Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə22/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   18   19   20   21   22   23   24   25   ...   137

 
57
Mifoloji məktəbin əsas xidmətlərindən biri folkloru və bununla da 
ədəbiyyatı milli dillərin tarixi ilə bağlaması idi. Məhz mifoloji məktəb 
sayəsində sonralar bədii ədəbiyyat milli ruhun ifadəsi sayılmağa və millət-
çiliyi yaradıb yayan əsas vasitələrdən biri olmağa başladı. Rus millətçiliyi-
nin əsası olan slavyanofilliyi də bir cərəyan kimi rus mifoloji məktəbinin 
nümayəndələri yaratdılar. Xalqçı rus raznoçinləri də bu cərəyanın təsiri ilə 
formalaşdı. 1930-1950-ci illərdə Azərbaycanda yayılıb populyarlaşan 
xalqçılıq cərəyanı da mifoloji məktəbin irsi ilə bağlı idi və Azərbaycana 
Rusiya raznoçin tənqidçilərinin – V.Belincki, N.Q.Çernışevski, A.Dobrol-
yubov və b. təsiri ilə gəlmişdi. 
1930-cu illərdə balaca xalqların mədəniyyətini dirçəltmək şüarı ilə 
SSRİ-də də folkloru yığmaq, çap edib öyrənmək üçün böyük kampaniya 
olmuşdur. Müasir Azərbaycan folklorşünaslığı da bu zaman formalaşmış-
dır. İfrat ateist olan bolşevik ideologiyası folklorşünaslıqdan mif və dinlə 
bağlı məqamları qovmaqla onu yoxsullaşdırdı. Sonra isə folklorun millətçi 
ovqatlar yaratmaq xüsusiyyəti aşkar olandan sonra 1937-ci ildə bütün əsas 
folklorçular repressiya edildilər. Sovet folklorşünaslığı sxolastik bir elmə 
çevrildi. 
Komparativizm. XIX əsrdə mifoloji məktəbin bir qolu onun elmi 
üsulunu və nəticələrini tənqid etməklə bu məktəbdən ayrıldı. Komparati-
vistlərin (latınca: müqayisə deməkdir) əsas ideyası mifoloji məktəbdə əsas 
prinsip olan qohum xalqların folklorunun müqayisəli öyrənmək prinsipin-
dən imtina etmək idi. Onlar qohum olmayan xalqların folklorunu öyrən-
məyi əsas məqsəd elan etdilər, bildirdilər ki, alim nə qədər çox ədəbi faktı 
tədqiqata cəlb edərsə, o qədər əsaslı elmi nəticələrə nail ola bilər.  
Mifoloji məktəb oxşar süjetlərin kökünü xalqların vahid kökündə 
görürdü. Komparativistlər isə bu kökləri hind nağıl süjetlərində tapırdılar. 
Ona görə ikincilər əslində müqayisə metodunu təkcə folklorun yox, bütün 
süjetlərin universal müqayisə elminə çevirmək istəyirdilər. Lakin kom-
parativistlərin də  əksəriyyəti folklorçu idi və onlar da ən çox xalq nağıl-
larının süjetləri  əsasında araşdırmalar aparırdılar. Ona görə mifləri müqayisə 
etməkdən imtina barədə çağırışları onları mifoloji məktəbdən prinsipial şəkildə 
uzaqlaşdırmırdı, nağıl ilə mifin məsafəsi o qədər də çox deyildir. 
Komparativist analizin banisi alman alimi H.Herder sayılır. 
Sonralar ingilis folklorçusu C.Benfey, rus folklorçusu F.Buslayev də bu 
istiqamətdə  fəaliyyət göstərmişlər. Onların xidmətlərindən biri ədəbiyyat 
və incəsənətin mənşəyi problemi ilə məşğul olmaları idi. C.Benfeyin əha-
təli  şəkildə hazırladığı  təbdil nəzəriyyəsi, süjet, ədəbi forma və növlərin 
ədəbiyyatda digərinə keçmə qanunları da mühüm əhəmiyyət daşıyırdı. 
Ədəbi mədəniyyətlərin bir-birinə keçmə, təsir vasitəsi ilə inkişafı barədə 


 
58
müddəaları  ədəbi inkişaf qanunlarını doğru  şərh edirdi və bu gün də öz 
əhəmiyyətini saxlayır. 
Bu məktəbin tarixində rus alimi A.Veselovski böyük rol oynamışdır. 
Komparativistlər əsas diqqətlərini ədəbi növlərin, janrların. ədəbi formala-
rın tarixinə verir və başlıca olaraq qədim və orta əsr ədəbiyyatı ilə maraq-
lanırdılar. XIX əsrin sonlarında marksist ədəbiyyatşünaslıq və ədəbi nəzə-
riyyə yayılmağa başlayanda komparativistlər ona mənfi münasibət göstər-
dilər və marksist ədəbiyyatşünaslığı tənqid etdilər. Marksizmdə və rus in-
qilabçı xalqçılarında sosioloji təhlillərə meyl güclü olduğu üçün kompara-
tivistlər onları ədəbi obrazda əsas saydıqları formaya laqeydlikdə ittiham 
etdilər. Marksistlər isə komparativistləri  ədəbi formaya üstün elmi ma-
raqlarına görə istehza ilə formalistlər (məktəbi) adlandırdılar. Bu ədalət-
siz idi və komparativistlərin ədəbiyyat elminin inkişafına verdikləri böyük 
töhfələri, Avropa filologiyasına misilsiz təsirlərini inkar etdilər. Onlar 
Qərbdə  Şərq  ədəbiyyatlarının öyrənilməsinə böyük maraq yaratdılar, qə-
dim dövr ədəbiyyatını parlaq şəkildə  tədqiq etdilər. A.Veselovski kimi kom-
parativistlər ədəbiyyatşünaslığım XIX əsrin sonlarına doğru topladığı təcrübəni 
ümumiləşdirməyə çalışırdılar. Bu ədəbiyyat elminə böyük xidmət idi. 
Marksistlər hər yerdə ədəbi forma və məzmun vəhdətindən danışır-
dılar. Əslində isə ədəbi mətnlərin məzmunu deyilən şey mətnin öz atributu 
deyildi. Mətnlərin məzmunu onu yozan şərhçi  ədəbiyyatşünasın aldığı 
təhsil ehkamlarının və bu təhsilin əsaslandığı siyasi, dövləti dünyagörüşü-
nün ifadəsi idi və bu barədə biz aşağıda daha geniş izahat verəcəyik. Ədə-
bi  əsərin məzmunu fərdi qavrayış prosesidir və  hər təzə oxucu ilə birgə 
fərdidir. Ona görə forma və məzmun vəhdəti dilin işarəviliyi nəzəriyyəsi-
nə  qədər yaranmışdı  və köhnəlmiş bir nəzəriyyə idi. Sovet ədəbiyyatşü-
naslığında rəsmi xətt  ədəbiyyatların qarşılıqlı  təsirini siyasi bir elmə, 
marksizmin yayılmasını illüstrasiya edən sxematik və siyasi bir elmə 
çevirdi. Halbuki milli ədəbiyyatlarda oxşar, paralel hadisələri tipoloji 
bənzərlik nəzəriyyəsi kimi ümumiləşdirən komparativistlər müqayisəli 
ədəbiyyatşünaslığı tərəqqi etdirdilər. 
Komparativistlər milli ədəbiyyatların inkişafında və  zənginləşmə-
sində köçəri forma elementlərinin – süjetlərin, janrların, fabulaların rolunu 
əsaslandırmaqla  ədəbi tərəqqinin tarixilik prinsipi əsasında doğru inkişaf 
mexanizmini verdilər. Onların konkret elmi materiala, müasir terminlə de-
sək  ədəbi mətnlərə  əsaslanmaq təşəbbüsü müasir ədəbiyyatşünaslığa  ən 
düzgün və elmi istiqamət verdi. Onların forma kimi araşdırdığı material 
əslində  ədəbi mətnlər idi və bu istiqamət  ədəbiyyatşünaslıqda işarə  və 
mətn nəzəriyyəsinin inkişafına yol acdı. Hazırda komparativizmin əsas iki 
məktəbi ABŞ-da və Fransada fəaliyyət göstərir. Amerikada ənənəvi olaraq 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə