Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə23/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   19   20   21   22   23   24   25   26   ...   137

 
59
ədəbiyyat tarixlərinin öyrənilməsinə üstünlük verilir, Fransada isə 
müqayisəli ədəbiyyatşünaslığın nəzəri mərkəzi yerləşir. 
A.Veselovski  tarixi poetika yaratmaqla əslində dünya ədəbiyyatı-
nın inkişaf təcrübəsini ümumiləşdirmək və ona janr və süjetlərin,  ədəbi 
dillərin inkişafı baxımından yekun vurmaq istəyirdi. Alimin bu layihəsi 
əslində müasir və konkret elmi faktlara əsaslanan  ədəbiyyat nəzəriyyəsi 
yaratmaq təşəbbüsü idi. A.Veselovski bu təşəbbüslə ənənəvi, Aristoteldən 
gələn poetikanın sərhədlərini dağıdıb bu elmi müasirləşdirmək və  ədəbi 
nəzəriyyəni tarixilik prinsipi ilə yazmaq istəyirdi.  Əslində  ədəbiyyat 
nəzəriyyəsinin müasir kursu elə bundan ibarətdir. 
 
 
1.7.2. Bioqrafik məktəb 
 
Ədəbi və bədii yaradıcılığın allahlardan ilham almış seçmə şəxslərlə 
bağlılığı ideyası ədəbiyyat nəzəriyyəsinin tarixində qədimlərdən mövcud-
dur. Bu konsepsiya dini ədəbiyyatşünaslıqdan gəlir və ədəbi istedadın ila-
hi mənşəyini ilk sıraya çəkir. Bioqrafik məktəb təxminən eyni konsepsiya-
nın materialist variantı idi. Burada istedadın qeyri-adiliyi ideyası qalır, 
onun ilahi xüsusiyyətləri və mənşəyi isə aradan çıxırdı. Bioqrafik məktə-
bin yarandığı XIX əsrin ortalarında Qərbi Avropada və Fransada müəllif 
ədəbi yaradıcılığı kütləvi xarakter almış  və  bədii kitab çapı biznesin 
sahələrindən birinə çevrilmişdi. 
Belə bir vaxtda Fransada müəllif probleminə və onun yaradıcılığı-
nın psixoloji və sosioloji problemlərinə geniş maraq yarandı. Balzak, Jorj 
Sand, Viktor Hüqo, Aleksandr Düma kimi yazıçıların həyati macəralarla 
dolu idi. Bioqrafik metodun yaradıcısı olan Sent Böv (1804-1869) bu 
şəxsləri yaxından tanıyır və bəziləri ilə dostluq münasibətləri vardı. O, üç 
cildlik “Ədəbi portretlər”ində  və sonrakı  əsərlərində yazıçıları adi canlı 
adamlar kimi təqdim edir, oxucu təsəvvüründəki romantik yazıçı obrazını 
aradan götürməyə çalışırdı. O, yazıçını bütün adamlar kimi müəyyən 
vərdişlərlə, simpatiya və antipatiyalarla yaşayan adamlar kimi göstərir, 
onların məişətini belə xırda detallarına qədər təqdim edirdi.  
Bunda əsas məqsəd yazıçının yazdığı əsərlərlə onun şəxsi bioqrafi-
yasının adi, təsadüfi faktları arasında olan bağları aşkarlamaq idi. O, yazı-
çıların qalın romanlarındakı əhatəli həyat materialının yazıçının məişətin-
də, mənzilində, tanışları ilə münasibətlərində tapırdı. Sent Böv yaradıcılıq 
prosesini və psixologiyasını gözəl bilirdi və bu yolla müasiri olduğu fran-
sız yazıçılarını araşdırır və təqdim edirdi. Şübhəsiz ki, yazıçının mövzula-
rının, qəhrəmanlarının, təsvir etdiyi yerlərin onun şəxsi həyatı ilə bağlılığı 


 
60
ideyası doğru idi. Hər bir yazıçının fikir və material baxımından  əsas 
bazası onun öz bioqrafiyası, mənəvi həyat tarixçəsidir. 
Yada salaq ki, nəsrin əsas və ən qədim janrlarından biri bioqrafiya-
lardır.  İmperatorların və hökmdarların bioqrafiyasını, həyat tarixçəsini 
yazmaq antik dövrdə artıq var idi. Sonralar bu dini ədəbiyyata keçərək 
xristianlıqda müqəddəslərin həyatı janrına çevrilmiş və dini prozanın əsas 
janrı – aqioqrafiya janrı olmuşdur. İncilin ilk dörd fəslinin İsa Məsihin tə-
fərrüatlı bioqrafiyası olduğu məlumdur. Müsəlmanlıqda da “Tarixi-
ənbiya” janrı eyni xarakter daşıyır. XIX-XX əsrlərdə bioqrafik janr istər 
roman, istər publisistik, istərsə elmi məzmun daşımaqla nəsrin aparıcı bir 
forması olaraq qalır.  
XX  əsrdə fransız yazıçısı Andre Morua yazıcıların bioqrafiyasını 
dəqiq faktlar əsasında yazmaqla qədim bioqrafiya janrının yeni roman 
formasını yaratdı. Bu məşhur yazıcıların bioqrafiyasını faktiki cəhətdən 
sənədli, təhkiyə cəhətdən isə bədii şəkildə təqdim edən romanlar idi. Onun 
Balzak, Hüqo, Jorj Sand, Düma, Flober və b. haqqında yazdığı bioqrafiya-
lar bədii roman kimi oxunub bütün dünyaya yayıldı. Hazırda məşhur 
siyasət və sənət adamlarının, pop-ulduzların bioqrafiyası televiziya və ra-
dionun  əsas janrlarından birinə çevrilib. Əyani materiallardan, sənədli 
çəkilişlərdən istifadə ilə belə tele-bioqrafiyalar böyük maraqla baxılır və 
həm də ciddi idraki və informativ əhəmiyyət kəsb edir. Azərbaycanda 
yazıcıların həyatından bəhs edən bioqrafik roman janrının yaradıcısı Əzizə 
Cəfərzadə idi. O, Seyid Əzim Şirvani, Abbas Səhhət, Ələkbər Sabir və b. 
haqda silsilə romanlar yazmışdır. 
Bioqrafik  ədəbiyyatşünaslıq ilk dəfə olaraq ədəbi yaradıcılığı  və 
yaradıcılıq psixologiyası elmini əlaqələndirərək  ədəbiyyatın təhlilinə yö-
nəldirdi. Bu metodun əsas uğuru idi. Yazıçının məişəti üzərində müşahidə 
aparmaq metodu şübhəsiz ki, dövrün hakim elmi məktəbi olan darviniz-
min təsiri idi. Ədəbi təhlildə psixoloji müşahidə metodlarından istifadə bir 
qədər sonra özünü müstəqil ədəbi təhlil məktəbi kimi – psixoloji məktəb 
kimi təqdim etdi. 
 
 
1.7.3. Mədəni-tarixi məktəb 
 
Mədəni-tarixi məktəb Qərbi Avropada XIX əsrin ortalarında İppolit 
Ten (1828-1893), Herbert Spenser kimi pozitivist filosofların fəaliyyəti ilə 
yaranıb.  Pozitivistlər xalis, təmiz, obyektiv elmi biliklər yaratmaq tərəf-
darı kimi çıxış edirdilər. Onlar hesab edirdilər ki, əsil təmiz elm siyasət-
dən, partiyalardan, subyektiv təsirlərdən uzaq olmalıdır. Bunun üçün isə 


 
61
nəzəriyyə və məktəblərə yox, dəqiq tarixi, mədəni faktlara əsas fikir veril-
məlidir. Belə müddəaları pozitivistlər, xüsusilə  İ.Ten özü dörd cildlik 
“İngilis ədəbiyyatı tarixi” əsərində  və  “İngilis pozitivizmi” kitabında tət-
biq edirdilər. Mədəni-tarixi məktəb əslində sırf tarixilik mövqeyində dur-
maq iddiasında idi. Amma tarix siyasi və dini çəkişmələrlə dolu olduğun-
dan onlar burada seçmə aparmağı,  ədəbi-mədəni prosesin məğzini təşkil 
edən pozitiv faktları ayırmaq təklif edirdilər. Siyasi, dini məsələlər, inqilablar 
onların fikrincə mədəni-ədəbi prosesi başa düşmək üçün əhəmiyyətsizdir. 
Darvinizmin təsiri ilə pozitivistlərdə  ədəbi hadisələrin mənşəyini, 
qanunauyğunluqlarını, tarixi şərtlərin mədəni mühitini izah etmək istəyi 
aparıcı idi. Bunun üçün çoxlu faktlar cəlb olunurdu və faktçılığın özü ten-
densiyasızlıq və obyektivlik kimi izah edilirdi. Bu obyektivliyi təmin et-
mək üçün pozitivistlər yarıdıcılıq psixologiyası  və yazıçı  şəxsiyyəti ilə 
bağlı məsələlərə xüsusi diqqət yetirirdilər. Bu halda onlar bioqrafik meto-
dun üstünlüklərindən istifadə edirdilər. Yazıcının irqi mənsubiyyəti onun 
temperamentində axtarılır, yaradıcının mədəni mühitinə və ətrafına, hətta 
içində yaşadığı iqlimə belə mühüm əhəmiyyət verilirdi. 
Mədəni tarixi məktəb Avropa və rus ədəbiyyatşünaslığında öz 
ardıcıllarını yaratmışdır. Vaxt keçdikcə bu məktəbin əsas əlaməti görkəmli 
yazıcı  və  sənət adamlarını onların mədəni mühiti fonunda araşdırmaq 
üsulunda özünü göstərir. Belə  tədqiqatları xüsusi ədəbiyyatşünaslıq janrı 
da saymaq olar. Azərbaycan ədəbiyyatşünaslığında M.F.Axundovun yetiş-
diyi Tiflis mədəni mühitinə, Mirzə  Ələkbər Sabirin, C.Məmmədquluza-
dənin yaxın müasirləri ilə münasibətlərinə  həsr olunmuş araşdırmalar 
kitab şəklində çap olunmuşdur. 
Mədəni tarixi məktəb öz tədqiqat üsulları baxımından eklektik 
xarakter daşıyırdı. Lakin ədəbiyyatşünaslıq elmində tarixilik prinsipinin 
dərinləşməsində onların xüsusi rolu olmuşdur. Yazıçılarım mühitinə  və 
dövrünə  əsas diqqət verməklə yazılan  ədəbiyyatşünaslıq araşdırmalarını 
bu məktəbin müasir davamı kimi də qəbul etmək olar. 
 
  
1.7.4. Ədəbiyyatşünaslıqda sosiologizm və estetçilik 
 
Qərbi Avropada burjua inqilabları epoxası başlanan vaxtdan, 
təxminən XVI əsrdən müxtəlif ədəbiyyatlarda inqilablara münasibət prob-
lemi ortaya gəlib. Bəzi yazıçılar inqilaba tərəfdar olub və onu tərənnüm 
ediblər. Digərləri isə müxtəlif səbəblərdən inqilabı ziyanlı sayıb və onun 
tənqidini verən bədii və publisistik əsərlər yazıblar. Sözün geniş mənasın-
da  sosiologizm  ədəbiyyata belə  gəlmişdir.  Ədəbiyyatın siyasətlə  məşğul 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə