Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə21/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   17   18   19   20   21   22   23   24   ...   137

 
54
tənqidçi dövlətin ədəbi tələblərini konkret yazıçıya və əsərə tətbiq edirdi. 
Onun  əsas vəzifəsi sovet həyatındakı qüsurların  ədəbiyyatda göstərilmə-
sinin qarşısını almaq idi. 
Sovet quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin 
əsas vəzifəsi sovet dövlətinin və kommunist partiyasının üstünlüklərini və 
yaxşılığını tərənnüm etmək idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan 
tələb olunurdu. Həmin tələbdən də sosialist realizmi ədəbiyyatının şüarla-
ra və plakatçılığa bağlılığı onun marksist maarifçilik forması olduğunu 
ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və V.Leninin şəxsiyyəti, kom-
munist partiyasının siyasətindən gələn bütün kampaniyalar ədəbiyyat tərə-
findən himayə olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi 
təqdim edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən yazıçıdan həyatı 
inqilabi inkişafda göstərmək tələb olunurdu. Bunun üçün xüsusi bir 
tipiklik konsepsiyası yaradılmışdı. Bir milyon fakt qeyri tipik sayıla bi-
lərdi, amma inqilabi inkişafı göstərən bircə fakt isə əksinə, tipik elan olu-
nurdu. Həyata belə yanaşmaq tələbi yazıçının istedadına qarşı zorakılıq idi, 
çünki o öz bildiyi və duyduğu  şeyləri  ədəbiyyata gətirə bilməzdi.  Əgər 
belə  təşəbbüs edilsə belə, rəsmi tənqid silahlanıb həmin yazıçını sovet 
gerçəkliyini təhrif etməkdə ittiham edilirdi. Belə yazıçılar rəsmi partiya 
sənədlərində pislənirdi və bu yolla onların nəşriyyatda kitab buraxdırmaq 
imkanları əldən gedirdi. 
Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların, bu qurum-
la bağlı olmayan və orada işləməyən adamların  ədəbiyyata gəlməsini və 
yaradıcılıqla məşğul olmasını praktiki olaraq qeyri-mümkün edirdi. Bütün 
üzdə olan yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet dövründə 
ədəbiyyatın ideya istiqaməti baxımından birmənalı  və eybəcər bir 
vəziyyətə gəlməsinə səbəb olmuşdur. 
Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik prinsiplərin-
dən biri sovet həyatının yaxşılığa doğru inkişafını göstərən, sosializmə 
xidməti həyat idealı sayan insanların obrazlarını yaratmaq idi. Əslində hə-
yatda belə adamlar yox idi, bəlkə çox az və qüsurlu adamlar var idi. Parti-
ya və dövlət orqanlarında karyera edən adamların əksəriyyəti simasız, ta-
mahkar, yaltaq insanlar idi. Amma partiya onları ideal insanlar kimi gös-
tərməyi tələb edirdi. Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiy-
yatda yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən məhrum, 
istehsalatda çalışan fəhlə  idi.  Bu  fəhlənin belə heç bir şəxsi qüsuru ola 
bilməzdi. Əslində müsbət qəhrəman konsepsiyası sosialist realizmində cə-
miyyəti müsbət planda təqdim etmək üsulu idi. Buna isə  sovet  ədəbiy-
yatının təsdiq pafosu adı verilmişdi. 


 
55
Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, 
vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar – C.Cabbarlı, C.Vurğun, M.İb-
rahimov, İ.Əfəndiyev, B.Vahabzadə kimi yazıcılar sovet dövrü Azərbay-
can  ədəbiyyatında milli bir ədəbiyyat xətti yarada və qoruya bilmişlər. 
Ona görə sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli ədəbiyyat 
yarandığını da inkar etmək doğru deyildir. 
 
 
1.7. Ədəbi şərhin elmi məktəbləri 
 
XIX əsrdə təbiətşünaslıqda empirik elmi tədqiqat üsullarının inkişa-
fı, Hegel fəlsəfəsinin davamçılarında fəlsəfi idrak metodları barədə təsəv-
vürlərin genişlənməsi humanitar elmlərdə, o cümlədən ədəbiyyatşünaslıq-
da da tədqiqat üsulu və elmi metod məsələlərinin aktuallaşması ilə nəticə-
lənmişdir. Hesab olunurdu ki, doğru nəticəyə  gəlmək üçün araşdırmanı 
düzgün üsulla aparmaq lazımdır. Naturalizmin özü düzgün müşahidə  və 
araşdırma metodunu bədii yaradıcılığa tətbiq etmək təşəbbüsü idi.  
Eyni meyl ədəbiyyat haqqında elmdə də özünü göstərməyə başladı 
və elmi araşdırma metodu anlayışı ədəbiyyatşünaslıq sahəsində də ortaya 
çıxdı. XIX əsr elmi maarifçiliyin, insan elminə  və  ağlına inamın klassik 
dövrü idi. Həmin  əsrdə başlıca  ədəbiyyatşünaslıq metodlarının  əsası qo-
yuldu. Onları iki qismə bölmək olar: birinci qismə  ədəbiyyatı  fərdi yad-
daşla bağlayam məktəblər, ikinci isə onun sosial köklərinə üstünlük verən 
məktəblər. 
XX əsrdə ədəbiyyatşünaslıq böyük tərəqqi yolu keçsə də, metodolo-
ji baxımdan onun inkişafında prinsipial bir yenilik baş vermədi. Mifoloji 
məktəb strukturalistlər və semiotiklər tərəfindən davam etdirilib dərinləş-
dirildi. Bioqrafik məktəb freydizmdə, psixologizmdə öz inkişafını tapdı. 
Marksist məktəb isə  mədəni-tarixi metodun və xalqçı rus tənqidinin 
nailiyyətlərini birləşdirib sovet ədəbiyyatşünaslıq elmi şəklinə düşdü. 
 
 
1.7.1. Mifoloji məktəb. Komparativizm 
 
Mifoloji məktəb elmi istiqamətdən daha çox, romantik hərəkatın 
tərkibində yaranmış xalqçı  və millətçi ovqatların Alman filoloji fikrində 
ifadəsi idi. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində folklora maraq xalq 
köklərinə, milli ruha pərəstişin bir şəkli idi. Bu pərəstişin formalarından 
biri Avropa xalqlarının, o cümlədən almanların da Yunanlarda olduğuna 


 
56
bənzər milli mifologiya axtarışları idi. Bu axtarışlar bir qədər süni olsa da, 
bütün Qərbi Avropa ədəbiyyatlarında milli folklora marağı artırdı, ona 
milli ruhu ifadə edən bir vasitə kimi pərəstiş yaratdı, milli folklor irsinin 
kütləvi şəkildə toplanması və nəşri ilə nəticələndi. 
Alman folklorşünasları Vilhelm Qrim (1786-1859) və Yakov Qrim 
(1785-1863) qardaşları Alman folklorunu toplayıb çap edəndən sonra 
mifoloji məktəbin nəzəri  əsaslarını ortaya qoymuş “Aman mifologiyası” 
adlı kitab yazdılar. Onlar müxtəlif xalqların folklorunda eyni süjetləri 
aşkar edib bunun köklərini və səbəblərini axtarmağa başladılar. Onlar belə 
fikrə  gəldilər ki, folklor süjetlərindəki ümumilik xalqların bir kökdən
ilkin qədim dildən (protodil) gəlməsi ilə bağlıdır. Bu dil isə hind-Avropa 
xalqlarının vahid mənşəyinin sübutu və onların bir kökə bağlılığı barədə 
nəzəriyyəni ortaya çıxardı. “Alman mifologiyası” kitabındakı ideyalar 
sürətlə yayıldı və ədəbiyyat nəzəriyyəsinin sonrakı inkişafı boyu dəfələrlə 
inkişaf etdirildi və elmi məktəbin əsas ünvanı oldu. 
Beləcə mifoloji məktəb folklorun mənşəyi məsələsini ilk dəfə 
olaraq dilin və mifin, sonra isə Allahların mənşəyi məsələsi ilə bağladı. 
Ağ  dərili xalqların vahid bir kökdən olması barədə  nəzəriyyə folklor və 
mifoloji materialdan başqa çoxlu dil oxşarlıqları ilə  də  təsdiq olunurdu: 
liran, german və slavyan dilləri arasında çoxlu köklü oxşarlıqlar ortaya 
çıxdı. Bu oxşarlıqlar isə dilin kökündə,  əsas lüğət fondunda üzə  çıxırdı. 
XIX əsrdə əksər Avropa ölkələrindəki universitetlərdə mifoloji məktəbin 
nümayəndələri yetişdi və onlar hind-Avropa dilləri və xalqlarının birliyi 
barədə nəzəriyyəni yeni-yeni faktlarla zənginləşdirdi. Bu qitədə millətçili-
yin bir siyasi və ideoloji cərəyan kimi geniş yayıldığı vaxt idi və bu pro-
seslər bir-birilərini qidalandırdılar. Napoleon müharibələri Avropada siya-
si millətçiliyin inkişafına güclü təkan vermişdi. Mifoloji məktəb isə bu 
xalqların milli identifikasiyası prosesini tamamladı. 
Dilin mənşəyi, mifin mənşəyi və dinin mənşəyi məsələləri ilk dəfə 
olaraq eyni müstəvidə üzə  çıxdı. Bu ədəbiyyat nəzəriyyəsinin və dilin 
mənşəyinin gələcək araşdırılması baxımından köklü əhəmiyyət daşıyırdı. 
Mifoloji məktəb ədəbiyyatın mənşəyini mifin mənşəyi ilə bağlamaqla dini 
və  ədəbiyyatı anlamaq üçün mühüm bir yol açmışdı. Sonrakı  tədqiqatlar 
və nəzəri məktəblər bu istiqamətin mühüm əhəmiyyətini anladılar. Mif və 
ədəbiyyat eyni ədəbi obrazlılıq prinsipinə əsaslanır, bu isə onların mənşə-
cə bir kökdən olmasından doğur. Ona görə XIX-XX əsrlərdə mifoloji nə-
zəriyyənin fundamental prinsiplərinə dəfələrlə eyni bir niyyətlə – ədəbiy-
yatın bütün dövrlər üçün səciyyəvi olan arxetiplərini, universal miflərini 
ortaya çıxarmaq üçün müraciət edilib. Strukturalistlər, semiotiklər mifoloji 
məktəbin davamçıları idi. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə