Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə30/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   26   27   28   29   30   31   32   33   ...   137

 
75
Alim bunu əsaslandırmaq üçün siyasi tarixdən çoxlu misallar tapmışdır. 
Kolumbiya yazıcısı Qabriel Markes və digər Cənubi Amerika yazıcıları 
diktatorların davranışını izah etmək üçün Freydin sıxışdırılan seksuallıq 
və bundan yaranan psixi pozuntular barədə nəzəriyyəsindən geniş istifadə 
etmişlər. Q.Markesin “Patriarxın payızı” romanı da buna misal ola bilər. 
Onun patriarxının həyatı kompleksinin – xəstəliyinin tarixçəsidir. Bu ta-
rixçə reallaşa bilməyən seksuallığın siyasətçilərin həyatında və bütünlükdə 
cəmiyyətdə təzahürünün bədii illüstrasiyasıdır. 
Freydə görə, təmin oluna bilməyən seksual enerji həm pis, həm də 
faydalı formalarda təzahür edə bilər. Aşıb-daşan seksual enerjinin digər 
insan fəaliyyəti formaları kimi sosial və fərdi həyatda özünü göstərməsinə 
Freyd “sublimasiya” adı vermişdi. Seksual enerji elmə, incəsənətə, dinə, 
siyasətə, müharibə və aqressivliyə və s. maraq formasında da təzahür edə 
bilər. Alim bunların hər birini ayrıca tədqiq etmişdir. Məsələn, Freydin bə-
dii yaradıcılıq haqqında nəzəriyyəsi seksual enerjinin yaradıcılığa çevril-
məsi, sublimasiyası tezisinə  əsaslanır. Müasir Avropanın bütün yaradıcı 
ziyalıları bu nəzəriyyəni qəbul edirlər.  Ədəbiyyatda və incəsənətdə  mə-
həbbət mövzusunun belə geniş yer tutması alim üçün mühüm arqument 
idi. O, məhəbbəti seksuallığın sublimativ təzahürü sayırdı. 
Freyd hakimiyyətin təbiətini, müharibələrin səbəblərini, fərdi və 
hərbi aqressivliyin köklərini sublimasiya nəzəriyyəsi vasitəsi ilə izah 
etməyə salışmışdır. Ona görə müasir incəsənət və  ədəbiyyatda freydizm 
təkcə müasir mövzularda deyil, həm də tarixi hadisələri təsvir edən süjet-
lərdə fəlsəfi açar kimi istifadə olunur. XX əsr ədəbiyyat və incəsənətinə, 
xüsusilə modernist cərəyanlara onun qədər təsiri olmuş ikinci bir şəxsiyyət 
göstərmək mümkün deyildir. 
Z.Freydin dostu və həmkarı olmuş isveçrəli psixoloq K.Q.Yunq da 
ədəbiyyat və incəsənətdə şüuraltı meyl və təzahürləri tədqiq etmişdir. O, 
fərddən çox xalqların və bəşəriyyətin şüuraltı simvollarını, arxetipləri aş-
karlamağa çalışmışdır. Ümumən, freydizmin tarixi çox mürəkkəbdir: cərə-
yanın tərkibində parçalanmalar olmuşdur. Digər tərəfdən isə ənənəvi mək-
təblər freydizmin yaradıcılıq təlimini sərt tənqid etmişlər. Bir sıra tədqi-
qatçılar isə freydizmi və marksizmi birləşdirməyə çalışmışlar və biz də 
bunu təbii sayırıq. Ümumən, Freyddən sonra onun nəzəriyyəsi bir sıra 
görkəmli Avropa alimləri tərəfindən davam etdirilmişdir. Xüsusilə XX 
əsrin 70-ci illərindən sonra freydist ədəbiyyatşünaslıq məktəbi coşqun 
inkişafa başlamışdır və demək olar ki, bərpa olunmuşdur. Lakin rus dilin-
də freydizmi doğru  şərh edən mənbələr demək olar ki, yoxdur. Mark-
sistlərin çoxu Freyd nəzəriyyəsini vulqar şəkildə anlayır və  şərh edirdi. 
Təəssüf ki, bu meyl ədəbiyyatşünaslıqda daha geniş yayılmışdır. 


 
76
Ədəbi izah və  şərh forması kimi freydizm ən çox jurnal və  qəzet 
tənqidində populyardır. Romanlara, film və tamaşalara yazılan resenziyalar 
adətən freydizmin konkret əsərin süjetinə tətbiqi kimi qurulur. Teatr və kino re-
jissorları, ssenaristlər arasında hətta klassik yazıcıların Freyddən əvvəl yazılmış 
əsərlərinin freydistcəsinə şərhi və səhnələşdirilməsi kütləvi hal almışdır. 
 
1.7.7. Strukturalizm 
 
Ədəbi şərhin tarixi formalarından biri kimi strukturalizm XX əsrin 
əvvəllərində dilin təbiəti haqqında meydana çıxan yeni nəzəriyyələrin tər-
kibində yaranmışdır. Maraqlıdır ki, qədimlərdən bir elm sayılmış ədəbiy-
yat və dilçilik strukturalizmdə yenidən birləşmişdir. 
Strukturalizmə qədərki dilçilik əsas iki anlayışa – söz və məna an-
layışlarına bağlı idi. Klassik dilçilik çox zaman sözlərin mənasını izah 
edən və tərcümədə gərəkli olan lüğətçilik elmindən ibarət idi. Lap qədim-
dən, Platondan gələn sadə  nəzəriyyəyə görə, sözlər mənalı  səslər kimi 
qəbul edilirdi. Yeni dil nəzəriyyəsi klassik dilçiliyi alt-üst edən dilin işarə-
viliyi anlayışını irəli sürdü. Sözün yeni formulu belə oldu: işarə edilən – 
işarə – məna. Bu nəzəriyyədə sözlə onun bildirdiyi şeylər arasında heç bir 
əlaqə olmadığı aşkara çıxdı. Sözü işarə, dili isə işarə sistemi kimi təqdim 
edən semiotikanın əsas müddəalarını amerikan filosofu Çarlz Pirs (1839-
1914) və isveçrəli dilçi və psixoloq Ferdinand De Sösür (1857-1913) irəli 
sürdülər. Ç.Pirs bu ideyaları F.Sösürdən  əvvəl qələmə almışdı, lakin 
strukturalizm F.Sösürün müdiri olduğu Ümumi Dilçilik kafedrasının tələ-
bə və müəllimləri tərəfindən inkişaf etdirildi və Avropa universitetlərinin 
dilçilik kafedralarında yayıldı. 
F. De Sösür və onun davamçıları məna əvəzinə bildirilən terminini 
işlətdilər. Bildirilən nədir? F.Sösür sözün bildirdiyini yaddaşla bağlı psixi 
bir xüsusiyyət (proses) olduğunu irəli sürmüşdür. Alim bu terminlə yanaşı, 
sözün və söz birləşmələrinin, mətn parçalarının bildirənlik xüsusiyyətini 
də  təhlil edib aydınlaşdırmağa çalışmışdır. Bu termin bədii mətnlərin 
məna qatına aid edilirdi. Bizcə, F.Sösür sözlə bildiriləni sabit və universal 
şey kimi bir-birinə bağlayıb təyin etməyə çalışanda yanılırdı. Dil və söz 
bilgisi fərdidir, ona görə sözlər üçün universal bir bildirilən müəyyən 
etmək qeyri mümkündür. Savadsız adamlar terminləri bilmirlər, çünki 
sözlərin əsas mənaları mətnlərdədir, kontekstdədir. Lakin mətnləri bilmə-
dən, təhsil almadan terminlər adamlar üçün heç nə bildirməyən sözlər 
olaraq qalır (Lüğətdə isə sözlərin universal mənaları deyil, onların lüğətçi-
yə məlum olan mətn kontekstlərində daşıdıqları əsas bildirilənlər (mənalar) öz 
əksini tapır). Sözün bildirənlik xüsusiyyətində, simvollaşmasında bunu daha 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə