reformalar aparmaq iddiasında oldular. Lakin bu reformaların 
nəticəsində böyük əsərlər yaranmadı. 
Estetçiliyin mərkəzi Paris şəhəri sayılır. Avropanın və Amerikanın, 
indi isə bütün dünya ölkələrindən varlı ailələrdən çıxmış gənclər “həqiqi 
sənət mühitində“ olmaq və  təhsil almaq üçün bir necə il gəlib Parisdə 
yaşayır və özlərini ədəbiyyat və sənət aristokratiyasının içində hiss etmək 
istəyirlər. Bu barədə Ernest Hemenquey “Həmişə  səninlə olan bayram” 
adlı məşhur povestini yazmış və bu əsərdə həyatının Paris dövrünü əbədi 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə