Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə18/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   14   15   16   17   18   19   20   21   ...   137

 
46
edirdilər ki, müsəlmanlara Qurandan başqa heç bir bilik lazım deyildir
guya orda bütün sualların cavabı vardır. Təhsil konsepsiyasında onlar orta 
əsrə aid mollaxana təhsilinə üstünlük verir, sinif-dərs sisteminə qarşı çıxır, 
rus dilli məktəblərə gedənlərə kafir damğası vururdular. 
Bizim islam maarifçilərinin  əsas ideyaları islam təəssübkeşliyi və 
islam dinini müdafiədən ibarət idi. Onlar yas məclislərindən başlayaraq 
mətbuatdakı  çıxışlarına qədər bütün hallarda islam dinin və  əxlaqının 
digər din və əxlaqlardan üstünlüyünü, digər dinlərdə Allahın göstərişləri-
nin təhrif olunduğunu təkrarlayırdılar. Hətta elmdən danışılanda belə onlar 
Quranın ən düzgün elmi mənbə olduğunu irəli sürürdülər. Əslində islamı 
müdafiə və tərifləmək yaxşı, nümunəvi davranış şəklinə düşmüşdü. Avro-
pa hüququnun və publisistik fikrinin istənilən konsepsiyasını onlar Quran-
dan gətirdikləri misallarla təkzib edib gözdən salmağa çalışırdılar. Belə 
təəssübkeşlik müstəmləkəçiliyə qarşı müsəlman bayrağı altında getmiş 
mübarizə  və müharibə dövrünün ideoloji qalıqları idi. İslam maarifçiləri 
üçün konkret müsəlmanın və icmanın deyil, islam dininin özünün təəssü-
bünün çəkilməsi xas idi. 
İranda təhsil alan ruhanilər fars dilində, Türkiyədə təhsil alanlar isə 
Osmanlı dilində təhsili üstün sayır və əslində ana dilimizin əhəmiyyətini 
inkar edirdilər. Onlar mətbuatda çıxış etsələr də kütlə onların qəliz ərəb-
fars ifadələri ilə yazdıqları  mətnləri anlamırdı. Ruhaniyyət  ən çox məh-
kəmə hakimiyyətinə iddialı bir qüvvə kimi milli tərəqqiyə zidd idi. 
C.Məmmədquluzadə, M.Ə.Sabir kimi böyük millət xadimləri islam maa-
rifçilərinə və onların məktəb konsepsiyasına qarşı amansız mübarizə apa-
rırdılar. İslam maarifçiləri XX əsrin əvvəllərində tərcüməçilik və qismən 
ədəbi yaradıcılıqla da məşğul idilər.  Ədəbi yaradıcılıqda onların  ən çox 
meyl etdiyi qəzəl janrı idi. Dilinin ağırlığı və köhnəçi ideyalara meylə gö-
rə islam maarifçilərinin ədəbi irsi indi aktual bədii əhəmiyyətini itirmişdir. 
İran və Türkiyə ruhaniyyəti 1905-1911-ci illərin  İran Məşrutə 
(Konstitusiya) inqilabına qarşı çıxdıqdan sonra “Molla Nəsrəddin” jurnalı 
ittihadçılığı ən mürtəce cərəyan kimi ifşa etmişdir. Bu tarixi Azərbaycan 
islam maarifçiliyinin müstəmləkəçiliyə qarşı mübarizədə Avropa maarif-
çilərindən ayrılması və Çar hökumətinə tərəf keçməsi vaxtı saymaq lazım-
dır. İslam maarifçiliyinə münasibətdə “Molla Nəsrəddin” irsinin aktuallığı 
bu gün də qalır. Sovet dövründə bolşeviklər dini qadağan etməklə islam 
maarifçiliyini zorla aradan götürdülər.  
 
 
 
 


 
47
1.5. Tənqidi realizm epoxası 
 
XIX  əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda 
tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin 
Stendal və Balzak kimi klassikləri meydana çıxdı və Qərbi Avropada və 
Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Av-
ropada realizmə  natural məktəb  də deyirdilər,  əslində natura və reallıq 
sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sö-
zünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə 
əsaslanması  və  bədii uydurmaya verilən yerin azlığı  mənasını daşıyırdı. 
Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. 
Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid 
idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin 
və romantizmin nailiyyətlərinə prinsipial bir şey  əlavə etməmişdilər. 
Onların əsas yeniliyi Burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların 
qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu 
xüsusiyyətlər tənqidi realistlərin  ədəbi tərəqqiyə verdikləri  əsas töhfələr 
idi. Əlbəttə, böyük tənqidi realistlərin hamısı ilk növbədə, müasir insanın 
obrazını yaratmaqda böyük istedad göstərmiş  sənətkarlar idilər. Sadəcə 
onların bu sahədəki işində ancaq nisbi yeniliklər var idi və onlar prinsipial 
xarakter daşımırdı. 
Balzak  ədəbi proqramını  şərh edərkən özünü fransız cəmiyyətinin 
katibi adlandırırdı. Burada katib sözü daha çox araşdırıb dəftərə salmaq, 
cəmiyyətin bütün təbəqələrinin və sosial qruplarının obrazlarını yaratmaq 
mənasına gəlirdi. Balzakın əsas əsərləri sosial-psixoloji oçerklər xarakteri 
daşıyırdı. 
Əlbəttə, romantiklərdə də parlaq sosial təsvirlər tapmaq olar. Lakin 
bütünlükdə cəmiyyəti təhlil etmək, onun dərin qatlarına, siniflərinə, bütün 
peşə adamlarına bədii işıq salmaq yaradıcılıq məqsədi kimi romantiklər 
üçün maraqsız idi. Onlar üçün həyatın prozası, adiliyi qeyri-estetik bir ma-
terial sayılırdı. Lakin romantiklərin qeyri-estetik, ədəbiyyat üçün maraqsız 
saydıqları həyat materialı realizm epoxasının əsas bədii hədəfi oldu. 
Marksist nəzəriyyədə realizm bir qayda olaraq tipikliklə əlaqələndi-
rilir.  Şübhəsiz ki, tipiklik romantiklərdə  də kifayət qədər var idi və onu 
realist  ədəbiyyatın  əsas  əlaməti saymaq olmaz. O biri tərəfdən tipikliyin 
özü nisbi bir anlayışdır. Bir-iki halı da, milyon variantda təkrarlanan va-
riantı da tipik adlandırmaq olar. 
Tənqidi realizmin ümumi əlaməti onun bütün böyük nümayəndələ-
rinin içində yaşadıqları cəmiyyətə qarşı mənəvi (siyasi yox) müxalifətdə 


 
48
olmaları idi. Bu müxalifətçilik L.N.Tolstoy, M.F.Dostoyevski İ.S.Turge-
nev, A.P.Çexov kimi rus tənqidi realistlərində daha güclü idi. Bu Rusiya 
cəmiyyətindəki faciəli ziddiyyətlərlə bağlı idi. 
Tənqidi realizm epoxası üçün ədəbiyyatın, xüsusilə nəsr və drama-
turgiyanın tamam tarixilik prinsipinə keçməsi  səciyyəvi idi. Zaman və 
məkan konkretliyi, birmənalı milli zəmində durmaq realizmin ilkin əla-
mətlərindən biri idi. Ona görə realizm epoxası  hər xalqın  ədəbiyyatında 
özünə xas tarixi və milli həqiqətləri əks etdirən bir hadisə kimi daxil olur, 
xalqların milli həyatının və tarixinin bədii mənzərəsi və salnaməsi kimi 
meydana çıxır. Romantizmdə bədii həqiqətin belə milli konkretliyi prinsip 
səviyyəsində yox idi. 
İntibah, klassisizm, romantizm epoxaları  ədəbi obrazın məzmunca 
tarixiləşməsi baxımından ardıcıl bir prosesin mərhələləri idilər. Məhz rea-
lizm epoxasında ədəbi obraz vasitəsi ilə tarixi həqiqətlərin əks etdirilməsi-
nin təkmilləşmə prosesi tamamlanır. Realizmin əsas janrı olan iri nəsr –ro-
man janrı milli bir janr olmağa və adlanmağa başlayır. Milli tarixilik zə-
minində yazılan romanlarda bədii obraz sistemi birmənalı milli və konkret 
tarixi məzmun daşıdığından roman əsas milli janr hesab edilməyə başladı. 
Realist obraz sosial və milli əlamətləri əks etməklə yanaşı həm də 
fərdi həqiqətləri  əks etmədə də ədəbi tərəqqinin yüksək səviyyəsi oldu. 
Məlumdur ki, ədəbi obraz ən qədim dövrlərdən fərdi məzmunlu, fərdi 
yaddaşın bir fraqmentini təşkil edən hadisədir və bu barədə irəlidə ayrıca 
bəhs ediləcəkdir. Lakin burada realizm epoxası ilə bağlı bir prinsipial cə-
həti də qeyd etmək istəyirik. Realizm epoxasına qədər ədəbi obrazın fər-
diliyi və  ədəbi yaradıcılıq üçün prinsipial və köklü mənası ən qədim-
lərdən yazıcı tərəfindən aydın dərk olunmayan bir prinsip idi. Yəni realiz-
mə qədər ədəbi obrazın fərdi yaddaşla bağlılığı və fərdi yaddaş baxışı kimi 
özünü büruzə verməsi kortəbii, mexaniki şəkildə baş verirdi. Lakin realist 
yaradıcılıqda ədəbi obrazın fərdiliyi müəlliflərin şüurlu ədəbi prinsipi kimi 
özünü büruzə verir. 
 
 
1.6. XIX-XX əsrdə realizmin inkişafı və tipləri 
 
1.6.1. Naturalizm 
 
Şüurlu surətdə  ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada 
realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Na-
turalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin 
prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə