Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə16/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   12   13   14   15   16   17   18   19   ...   137

 
41
yətin keçmişini Allahın yaradıcı fəaliyyəti ilə izah edirdi. Sayılırdı ki, sivi-
lizasiya, dillər, xalqlar bir dəfəyə Allah tərəfindən məlum mükəmməlliklə 
yaradılıbdır. Lakin maarifçilər tarixi diqqətlə öyrənməklə bəşəriyyətin ya-
şayışının ardıcıl siyasi hadisələrin –müharibə və mübarizələrin sırası kimi 
izah etdilər. Sivilizasiyanın birdən yaranması ehkamına  əks olaraq onun 
sadədən mürəkkəbə doğru təkamülün nəticəsi olması ideyası ortaya gəldi. 
Xalqların keçmişinin siyasi və iqtisadi mübarizə  və ziddiyyətlərin tarixi 
kimi izah olunması tarixilik prinsipinin bərqərar olması idi. Sivilizasiya-
nın birdən-birə və Allah tərəfindən yaradılması barədə ehkam kənarda qal-
dı. Bu, dini tarix fəlsəfəsinin süqutu idi və insanlığın keçmişinin tarixi 
şəkildə – ardıcıl və fasiləsiz proses kimi izahı üçün yol açdı. 
XVIII  əsrdə formalaşan tarixilik prinsipi təkamül nəzəriyyəsinin 
yaranması üçün bir hazırlıq idi. Lakin tarixilik prinsipi Allah ideyasını 
əvəz edən bir ideya tapmalı idi. Allah yoxdursa, insanlar necə, hansı qa-
nunlarla yaşamalıdır? Allah yoxdursa hər şey etmək olar, çünki günah qo-
xusu aradan çıxır. O biri tərəfdən Allah ideyası ilə həyatın mənası itirdi. 
Burjua millətçiləri bu mənanı millətə xidmətdə tapdılar.  
Burjua maarifinin inkişafı, milli dillərin və  ədəbiyyatların inkişafı 
nəticəsində, milli dillərin qədim dillərdən üstünlüyü ideyaları ortaya çıxdı, 
geniş yayıldı. Bu prosesə Qərbi Avropa xalqlarının uğurlu müstəmləkəçi-
lik fəaliyyəti də təsir etdi. Şərqi və Afrikanı istila edən ingilis, fransız, İtal-
yan İspan hərbi zadəganlarında öz varlıqlarının təbii üstünlüyü və məziy-
yətləri haqqında təsəvvürlər yarandı. Bu müasir millətçilik nəzəriyyəsi idi. 
Həm də bu nəzəriyyə avrosentrizm şəklində – qərb millətlərinin 
digərlərindən təbii və mədəni üstünlüyü ideyası kimi yarandı. 
Sentimentalizmin bədii nailiyyətlərini inkişaf etdirən romantik ədə-
biyyatda dərin tarixilik duyğusu özünü büruzə verməyə başladı. Bunların 
əsas mövzularından biri milli tarix, xalqların qoçaqlıq və qəhrəmanlıq tari-
xi oldu. Bu millətçilik nəzəriyyəsinin bədii şəkildə inkişafı idi, millətlərin 
xüsusi bənzərsiz ruha malik olması fikrinin bədii təsdiqi idi. Romantiklər 
tarixi romanın ilk romantik variantını yaratdılar və bu istiqamət sonradan 
bütün xalqların ədəbiyyatında milli cərəyanların yaranmasında əsas üsul-
lardan biri oldu. B.Skotun, V.Hüqonun bu sahədəki təcrübəsi sonrakı dün-
ya ədəbiyyatına mühüm təsir göstərdi. 
Hər xalqın bənzərsiz milli koloritini ədəbiyyatın predmeti etmək də 
romantizmin milli ədəbiyyat və milli ruh konsepsiyasının ayrılmaz tərəfi 
idi. Məlumdur ki, klassist ədəbiyyat ümumiyyətlə milli kolorit anlayışını 
tanımırdı, onun poetikasında belə kolorit sənətin intellektual ucalığına nis-
bətən  əks bir qütb sayılırdı. Lakin romantiklərin millətçilik hissiyyatları 
onları xalqın fərdi koloritini ədəbiyyata gətirməyə sövq etdi. Sonradan 


 
42
milli kolorit realist epoxanın həyata marağının əsas prinsiplərindən biri ol-
du. Lakin ədəbiyyatı milli dəyər kimi ilk dəfə romantiklər tanıdılar və təq-
dim etdilər. Dünyada ilk böyük milli şairləri də romantizm hərəkatı yetir-
di. Bunlar Hüqo, Bayron, Şelli, Puşkin və b. idi. 
Romantizm dövründə milli ədəbi dillər xalqların ədəbi mədəniyyə-
tinin fundamental dəyəri kimi ortaya çıxarıldı. Romantiklər tərcümə yolu 
ilə bu dili inkişaf etdirdilər, ilk dəfə olaraq kütləvi tərcümə fəaliyyətini hə-
yata keçirdilər. Onların milli folklora maraqları, şifahi ədəbiyyatı ehtirasla 
toplamaları da milli ruha və onun təcəssümü sayılan milli ədəbi dillərə 
xidmətlərinin bir şəkli idi. Bunun nəticəsində milli şeir formaları poetik 
yaradıcılıqda qədim klassik formaları əvəz etməyə başladı. 
  
 
1.4.8. Romantizm epoxası 
 
Romantizm dünya ədəbiyyatında maarifçi ədəbi tərəqqinin bir döv-
rüdür. Ona görə romantizmi metod, cərəyan və s. kimi təqdim etmək əsas-
sızdır. Romantizm terminini ilk dəfə işlətmiş alman nəzəriyyəçisi Fridrix 
Şlegel 1798-1800-cü illərdə yazdığı silsilə jurnal məqalələrində romantiz-
mi dövrün tələblərinə  ən uyğun olan müasir sənət forması kimi təqdim 
edirdi. Əlbəttə, Şlegel haqlı idi, çünki onun dövründə romantizm ədəbi tə-
rəqqinin ən yeni tendensiyalarını təmsil edirdi. 
Bu da keçid mərhələsi idi. Bəs nəyə keçid idi? İlk növbədə müasir 
müəllif yaradıcılığına, realizm epoxasına keçid idi. Romantik epoxanın 
keçid xarakteri ən çox onun tarixilik duyğusunun erkən xarakterində idi. 
Ədəbiyyatın klassik epoxadan gələn universallıq  əlamətləri – obrazların, 
qəhrəmanların, konfliktlərin, süjetlərin universallığı prinsipi hələ xeyli də-
rəcə romantizm nümayəndələrində qalırdı. Bu onların tarixi mövzulara 
münasibətinə daha çox aiddir. 
Romantiklər çox hallarda öz süjetlərini milli koloritlə təqdim etmir-
dilər, onların universal, fəlsəfi məzmununa və məntiqinə üstünlük verirdi-
lər. Çox hallarda romantiklər ədəbiyyatın universal fəlsəfiliyinə, bəşəri hə-
qiqətlər ifadə etməsinə onun milli məzmununa nisbətən daha artıq üstün-
lük verirdilər. Ona görə romantiklərin əksər qəhrəmanları canlı insan tale-
yindən çox tarixi və fəlsəfi həqiqətləri və ideyaları ifadə edirdi. Romantik 
əsərlərin çoxu bircə belə böyük, qabarıq qəhrəmanlar üzərində qurulurdu.  
Romantik qəhrəmanların məna və ehtiraslar baxımından monumen-
tallığı ümumi tipoloji bir xüsusiyyət idi. Romantik əsərlərdə bu qəhrəman-
lar çox vaxt digər bir qəhrəmana qarşı deyil, bütün dünyaya qarşı qoyulur-
du. Qəhrəman – dünya appozisiyası buna görə romantizmin dünya duyu-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə