Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə20/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   16   17   18   19   20   21   22   23   ...   137

 
52
bağlı xüsusi mistik realist film janrı formalaşmışdır. Bundan əlavə, Antik 
dövrdən məlum olan insan – heyvan metamorfozları mövzusu da geniş 
işlənən magik süjetlərdir. Bədii film uğur qazandıqdan sonra onun nəsr 
variantı da bəzən bestseller şəklində yayılar. 
Realizmin mistik formasının geniş inkişafı kinonun ədəbi zövqlərə 
və ədəbi axtarışlara təsirinin çox yeni bir hadisəsidir. Bəlkə kino vasitəsi 
ilə  ədəbi təsir barədə danışmaq daha doğru olar. Bu halda vahid mətn 
mədəniyyəti ilə kino obrazı mədəniyyətinin qaynayıb qarışması baş verir. 
Foto və kino texnikasının sürətli tərəqqisi və  hər bir insana müyəssər 
olması bu təsirin daha da artacağından xəbər verir.  
 
 
1.6.3. Sosialist realizmi və rəsmi ədəbiyyat anlayışı 
 
Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra so-
vet hakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 
1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə  proletar 
ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsi-
yaya görə, hakimiyyəti almış  fəhlə sinfi yeni mədəniyyət və  ədəbiyyat 
yaratmalıdır.  Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı 
fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə  əsaslanaraq varlı 
siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların 
əsərləri irticaçı hesab edildi.  
Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial si-
niflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayı-
şının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən 
hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabı-
nı  və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu. 
Proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir şəkli idi. Maarifçilər 
ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial tərbiyə üçün 
istifadə edirdilər.  
Bolşeviklərin  ədəbi siyasəti partiyanın yuxarı orqanları  tərəfindən 
ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar  əsasında aparılırdı. 
Bu qərarlar ehkam kimi tətbiq olunurdu. 
Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik 
arasında olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən 
şüurlu, qabaqcıl fəhlə tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl 
qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar 
ədəbiyyatı proletar dünyagörüşünü, marksizmi yayan və tərbiyə edən bir vasitə 
sayılırdı və bu da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı. 


 
53
30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha də-
qiq olan sosialist realizmi termini ilə əvəz edildi. Bu termin sosializm qu-
ran cəmiyyətin realizmi anlamına gəlirdi. Ad dəyişsə də, proletar ədəbiy-
yatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi 
termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də qüvvətləndi. 
Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda məddah şair-
lərin olması ənənəsi olmuşdur. Onlar kralı  və sultanı  tərifləməklə əsasən 
onun insanlar arasında nüfuzunun artmasına və bu yolla hakimiyyətinin 
möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi  ədəbiyyatın  əsas  əlaməti 
onda müəllif başlanğıcının, istedad və daxili istəklərin ikinci dərəcəli 
olmasıdır. Yəni rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul 
qazanır. Onun istedadının  əsas  əlaməti də  bədiilik yaratmaqda yox, 
yaltaqlıqda, hakimiyyətə yarınmaqda, hakimiyyəti təmsil edən adamların 
şəxsi ambisiyalarına maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyya-
tın əsas siması yazıçı yox, sifarişçidir, haqq ödəyən hakimiyyətdir. Sovet 
dövründə  rəsmi  ədəbiyyat Yazıcılar  İttifaqı vasitəsi ilə yaradılırdı. Bu 
ittifaq formal olaraq seçkili ictimai birlik idi. Amma əslində Yazıcılar 
İttifaqı dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi. 
İttifaqın bütün işçiləri dövlət büdcəsindən  əmək haqqı alırdı.  İtti-
faqın rəhbərliyində DTK-nın məxfi zabiti işləyir və hamıya göz qoyurdu. 
Rəhbər işçilər, xalq yazıcıları Kommunist partiyası MK-nın üzvləri, Ali 
Sovetin deputatları idi, onlar dövlətin xüsusi güzəştlər sistemindən, xüsusi 
mağazalardan, istirahət evlərindən, xəstəxanalardan istifadə edirdilər. İtti-
faqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların redaktorları partiyaçı 
idilər və partiyanın ədəbi siyasətini, sosialist realizmi ədəbiyyatının prin-
siplərini həyata keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda 
dövlət planlarına daxil olan əsərlərin, müəlliflərin siyahısına baxıb onu 
təsdiq edir və  çıxan kitabların ideoloji təmizliyinə görə cavabdeh idilər. 
Onlar nəşriyyatlarda çıxan kitabları üçün adi, titulsuz, vəzifəsiz yazıçılar-
dan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar fondunun 80 faizindən çoxu-
nu təşkil edirdi. 
Rəsmi tənqid. Yazıcılar  İttifaqının rəhbərləri, titullu yazıçılar və 
ədəbi orqanların rəhbər işçiləri rəsmi partiyalı, sinfi ədəbi tənqidin hege-
monluğunu təmin edir və özləri də  qələmləri ilə buna xidmət edirdilər. 
Rəsmi tənqid dövlətin və partiyanın  ədəbi siyasətini təmsil edən qələm 
adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, partiyanın ba-
xış nöqtəsini təmsil edən bir hadisə idi. Rəsmi tənqid 1934-cü ildə SSRİ 
Yazıçılar İttifaqı yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə 
görə, sovet vaxtı tənqidlə məşğul olmuş qələm əhlinin çoxu rəsmi tənqidin 
xidmətçiləri idi, onların öz tənqidi görüşlərindən danışmaq çətindir. Rəsmi 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə