Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə11/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   7   8   9   10   11   12   13   14   ...   137

 
26
açmaq idi. Bu həm də peyğəmbərlərin hakimiyyətini yaratmaq və yaymaq
möhkəmlətmək və sabitləşdirmək istəklərindən irəli gəlirdi. Bunlar kano-
nizasiyanın tarixi şərtləri idi. 
Amma kanonizasiyanın tarixi nəticələri tamam başqa oldu: kanoni-
zasiya kollektiv yaddaş forması kimi mətn mədəniyyətinin qorunmasını və 
son beş min ildə fasiləsiz və ardıcıl bir proses kimi davam etməsini təmin 
etdi. Bəşəriyyətin bütün müasir mədəniyyətinin mövcudluq şəkli olan ya-
zılı dil yaranıb inkişaf etdi. 
  
 
1.3.4. Missionerlik dini mətnlərin ümumbəşəri  
sosial utopiya kimi şərhidir 
 
Kanonik mətnlərin komentariyası  şifahi və yazılı formada mono-
teizmin dünyaya yayılması prosesində davam etmişdir. Dini təbliğat bütün 
monoteist dinlərdə Allaha aid edilən müqəddəs kitabların ehkamını  və 
bəyanını  şərh etmək  şəklində davam etmişdir. Hər növbəti təkallahlı din 
yarananda missionerlik geniş yayılmış  və Allahın kitabının bütün dünya 
üçün vahid şərhini və bəyanını yaratmaq təşəbbüsü ortaya gəlmişdir. Ona 
görə missionerlik təkcə Allah kitabını şərh deyil, həm də ümumbəşəri bir 
sosial utopiya yaratmaq təşəbbüsü idi. 
Lakin monoteist mətnləri ümumbəşəri sosial utopiya kimi dünyaya 
yaymaq heç bir dinə nəsib olmadı. Hə xristianlar, nə müsəlman missioner-
ləri öz dinlərini bütün dünyaya yaya bilmədilər. Amma bəşəriyyətin və 
monoteizmin tarixində ümumdünya utopiyası yaratmaq təşəbbüsü yarandı. 
Bu elə vahid bir dil yaratmaq təşəbbüsü kimi bir şeydir. 
Ümumdünya utopiyalarının baş tutmamağı onları insanların yadda-
şından silmədi. Vahid mətn və vahid mətn anlayışı yaratmaq təşəbbüsü ar-
zu kimi qaldı və 1917-ci il Oktyabr inqilabından sonra Sovet Rusiyasının 
daxili və xarici siyasətində özünü göstərdi. Rus bolşevikləri yer üzündə 
kommunizm yaratmaq, öz rəhbərlikləri altında dünya xalqlarını xoşbəxt 
etmək xülyasına düşdülər. Xaç yürüşləri kimi, kommunizm qurmaq plan-
ları da zorla həyata keçirilməyə başladı. Rusiyada vətəndaş müharibəsin-
də, sonra otuzuncu illərin əvvəllərində aclıq zamanı, daha sonra 1937-ci il 
repressiyalarında 50 milyona qədər adam məhv edildi. Rus kommunistləri 
insandan yaxşı dünya qurmaq üçün adi material kimi istifadə etdilər və 
növbəti dəfə sosial tərəqqini süni surətdə sürətləndirmək təşəbbüsü baş 
tutmadı.  İkinci dünya müharibəsindən sonra kommunizmi dünyada vahid 
utopiya kimi yaymaq üçün böyük təşəbbüslər edildi, SSRİ-nin dövlət kimi çox 
böyük resursları bu isə əbəs yerə sərf edildi, bu da son nəticədə marksist rejimin 


 
27
1990-cı ildə dağılması ilə  nəticələndi.  Marksizmi də vahid dünya mətni və 
vahid dünya mətn anlayışı kimi yaymaq mümkün olmadı. 
Amma marksizm monoteist ümumbəşəri dünya utopiyalarına 
bənzər hadisə kimi bəşəriyyətin yaddaşında qaldı  və bir çox xalqların 
taleyində mühüm rol oynadı. Amma dindən sonrakı ümumdünya utopiya-
larında allaha xidmət deyil, yenidən müəyyən mədəniyyətlərin yekməna 
anlayışı əsasında hakimiyyət yaratmaq təşəbbüsü aparıcıdır. Bunu Sovet-
lər dağılandan sonra ABŞ-ın xarici siyasətində  də görürük. Bu ölkə öz 
dəyərləri ilə birgə öz hakimiyyətini də dünyaya yaymağa çalışır. Şübhəsiz 
ki, bu təşəbbüs də baş tutmayacaqdır. Mətnlərin və mədəniyyətlərin eyni 
tipli utopik şərhini dünya utopiyasına çevirmək mümkün deyildir. Bunun 
üçün əvvəlcə dünyadakı bütün dilləri aradan götürmək lazımdır. Bu halda 
insanların yaddaşının fərdiliyi azalar. Amma bu insan mədəniyyətini və si-
vilizasiyanı yoxsullaşdırar və insanları yaddaş cəhətdən yenidən heyvanlar 
səviyyəsinə endirərdi. Yaddaşlar bir-birinin təkrarı olardı. Bu isə mümkün 
deyil və lazım da deyil. 
Təsadüfi deyil ki, monoteist dinlərin Qiyamət günü haqqında 
ehkamlarında insanların axirətdə bir dildə danışacağı haqda eyhamlar 
vardır. Dillərin aradan çıxması tarixin bitməsi mənasına gəlir. 
 
 
1.3.5. Dərsliklər və müasir təhsil sosial dünyagörüşünün konkret 
mərhələsinin kanonizasiyası kimi 
  
Dini ədəbiyyatşünaslıq bu elmin ilk forması, din isə bu elmin icti-
mai dünyagörüşünün ilk forması olmuşdur. Lakin ədəbiyyat elminin din-
dən ayrılması onun dünyagörüşü kimi dindən tamam uzaqlaşması demək 
deyildi.  Əslində bu mümkün də deyildi. Çünki müasir təhsil sistemi də 
ilkin monoteist kanonizasiyanın şərhi prinsipi üzərində qurulmuşdur. Təd-
ris prosesi dərsliklərdə yazılanların yekməna  şəkildə anlayışını öyrətmək 
və öyrənməkdir. Hər bir tədrisin əsasında müəllimlər üçün əvvəlcədən ha-
zırlanan mətnlər, proqramlar durur. Müəllim bunları kanonik əsas kimi 
götürüb şagird və tələbələrə yekməna şəkildə öyrətməlidir. 
Beləliklə  hər dövrün təhsili məxsusi və konkret kanonizasiyanın, 
proqramların mənimsənilməsinə əsaslanır. Hər bir savadlı şəxs öz dövrü-
nün dərsliklərində əks olunmuş dünyagörüşü kanonlarının, terminoloji ka-
nonların bilicisidir. Bu biliklərin məcmusu onun dünyanı tanımasını şərt-
ləndirir. Həm də bu tanıma ibtidai insanın miflərin ilkin yarandığı vaxtda-
kı tanımadan heç nə ilə fərqlənmir. Dünyanı müasir tanımada onun cəmiy-
yətdə  həyat uğrunda mübarizəsinin, özünütəsdiq uğrunda mübarizəsinin 


 
28
instinktiv işləyən bünövrə prinsipləridir. Qorxu, cəza, iradə azadlığı ilə 
bağlı problemlər ən qədim vaxtlarda olduğu kimi fəhmlə, şüur altına məx-
sus mexanizmlərin köməyi ilə  həll edilir. Dünyanı dini və müasir (elmi) 
tanımada prinsipial bir fərq yoxdur. Dünyanı dini tanıma təhsil vaxtı 
mənimsənilən dini ehkamlara əsaslanır. Dünyanı elmi tanıma isə elmi 
anlayış  və terminləri bilməyə  əsaslanır. Lakin insan fəaliyyəti milyon il 
əvvəl olduğu kimi, instinktiv xarakterini, təhlükə, qorxu, aclıq, cütləşmə 
kimi instinktiv reflekslərə əsaslanmaqdadır.  
Yeddi yaşında dərsə, məktəbə gedən şagirdin hansı sosial dünyagö-
rüşünün daşıyıcısı olacağı onun özündən asılı deyildir. Heç onun orta 
məktəb müəllimlərindən də asılı deyildir. Məktəb təhsili müasir vəziyyə-
tində də qədimdə olduğu kimi bürokratik bir orqanizmdir. Bu orqanizmin 
vəzifəsi məktəb yaşına çatan hər bir uşağa proqramlarda nəzərdə tutulan 
mətn bilgisini tam həcmdə, yekmənalıqla öyrətməkdən ibarətdir. Dərslik-
lərə  gəlincə, məktəb mühitində onlar mütləq həqiqət kimi, qeyri-tənqidi 
şəkildə  qəbul olunur. Yalnız ali məktəblərdə  şagirdlərə izah olunur ki, 
məktəb proqramlarındakı  dərsliklərdə  şərh olunan müddəaların hamısı 
çoxlu nöqteyi-nəzərlərdən biridir. 
Göründüyü kimi, dil vasitəsi ilə, mətnləri oxumaq formasında təhsil 
kanonizasiya prinsipinə  əsaslanır.  İlkin kanonizasiya ədəbi xarakterli 
mətnlərin kanonizasiyası idi, müasir dərsliklər isə elmi xarakterli mətn-
lərin kanonizasiyası və yeni nəsillərə ötürülməsi kimi formalaşıb.  
Ona görə də müasir ədəbi mətnləri şərh edən hər bir alim və oxucu-
nun  ədəbi  şərhi onun məktəbdə kanonik şəkildə  mənimsədiyi ictimai 
dünyagörüşünü daşıyan mətnlər və  mətn  ənənəsi bünövrəsində olur, bu 
ənənənin davamı və tərkib ünsürü olur. Bu mənada ədəbi şərhdə bir mətn 
həmişə digər mətnlə və ya mətn ənənəsi kontekstində şərh olunur. Müasir 
ədəbi şərh də əslində mətnləri şərh edən şəxsin daha yaxşı bildiyi və daha 
yaxşı saydığı ikinci və daha qlobal mətn kontekstinə salınmasıdır. 
Mətnin şərh olunduğu mətn kontekstini sonsuz genişləndirmək olar, 
bu sonsuzluğun ölçüsü mətn mədəniyyətinin sərhədsizliyi ilə üst-üstə 
düşər. Eyni zamanda, ədəbi şərhin ümumu mətn kontekstini sonsuz olaraq 
daraltmaq da olar. Bu halda mətn teoremə və sübutsuz ehkama çevrilir. 
Beləliklə,  ədəbi  şərhin təbiətində tavtologiya vardır, çünki hər bir 
mətn mütləq digər mətnlə, digər mətn vasitəsi ilə  və onun kontekstində 
şərh edilir. Bu söz təsvirinin təbiətindən gəlir: hər bir şərh, izah, tanıma, 
səciyyələndirmə – sözlə identifikasiyadır, digər  şeyə  bənzətmədir, digər 
şeyə aid etmədir. Lakin hər bir identifikasiya, tanıma və şərh fərdi bir akt-
dır. Bu mənada bəlkə də dünyanın əlvanlığı şeylərin özündən çox, baxış-
ların fərdiliyi ilə bağlıdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə