Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə15/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   11   12   13   14   15   16   17   18   ...   137

 
38
dəniyyətində ancaq poeziya şəklində olan dini mətn forması kimi yaşaya 
və davam edə bildi və bununla müsəlman xalqların mədəniyyətinə misilsiz 
xidmət göstərdi. 
Bütpərəst yunan ədəbiyyatına bağlı Avropa klassisizmindən fərqli 
olaraq şərq klassisizmi monoteist dini mətnlərinə və ədəbiyyatına əsasla-
nırdı və qədim sufilərin Allah haqda yazdıqları və dedikləri poetik formalı 
nümunələrə təqlid və onlardan təbdilə əsaslanırdı. Şərq klassisizminin dini 
xarakteri, Allahın və peyğəmbərin mədhi ilə birbaşa bağlı olması onun 
məzmun, janr, poetika baxımından daha konservativ olması ilə nəticələn-
mişdir. İlk sufi mətnləri nət və münacatlardan ibrət idi. Rəsmi islam ortodok-
siyası sufiliyi – yəni Allahı sözlə və təsvirlə tərənnümü rəsmən tanımadığı üçün 
lirik şeir divanları (əllə yazılan kitablar) onun əsas forması oldu. 
Şərq klassisizmi üçün əsas nümunə ilkin sufi klassiklərin – Həllac 
Mənsur, Sənai, Fəridəddin Əttarın və s. divanları idi. Hər bir sufi şair ərəb, 
fars və ya türk dilində divan yaradırdı. Sufi klassisizmi əxlaqi ideal 
üzərində qurulmuş bir lirik ədəbiyyatdır. Hər bir şair özünü panteistcəsinə 
Allahdan qopmuş sayır. Belə sufi şairin bütün həyatı Allaha qayıtmağa, 
ona yaxınlaşmağa, dünyadan üz döndərib Allah eşqi ilə yaşamağa sərf 
edilir. Şərqdə simvolik olaraq aşiq adlanan bu qəhrəman dünyanın maddi 
dəyərlərindən imtina edir, öz cismini öldürüb xalis ruha çevrilmək və belə 
mistik üsulla Allahı  dərk etməyə çalışır. Divan ədəbiyyatının dini məz-
munu budur və əsrlər boyu X1X əsrə qədər təkrarlanmışdır.  
Sufizmi təravətli və bədii edən onun alleqorik xarakteri idi. Burada 
acıq, birbaşa nə Allahın adı, nə  də onun tərənnümü vardır. Sufi şair hə-
mişə Allah haqda bu ədəbiyyatda xüsusi işarə sistemi təşkil edən 
rəmzlərlə danışır və fərdi şair yaradıcılığı üçün nisbi sərbəstlik yaradırdı. 
Allahla yanaşı sufi klassisizmində Quranın sirləri və simvolları 
tərənnüm edilirdi. Qədim sufi müqəddəslərin və peyğəmbərlərin bioqrafi-
yası barədə tarixlər yazılması da bir janr idi. Bu hekayələrin çoxu mifik 
xarakter daşıyırdı. Çox vaxt belə bioqrafiyalar kiçik hekayələr üzərində 
qurulurdu. Belə  ən məşhur sufi hekayələrindən sufi poeziyada onlarca 
simvolik obrazlar yaranmışdır.  
Şərqdə klassisizmin əsas forması lirik poeziya – qəzəl, diyuq, rübai 
olmuşdur və sufi ədəbiyyatında özünü göstərmişdir. Klassik Azərbaycan 
ədəbiyyatı XIX əsrə qədər klassisizm prinsipləri əsasında inkişaf etmişdir. 
Sufi poeziyası Quranın mif və əhvalatlarına əsaslanırdı və qərb klassisiz-
minə nisbətən daha konservativ idi. Şərq klassisizminin əsas iki forması 
vardı: qəzəl və məsnəvi. Məsnəvi isə müstəqil forma olmaqdan çox əsası 
Qurandan və qədim ənənədən gələn Yusif və Züleyxa, Leyli və Məcnun
Fərhad və Şirin kimi klassik süjetlərin qələmə alınması ənənəsi idi. Əlbət-


 
39
tə,  şərqdə Nizami kimi böyük şairlərin yaradıcılığında klassik kanonlara 
sığışmayan hadisələr də vardır. Amma bu da nisbi bir dərəcədədir. 
Azərbaycan dilində klassik sufi ədəbiyyatı fars və  ərəbcə mövcud 
olmuş divanlara XIII əsrdən başlayaraq təqlid, onların təbdili və tərcüməsi 
yolu ilə yaranmışdı. Ona görə bizim anadilli klassik ədəbiyyatımız 
müsəlman klassisizminin timsalı, bariz forması sayıla bilər. 
Azərbaycan klassisizminin təcəssümü Füzuli ədəbi məktəbi idi. 
C.Cabbarlı haqlı olaraq yazırdı ki, Fizulidən sonra bütün türkdilli poeziya 
onun başına fırlanmaqdan və ona təqliddən, onun səviyyəsinə can atmaq 
təşəbbüslərindən ibarət idi. Elə buna görə M.F.Axundov müasir ədəbi 
janrları Azərbaycan  ədəbiyyatına gətirərkən Fizulini “nəzmi-ustad”, yəni 
formalist adlandırdı. Füzulinin nüfuzunu ardan götürmədən müasir 
Azərbaycan ədəbiyyatını yaratmaq, ictimai rəydə bu ədəbiyyata yol açmaq 
mümkün deyildi. Ona görə M.F.Axundov haqlı idi. 
Avropa klassisizminin əsas forması kimi çox vaxt Fransa faciənə-
visləri Kornelin və Rassinin adları çəkilir. Onlar Fransanın milli monarxi-
yasının tərənnümçüləri idilər. Onların  əsərlərində borc, and və  əxlaq və 
sevgi kimi şəxsi hisslər arasındakı konflikt əsas yer tuturdu. Kral qarşı-
sında borcu əxlaqın  əsasına çevirmək meyli milli dövlətə  və millətçiliyə 
doğru ilk addımlar idi. Fransa klassistləri maarifçi rasionalist fəlsəfənin 
təsiri altında idilər. Onların müsbət qəhrəmanları  ağıl təcəssümü kimi 
verilirdi. Bu qəhrəmanlar öz şəxsi hissiyyatları ilə konfliktə düşür, amma 
sonda ağılı, monarxa sədaqət borcunu yüksək tutaraq faciəli taleyi qəbul 
edirdilər. Ona görə Fransa klassisizmi bu cərəyanın ancaq milli bir for-
masıdır və onu universallaşdırmaq doğru deyildir. 
Qərb klassisizmindəki rasionalizmin əksinə olaraq Şərqdə sufilər və 
hürufilər antirasionalist idilər, onların  əksəriyyətində  ağla mənfi münasi-
bət vardır. Bu da Allahı rasionalist dərkin gətirdiyi skeptik sualları aradan 
qaldırmaq üsulu idi. Sevgi və sidq Allaha bağlanmaq üçün sufilərdə daha 
qısa yol sayılırdı. 
  
 
1.4.6. Sentimentalizm 
 
Maarifçilik  ədəbi hərəkatı içərisində XVIII əsrin ikinci yarısında 
Qərbi Avropa ədəbiyyatlarında yaranmış ədəbi şərh formalarından biri də 
sentimentalizmdir. Sentiment sözü fransızca hissiyyat mənasına gəlir. 
Sentimentalizmi cərəyan adlandırmaq doğru deyildir, çünki o, konkret 
dövrdə meydana çıxmış məhdud saylı ədəbi əsərlər, xüsusilə Lorens Stern 
(“Sentimental səyahət” (1768), C.Riçardcon (“Pamela və ya haqqın almış 


 
40
xeyirxahlıq” (1741), Russo (“Yeni Eloiza”), Höte (“Gənc Verterin iztirab-
ları”) kimi yazıcıların yaradıcılığı və ədəbi təsiri ilə bağlıdır. Sentimenta-
lizm erkən maarifçilik hərəkatındakı ifrat rasionalizmə, ifrat ağılpərəstliyə 
və ciddiyyətə əks reaksiya kimi yaranmışdır. 
İnsan hissiyyatlarını təsvir etmək sentimentalizmə qədər də var idi. 
Lakin ilk sentimentalistlər təbii bərabərlik tərəfdarı olan demokratik əqi-
dəli adamlar idilər. Onlar maarifçi ədəbiyyat tarixində klassisistlərin saray 
qəhrəmanlarına (krallar, şahzadələr, zadəganlar) əks olaraq adi adamların 
mənəvi və hissiyyat dünyasını, xüsusilə sevgi kimi zərif hisslərini ədəbiy-
yata gətirdilər. Onlar adi təbəqələrdən olan qəhrəmanların daxili aləminin 
zadəganlardan yoxsul olmadığını nümayiş etdirməklə maarifçi realizmin 
qəhrəman konsepsiyası üçün yol açdılar. Bu mənada, sentimentalistlər 
nəsrlə yazılan müəllif yaradıcılığının demokratikləşməsi, ədəbi qəhrəman 
seçimində  də insanların bərabərlik prinsiplərinə  əməl edilməsi  ənənəsini 
yaratdılar. 
Sentimentalistlər müasir roman janrının iki formasına – səyahətna-
mələrə və məktublar şəklində roman yazmaq ənənəsinə böyük təkan ver-
dilər. Epistolyar formalar—məktub və gündəliklər onların sevimli yazı 
formaları idi. Sonralar sentimentalizm termini öz tarixi mənasını qismən 
itirərək yüngül, emosional süjetlərə müraciət etmək mənasını almışdır. 
Əslində sentimentalizm romantizmin erkən bir mərhələsi idi və onun tər-
kib hissəsi kimi başa düşülməlidir. 
Sentimentalistlər insan həyatının fərdi, intim tərəflərini  ədəbiyyata 
gətirdilər ki, bu əlamətlər XX əsr nəsrində yeni səviyyədə bərpa olundu. 
Ona görə də sentimentalizm müasir nəsr yaradıcılığı tarixində mühüm bir 
mərhələ təşkil edir. Onlar ilk dəfə olaraq xristian qadağalarına məhəl qoy-
madan insanların təbii hissiyyatlarını, bu baxımdan insanların bərabərliyi 
ideyalarını müasir nəsrə  gətirmişlər. Bu prinsiplər müasir nəsrin  əsasını 
təşkil etmişdir. 
Rusiya və digər  ədəbiyyatlarda sentimentalizm gecikmiş formada 
meydana çıxmışdır. Bu Avropa sentimentalizminin milli dillərə tərcüməsi 
ilə bağlı idi. Sentimentalizmin sonrakı bütün milli formaları ədəbi tərəq-
qinin ümumi istiqamətlərinin müxtəlif dillərdə yaranan ədəbiyyatlarda 
təqlidi şəkildə təkrarlanması qanununu əks etdirir. 
 
 
1.4.7. Millətçilik və romantik ədəbi millətçilik 
 
Maarifçi rasionalizmin mühüm nəticələrindən biri elmlərin, o cüm-
lədən elmi tarixin bir fənn kimi sürətli inkişafı idi. Dini sxolastika bəşəriy-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə