Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə17/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   13   14   15   16   17   18   19   20   ...   137

 
43
munun fundamental bir keyfiyyəti sayılır. Romantizmin klassik nümunə-
lərinin çoxu bircə belə monumental miqyaslı qəhrəman üzərində qurulur. 
Bunu çox vaxt romantizmin subyektivizmə meyli adı verirlər. Bizcə bu 
doğru deyildir. 
Romantiklərdə insanın iç aləminə, qəlb aləminə maraq onların fərdi 
üslubuna bağlı deyildi. Bu ədəbiyyatın mərkəzi mövzusuna çevrilən insan 
problemində onların sentimentalistlərə nisbətən irəli addımı idi. Mahiy-
yətcə, klassisizm, sentimentalizm və romantizmin özü insanın ədəbiyyatın 
əsas mövzusu kimi bədii şəkildə dərk və təqdim eləməkdə növbəti mərhə-
lələr idi. Biz irəlidə görəcəyik ki, bu proses realizm epoxasında tamamla-
nır. Romantiklərin də insanın dərkində irəlilədikləri öz hüdudları vardı: 
onlar insanın psixoloji və emosional koordinatlarını  təsvir etməkdə xeyli 
irəli getmişdilər. Lakin romantik qəhrəman bütöv halda hələ canlı adam-
dan çox, insan konsepsiyası və ideyası idi. Onların çoxu kitab mədəniyyəti 
ilə bağlı olan ideyaların ədəbi illüstrasiyası kimi yaradılırdı. Onlarda ko-
loritli adam cizgiləri universal adam ideyasının cizgilərindən az idi. 
Romantizmin klassik dövrü Böyük Fransa inqilabından XIX əsrin 
birinci yarısına qədərki vaxtı əhatə edir. Lakin onun Şərqi Avropa xalqla-
rının və bir çox şərq xalqlarının ədəbiyyatlarındakı təzahürü sonrakı dövr-
ləri əhatə edir. Məsələn, Azərbaycanda romantik cərəyan XX əsrin əvvəl-
lərinə, realist cərəyanla eyni vaxtda yaranıb. Hadi, Cavid, Səhhət kimi 
klassiklərdə özünü göstərmişdir. Bu, xalqların iqtisadi və ona bağlı olan 
mədəni tərəqqisindəki qeyri-bərabər inkişafdan irəli gəlir. İqtisadi ləngimə 
xalqların vahid ümumdünya ədəbi prosesinə qoşulması vaxtını da ləngidir. 
Müəyyən ədəbi hadisələr xalqların ədəbiyyatına, Qərbin ədəbi mətn mədə-
niyyəti prosesinə gec bələdliyi və gec qoşulması nəticəsində yubanır. 
Romantizm tarixilik duyğusunu  ədəbiyyata gətirib. Lakin onun 
özündən sonrakı ədəbi tərəqqiyə nisbətən əsas xüsusiyyətini onun tarixilik 
hissinin qeyri-ardıcıllığı və qeyri mükəmməlliyi idi. Bur çox romantiklər-
də konkret gerçəklik, tarixi reallığın özü qeyri-estetik bir şey sayılırdı. Bu 
isə onların hələ klassist ədəbiyyatın universal ədəbi kateqoriyalarına bağlı-
lığını, ədəbiyyatda konkret faktın fundamental əhəmiyyətini tam dərk et-
mədiklərini göstərirdi. Böyük romantiklərin hamısı  ədəbi tərbiyəsi,  şəxsi 
zövqü baxımından intibah dövrünün dahilərinə bağlı idilər. Onların 
universal  əxlaqi və estetik dəyərlərə, süjetlərə  və  qəhrəmanlara meyli də 
burdan gəlirdi. Onlarda gerçəkliyin qeyri-estetikliyi barədə  qənaəti ilk 
burjua inqilablarının qanlı və amansız təcrübəsi yaratmışdı. 
 
  
 


 
44
1.4.9. Maarifçi realizm 
 
Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan gös-
tərməyə meyllərinə görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm 
epoxasının özündə yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi 
həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret həyat faktla-
rına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, ikincilər 
isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. 
Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı 
əsaslandırılmışdır. Bu maarifçilik epoxasına marağın artması və maarifçi 
ədəbiyyatın spesifik tarixi mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin 
əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro kimi müəlliflə-
rin nəsrində özünü göstərmişdir. Lakin maarifçilər teatr və dramaturgiyaya 
da əsas sosial tərbiyə janrları kimi baxırdılar. Azərbaycan maarifçiliyinin 
də əsas janrı dramaturgiya olmuşdur. M.F.Axundovun davamçıları Mirzə 
Ağa Təbrizi, N.B.Vəzirov, C.Məmmədquluzadə, N.Nərimanov,  Ə.Haq-
verdiyev, Ü.Hacıbəyov, S.S.Axundov dram janrına üstünlük vermişlər. 
Bu realizmin əsas əlaməti onun müsbət, şüurlu insanı tərbiyənin və 
təhsilin məhsulu kimi anlamasıdır. Elə buradan da maarifçi realizm termi-
ninə yaxın olan pedaqoji roman anlayışı yaranmışdır. Maarifçi yazıçılar 
öz əsərlərində düzgün tərbiyə sistemini və onun nəticəsi olan şüurlu vətən-
daşların obrazlarını yaratmağa çalışırdılar. 
İlkin maarifçilik mərhələsində hələ Burjua cəmiyyətinin qəddar və 
yırtıcı təbiəti ortaya çıxmamışdı. Onu görə sosial ədalətsizliyin azalmasın-
da düzgün tərbiyə amilinə xüsusi əhəmiyyət verilirdi. Maarifçi realizm 
üçün cəmiyyətin ziddiyyətlərini, insanların qüsurlarını tərbiyəsizliyin, sa-
vadsızlığın nəticəsi kimi təqdim olunması  səciyyəvi idi. Azərbaycan 
ədəbiyyatında maarifçi realizmin ən bariz nümayəndəsi A.A.Bakıxanov və 
M.F.Axundov idi. Sonuncunun pyeslərinin finalında Çar üsul idarəsinin 
jandarmları gəlib konfliktə müdaxilə edir və yerli əhalidən daha Maarifli 
qüvvə kimi ədaləti bərpa edirlər, qanunsuz hərəkətlərin qırçısını alırlar. 
Beləliklə, sivilizasiyalı adam daha ədalətli hesab olunur. Bu xalis maarifçi 
təsəvvür idi, ədalət problemini birbaşa savad və  tərbiyə ilə bağlayırdı. 
M.F.Axundov pyeslərində Çar məmurları  həm də birmənalı mütərəqqi 
qüvvədirlər. Böyük ədib inanırdı ki, Rusiya tərkibinə daxil olmaq 
Azərbaycan xalqının sürətli tərəqqisinə xidmət edəcək. 
Müsəlman  şərqində maarifçilik dünyagörüşünün ayrılmaz tərəfi 
Qərb xalqlarının siyasi, mədəni və iqtisadi tərəqqi yoluna nümunə kimi 
baxmaq, Avropa sənaye inqilabları istiqamətində inkişafın qaçılmazlığına 
inam idi. Sovet hakimiyyəti qurulana qədər Azərbaycanda bu qərbçi 


 
45
maarifçilik üstünlük təşkil edirdi. Lakin islami maarifçilik  də var idi. 
Sovetləşmədən sonra Azərbaycanda marksist maarifçilik yayılmağa başla-
dı. Terminoloji fərqlərə baxmayaraq marksist maarifçilik də Avropanın 
ateist maarifçiliyinin bir forması idi. 
Birmənalılıq, ümumiyyətlə, maarifçi realist qəhrəman konsepsiya-
sının mühüm əlaməti idi. Maarifçi realizmdə romantiklərdə olduğu kimi 
mənfi surətlər canlı adamdan çox müəyyən  əxlaqi qüsurların birmənalı 
timsalıdırlar. Hacı Qara xəsislik rəmzidir. Maarifçi qəhrəmanlarda mənfi 
sifətlər müəyyən şəxsi motivlərlə deyil, mütləq bir keyfiyyət kimi, mütləq 
ideyanın timsalı kimi mövcuddur. Kapitalist cəmiyyəti inkişaf etdikcə, 
Burjua inqilabları qanlı proses kimi davam etdikcə maarifçi müsbət qəhrə-
manların məhdudluğu ortaya çıxdı. Aydın oldu ki, maarif sosial tərəqqiyə 
də, sosial şərə  də xidmət edə bilər. Rusiyada və sonradan Azərbaycanda 
marksizmin yayılması mütərəqqi hadisə idi. Amma marksist maarifçiliyin 
hər iki ölkədə qanlı nəticələri də oldu. 
Ona görə maarif və düzgün tərbiyə sosial tərəqqi yaradan mühüm 
prosesdir. Lakin maarifin çiçəklənməsi birbaşa cəmiyyətdə sosial ədalətin 
artmasına səbəb olmur. Maarifçiliyin böhranı insanın və cəmiyyətin inki-
şaf mexanizmi barədə belə sadəlövh təsəvvürlərin dağılmasının nəticəsi 
oldu. Şər işlər görməkdə savadlı adamların savadsızlardan daha təhlükəli 
olduğu aydınlaşdı. 
Azərbaycan  ədəbiyyatında maarifçi realizmin prinsipləri C.Məm-
mədquluzadə, N.Nərimanov, N.B.Vəzirov kimi ədiblərin də yaradıcılığın-
da özünü göstərmişdir. Yalnız Birinci Dünya müharibəsi başlanandan son-
ra cəbhələrdə milyonlarla adamlar qırıldı  və bu, müsəlman maarifçilərin 
gözündə Avropa sivilizasiyasının müsbət obrazını  məhv etdi. Avropa 
tərəqqi yoluna inam sarsıldı və maarifçi dünyagörüşü az-az aradan çıxdı. 
 
 
1.4.10. İslam maarifçiliyi 
 
Azərbaycan maarifçiliyinin digər qanadını islam maarifçiliyi təşkil 
edirdi. İslam maarifçiləri qərbpərəst ziyalılara və Avropa tipli təhsilə qarşı 
çıxırdılar. Onlar hətta Avropa dəbində paltar geyənləri də lənətləyir, kök-
dən, ata-baba qaydalarından uzaqlaşmaqda ittiham edirdilər.  İslami 
maarifçilərin iki qanadı vardı: onların bir hissəsi Türkiyədə oxumuşdu və 
ittihadçı adlanırdılar. Digər qrup isə İranda təhsil almışdı. 
İslami maarifçilər Avropa sinifli dərs sistemi ilə  təhsilin  əleyhinə 
çıxmaqla əslində gerilik təbliğ edirdilər. Bu cərəyan müsəlman millətlərin 
Avropa sənaye inqilabları yolu ilə  tərəqqisinə  əngəl olurdu. Onlar iddia 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə