Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə19/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   15   16   17   18   19   20   21   22   ...   137

 
49
prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. Bir sıra 
fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bun-
lar da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 
1880-ci ildə Emil Zolya “Eksperimental roman” adı ilə çap etdirdi. Bura-
dakı eksperiment anlayışı o zaman darvinizmin əsas üsulu olan canlı mü-
şahidəni  əks etdirirdi. Belə müşahidə konkret və  fərdi faktın həm bədii, 
həm də elmi mənasını ortaya qoyurdu. Yeni cərəyan Avropanın digər 
ölkələrində də özünə tərəfdarlar tapdı. E.Zolya müəyyən tibbi və genetik 
fərziyyələri təsvir edən, tibbi eksperimenti proses kimi təsvir edən əsərlər 
də yazmışdır. 
Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə 
darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında 
idilər. Onlar da obrazın, xüsusilə insan obrazlarının dəqiq təsvirini, müşa-
hidə vasitəsi ilə göstərilməsini, hətta fərdlərin genetik xüsusiyyətlərini 
belə  dəqiq qələmə almağı  tələb edirdilər. Təbiət mənasına gələn  natura 
sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi 
ilə müqayisə olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi. 
Naturalizmin  əsas prinsipindən – həyati konkret müşahidə ilə öy-
rənmək və göstərmək prinsipindən Balzak da istifadə etmişdi və bu yolla 
böyük məhsuldarlığa nail olub doxsandan artıq roman yazmışdı. Lakin 
Balzak üçün həmişə bədii ümumiləşdirmə üsulu daha əsas idi. O konkret 
müşahidələrdəki  ən fərdi, ünvanlı  cəhətləri atırdı. Lakin Emil Zolya və onun 
davamçıları canlı müşahidəni məqsədə çevirirdilər. O özü şaxtaçıların həyatını 
öyrənib ən yaxşı romanlarından birini “ Jerminal” əsərini yazmışdı. 
Əlbəttə, naturalizmin proqramında və  təcrübəsində  ədəbiyyatın 
inkişaf tarixi üçün mütləq yenilik yox idi, bu realizmin ümumi inkişaf 
məcrası daxilində olan bir hadisə idi. Emil Zolya sadəcə öz zəmanəsində 
coşqun inkişaf edən elmi prinsip və informasiyadan, elmin nəticələrindən 
ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə  əslində onun həyata 
qiymətləndirici münasibətinin Balzaka nisbətən yoxsulluğunu doldurmaq 
üçün idi. Bu mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və 
yollarından biridir və öz proqramı  və prinsipi ilə dünyanı  ədəbi təsvirin 
əsas fundamental əlamətinə – dünyanı fərdi görümdə təsvir prinsipinə bir 
qədər zidd idi. Aydındır ki, naturalistlər elmin nailiyyətlərindən istifadə 
yolu ilə özlərinin dünyaya qiymətləndirici münasibətlərini fərdiləşdirmək 
üçün istifadə edirdilər. 
Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi naturalist-
lərdən əvvəl də, onlardan sonra da olmuşdur. Sosialist realizmində, bədii 
publisistikada, sənədli kinoda, foto sənətində, neorealist kinoda naturadan 
təsvir prinsipindən geniş istifadə edilmişdir və edilir. Müasir bədii kinoda 


 
50
müəyyən fərdi tibbi xəstəlik tarixçələrini ssenariləşdirən kino janrı da 
naturalist sayıla bilər. Əslində hər bir yazıcı az-çox naturalistdir. E.Zolya 
öz naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar yazıcılar bu 
təbliğatda aktual məntiq görmədilər. 
  
 
1.6.2. Simvolizm. Magik, fantastik və mistik realizm 
 
Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX 
əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər 
naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu 
(ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. İrəliki 
fəsillərdə biz görəcəyik ki, sözlə  təsvir olunmuş  həyat faktı da simvola 
çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika 
hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə  həyat həqiqətlərini 
simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövr-
də aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur. 
Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme 
və A.Rembo, Belçikada – E.Verxarn, Almaniyada – Q.Qauptman, İngiltə-
rədə O.Ouayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir. 
Simvolluq ədəbi obrazın, sözün təbiətindədir, ona görə bundan ifa-
də vasitəsi kimi ədəbiyyatda ən qədim vaxtlardan və bütün ədəbiyyatlarda 
az-çox istifadə edilmişdir. Simvol funksiyasında sözdən başqa heyvan 
obrazları, təbiət hadisələri, predmetlər, insan hərəkətləri,  şəkil və hey-
kəllər və s. də çıxış edə bilir. Məsələn, nağıl və təmsillərdə heyvanlar in-
sanların simvolu kimi göstərilir. Və ya sufi poeziyanın obraz sırası başdan 
başa rəmzi və simvolikdir. Bu baxımdan XIX əsrin sonlarına xas simvo-
lizmi həm də müəyyən spesifik realist obrazlılıq nəzəriyyəsinin bir şəkli 
saymaq olar. 
Simvolistlərdə insan obrazları  həyat faktından daha çox müəyyən 
ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında sim-
volizm cərəyan kimi olmayıb, amma XX əsrin əvvəllərinin müəyyən əsər-
lərində öz aşkar təsirini qoyub. Məsələn, C.Məmmədquluzadə “Ölülər” 
pyesində simvolik ümumiləşmədən istifadə edib. Fanatizmə təslim olmuş 
müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq 
formasıdır. Hüseyn Cavidin “İblis” dramı da simvolik təsvir üsulu ilə ya-
radılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi veri-
lir. Hər iki fakt bizim ədəbiyyata Qərb simvolizminin təsiri kimi qiymət-
ləndirilə bilər. 


 
51
XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növ-
bəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meyda-
na çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarış-
masından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış  və tarixi tə-
rəqqinin nisbətən aşağı  səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu 
xalqların miflərini də realist nəsrə gətirmişdir. Mİflərdən bədii vasitə kimi 
istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi 
tənqidinə  də maraqlı  təsir buraxırdı.  Əslində mifdən, rəmzdən, alleqorik 
obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə  həmişə olmuşdur, 
ona görə Cənubi Amerikada Jorj Amadu, Qabriel Markes kimi yazıçıların 
əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən 
istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar. 
Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsri-
nin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı 
cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qə-
dim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa baş-
ladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür. 
Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə 
meyli daha artıq rus ədəbiyyatı, xüsusilə H.Qoqol, M.F.Dostoyevski və 
A.P.Çexovun  ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar. Sonralar 
Frans Kafka kimi yazıcıların yaradıcılığında simvolizmin ifrat bir bədii 
şərtilik şəklini alması, ədəbi obrazın öz konkretliyini itirməsi həm də onla-
rın təsiri ilə bağlı idi. Əlbəttə, Kafkada xalis alman mistikası da vardır, 
lakin dünyanın fundamental fəlsəfi həqiqətlərini tapmaq və  bədii  şəkildə 
göstərmək meylində o, rus klassikasının təsirindədir. Belə  təsir German 
Gessenin nəsrində də özünü göstərirdi. 
Şübhəsiz ki, F.Dostoyevskidən və Avropa macara ədəbiyyatından 
gələn iki müxtəlif realizm forması fərqlidir. Macəralı, mistik realizmi rus 
ədəbiyyatında da müstəqil xətt kimi olmuşdur. Rus yazıçısı M.Bulqako-
vun “Usta və Marqarita” romanı bina gözəl misal ola bilər. Realizmin bu 
şəklində artıq fəlsəfi-sosial ümumiləşdirmə aparıcı deyil, həyatın realist 
macəralı  təsviri lövhələrinə fantastik elementlər qarışır. Bu fantastikanın 
məzmununa görə sözü gedən realizm formaları müxtəlif və mənaca yaxın 
terminlərlə adlandırıla bilir. Məsələn, xalis fantastika elmi mistikadır. Ey-
ni zamanda, din və təriqətlərlə bağlı, tibb elmi ilə bağlı, kitab falı ilə bağlı, 
cadugərliklə bağlı çoxlu əsərlər yazılmış  və onların  əsasında da bədii 
filmlər çəkilmişdir. 
XX əsrin sonlarında mistik realizmə geniş meyl müşahidə olunmuş-
dur. Bu daha çox kinoda belə süjetlərin işlənməsi və maddi uğur qazanma-
sı ilə də bağlıdır. Məsələn, Amerikada cadulanmış mənzillər mövzusu ilə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə