Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə25/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   21   22   23   24   25   26   27   28   ...   137

 
64
bayram kimi təqdim etmişdir. Təsadüfi deyil ki, indi də ən yeni ədəbiyyat 
və sənət nəzəriyyələrinin mərkəzi Paris ədəbiyyatşünaslıq məktəbi sayılır. 
XIX əsrdə yaranan estetçilik XX əsrdə modernizm (fransızca: müa-
sir, təzə deməkdir) adlandı. Lakin onun mahiyyəti dəyişmədi. Modernist-
ləri iki qrupa bölmək olar. Onlardan bir hissəsi sənətdə islahatçılıq tə-
rəfdarıdır və bu işdə çox tələskəndirlər, ona görə onlarda islahat, ədəbi 
eksperimentçilik çılpaq bir məqsədə çevrilir. Ədəbiyyat mühafizəkar bir 
yaradıcılıq sahəsidir, ona görə modernistlər bir qayda olaraq ədəbiyyatda 
ciddi iz qoya bilməyərək unudulub gedirlər.  
Ənənəçilər də sonradan onların tələskən yeniləşmə üsullarından 
istifadə edirlər. Modernistlər çox zaman ədəbi tərəqqidə katalizator rolunu 
oynayırlar. Son nəticədə onlardan heç bir iz qalmır. Məsələn, Azərbaycan-
da sərbəst  şeir V.Mayakovski və Nazim Hikmətin rəsmi təbliğinin bir 
şəkli kimi xeyli işlənmişdir. Lakin onların poeziya tarixində yer tuta bilən 
nümunələri ortada yoxdur. 
Modernizmin ikinci qisminə də onun milli , cavan ədəbiyyatlardakı 
təzahürünü aid etmək olar. Qərb dillərini bilən, bu ədəbiyyatları çox 
oxuyan cavan ədəbiyyat  ətrafı adamlarda ədəbi nihilizm yaranır və bu 
milli  ədəbiyyatın təcrübəsinə qarşı yönəldilir.  Modernist nihilizm milli 
ədəbiyyatın dəyərini anlamamaq şəklidir.  Əlbəttə, cavan ədəbiyyatlar 
fransız və ingilis ədəbiyyatı ilə müqayisədə bəsit görünür. Amma bu bəsit 
ədəbiyyat bir xalqın təkrarsız mənəvi bioqrafiyasının faktı kimi həqiqi 
ədəbi mədəniyyət faktıdır və həmişə belə sayılmalıdır. Özünü azərbaycan-
lı sayan, lakin rus və başqa dillərdə yazan bir sıra yazıçıları də modernist 
nihilizmin bir şəkli saymaq olar. 
Modernist nihilistlərin bir xüsusiyyəti də onların bəşərilik, beynəl-
miləllik iddialarıdır. Onlar rusca yazmaqlarını  və ya Fransa modernistlə-
rinə təqlid etmələrini estetlik və bəşərilik kimi qələmə verirlər. Lakin bu 
ifrat bir haldır, çünki cavan milli ədəbiyyatların əsas ədəbi dəyəri onların 
konkret xalq dili sferasında yaranması  və xalqın mənəvi təcrübəsinin 
unikallığını təmsil etməsindədir.  
 
 
1.7.5. Marksist məktəb 
 
Marksist  ədəbiyyatşünaslıq məktəbi XIX əsrin ikinci yarısından 
bəri mürəkkəb inkişaf yolu keçən eklektik bir hadisədir. Lakin SSRİ-də 70 
il  ərzində  rəsmi elmi məktəb kimi inkişafı marksist ədəbiyyatşünaslığın 
digər elmi üsullara nisbətən daha yaxşı sistemləşməsi və geniş elmi 
tədqiqatların ortaya çıxması ilə nəticələnmişdir. Marksist ədəbiyyatşünas-


 
65
lığın V.Leninə  qədərki dövrünü klassik və çox maraqlı bir nəzəri hadisə 
saymaq olar. K.Marks, F.Engels, Q.Plexanov parlaq nəzəriyyəçilər idilər 
və incəsənətin mənşəyi, tarixi tərəqqisi kimi fundamental məsələlərə dair 
qiymətli irs qoymuşlar.  
Klassik marksizm əsas bir tezis üzərində qurulmuşdur: insan həyatı-
nın bütün inkişafının forma və sahələri insanların maddi istehsal üsulla-
rının inkişafına paralel və onun nəticəsi kimi baş verir. Bütün ideologiya 
sahələrinə – dinə, incəsənətə, ədəbiyyata, fəlsəfəyə dair hər hansı inkişaf 
və tərəqqinin kökləri marksizmə görə, insanların ictimai istehsal fəaliyyə-
tindədir. Ona görə ədəbiyyat da marksizmə görə, ictimai şüur formaların-
dan biridir. Bu müddəa nəticəsində  ədəbiyyatın fərdi yaddaşla bağlı olması 
rədd edilmiş olurdu, marksist inqilabçılar üçün bu sadəcə maraqlı deyildi. 
Ədəbiyyatın tarixini və onun nümunələrini araşdıranda  əsərdə ilk 
növbədə ictimai şüurun spesifik əksi izlənməli və onun maddi və sosial 
kökləri tapılmalı idi. Mexaniki tətbiq olunanda bu marksist görüşlərdən 
vulqar nəticələr ortaya çıxırdı. Yazıcının inqilaba münasibətini bu yolla 
araşdırmaq asandır və düzgün nəticələr də verə bilir. Amma dini ədəbiy-
yatı  tədqiq edəndə marksist məktəb eybəcər nəticələrə  gəlir və tarixilik 
prinsipinə zidd olaraq dini irticaçı bir hadisə adlandırır və  əslində dini 
ədəbiyyatın öyrənilməsini qadağan edirdi. Marksist alimlər mütləq müba-
riz  ateizm mövqeyindən çıxış edirdilər. Bibliya, İncil, Quran haqqında 
yazmaq onu ifşa və tənqid etməkdən ayrılmaz idi. 
Marksizm tarixi öz nəzəriyyəsi ilə izah edirdi. Bu nəzəriyyəyə görə, 
tarixi tərəqqi istismar edənlər və istismar olunanlar, zalımlardan və məh-
kumlar arasında mübarizənin nəticəsi kimi yaranır. Bu, tarix siniflər mü-
barizəsidir formulu ilə ifadə olunurdu. Bütün ədəbiyyat tarixləri ilk növ-
bədə bu formulu doğrultmalı idi. Klassik sufi ədəbiyyatında belə süni ola-
raq sinfi mübarizə axtarılır və “tapılırdı”. Dinə qatı ateist və mənfi müna-
sibət tarixi prosesdə ideoloji və dini mübarizələrin rolunun inkarı ilə, 
elmdə isə tədqiqatlardan kənarda qalması ilə nəticələnirdi. 
Marksistlər cəmiyyəti siniflərə parçalamaqla kifayətlənmir, ədəbiy-
yat və mədəniyyət tarixini də hakim və məhkum siniflərə aid edərək 
ikiyə bölürdülər.  İstənilən  əsər və kitab ya qul və quldar, ya feodal və 
kəndli, ya da burjua ya fəhlə ideologiyasına aid edilməli idi. Belə bölgü-
nün məcburiliyi və mütləqləşdirilməsi eybəcər və süni elmi konsepsiyala-
rın yaranması ilə nəticələnirdi. Sayılırdı ki, dini ədəbiyyat feodal sinfinin 
maraqlarının ifadəsidir. Bu halda dinin bəşəri və mədəni tərəfi inkar edilir-
di. Dinə ifrat mənfi münasibət, kobud ateizm marksist nəzəriyyəni və 
marksist ədəbiyyat tarixlərini yoxsullaşdırır, qədim cəmiyyətlərdəki mənə-
vi və ideoloji mübarizələri bəsitləşdirirdi. 


 
66
Ədəbiyyat sinfi mübarizə aləti elan ediləndən sonra V.Lenin mət-
buat və ədəbiyyatın partiyalılığı prinsipini nəzəriyyə kimi irəli sürmüş-
dür. Bu ədəbiyyatın və mədəniyyətin insan cəmiyyətində müstəqil funksi-
yalarını inkar edir və onlardan əzilən siniflərin, fəhlə partiyalarının siyasi 
mübarizə aləti kimi istifadə edilməsini tələb edirdi. “Rədd olsun bitərəf 
ədəbiyyat!” – bu, V.Leninin məşhur  şüarı idi. Ədəbiyyatın partiyalılığı 
barədə ifrat nəzəriyyə Sovet İttifaqında yaşamış yazıçılar arasında iki yol 
qoyurdu: ya partiyanın ideologiyasını  bədii  şəkildə  təbliğ edən  əsərlər 
yazmaq, ya da yazıçılıq iddiasından əl çəkmək. Üçüncü yol yox idi, çünki 
ədəbi və digər mətbuat işi dövlət monopoliyasında idi.  
Marksist  ədəbiyyatşünaslıqda yazıçı tendensiyası problemi geniş 
əksini tapırdı. Yaradıcılıq yazıçının dünyaya fərdi, şəxsi, subyektiv müna-
sibətinin ifadəsidir. Marksistlər inqilabçı olduqlarından bu münasibətdə 
inqilabi cəhətləri, cəmiyyətə  tənqidi münasibəti mütləqləşdirir, fərdi cə-
hətləri isə subyektivizm kimi tənqid edirdilər. Ona görə marksist 
ədəbiyyat tarixləri bir növ inqilabların, xalq üsyanlarının tarixi icmalına 
və yazıcıların bu hadisələrə münasibəti tarixinə çevrilirdi. 
Yalnız 1940-cı illərdən sonra sovet nəzəriyyə kitablarında  ədəbiy-
yatın sinfiliyi, partiyalılığı anlayışlarına  əlavə olaraq xəlqilik prinsipi də 
özünə yer tapdı.  Ədəbiyyatın xəlqiliyi prinsipi alman romantiklərindən 
rus inqilabçı xalqçılarına keçmişdi və Rusiyada populyar idi. Marksistlər 
folkloru xəlqilik nəzəriyyəsi işığında öyrənirdilər. Azərbaycanda  ədəbiy-
yatın xəlqiliyi nəzəriyyəsini akademik M.C.Cəfərov 1950-ci illərdə öz mə-
qalələrində geniş təbliğ etmiş və nəzəri cərəyan səviyyəsinə qaldırmışdır. 
Əslində marksizm romantiklərin tarixilik prinsipini və XIX əsrdə 
yaranmış Darvinin materialist təkamül nəzəriyyəsini də birləşdirirdilər. 
Ədəbi tərəqqini sosial-iqtisadi tərəqqi ilə bağlamaq təcrübəsi isə artıq 
Hegel fəlsəfəsində  də var idi, böyük filosofun janr nəzəriyyəsi də buna 
əsaslanırdı.  Metod anlayışının özü də Hegel fəlsəfəsindən götürülmə idi 
və ədəbiyyatı şərh probleminə süni surətdə tətbiq olunurdu. Lakin mark-
sist nəzəriyyə ardıcıl deyildi, dini qurumlarda olduğu kimi, ona məmurlar 
nəzarət edirdilər. F.Engelsin yunan ədəbiyyatının bu cəmiyyətin sosial 
inkişaf səviyyəsinə uyğun olmaması barədə fikirləri marksizmin əsaslarına 
zidd idi. Belə  çıxırdı ki, ədəbiyyatlar maddi tərəqqi  şərtləri olmadan da 
çiçəklənə bilirlər. 
Bütün ziddiyyətlərinə baxmayaraq marksist nəzəriyyə özünə qədər 
ədəbiyyat elmindəki sağlam cəhətləri özündə birləşdirməyə  və tamamla-
mağa çalışırdı. Marksist nəzəriyyəsindəki bu sintez və  ədəbi hadisələri 
maddi-sosial şərtlər nəzərə alınmaqla izah etmək təcrübəsi bir çox burjua 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə