Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə1/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları


Ümumi pedaqogika kafedrası
Pedaqogika -1 fənnindən mühazirə mətnləri
(2020-2021)
I MÖVZU. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara
Plan

  1. Pedaqogikanın predmeti, məqsədi və vəzifələri

  2. Pedaqoji anlayışlara yeni yanaşmalar

  3. Pedaqoji elmlər sistemi

  4. Pedaqogikanın başqa elmlərlə əlaqəsi

  5. Pedaqogikanın elmi-tədqiqat metodları

  6. Didaktogeniya və valeologiya.



1.Pedaqogikanın predmeti, məqsədi və vəzifələri
Hər bir elm başqalarından öz predmetinin xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, Yer kürəsini və ya təbiəti öyrənən elmlər çoxdur. Lakin bu elmlərin hər biri həmin obyektləri müxtəlif aspektdən tədqiq edir.
Insanı da bir çox elm sahələri öyrənir. Məsələn, psixologiya insan psixikası ilə bağlı prosesləri, anatomiya insan orqanizminin quruluşunu, etika insanlar arasında qarşılıqlı əxlaqi münasibətlərin tənzim edilməsini, estetika insanın gözəlliyə münasibətini öyrənir.
Pedaqogika da insanı öyrənən elmlər sırasına daxildir. Lakin onun predmeti ilə bağlı fərqli yanaşmalar mövcuddur.
Ənənəvi olaraq, pedaqogika tərbiyə haqqında elm hesab olunmuşdur. Müasir dövrdə isə təhsil pedaqogikanın predmeti kimi qəbul edilir. Yəni pedaqoq-alimlərin fikrincə, təhsil həm öyrədici, həm tərbiyəedici, həm də inkişafetdirici xarakter kəsb etdiyindən məhz onun pedaqogikanın predmeti kimi qəbul edilməsi daha məqsədəuyğundur.
Lakin daha ümumi şəkildə ifadə etsək, pedaqogika müxtəlif yaş dövrlərində tərbiyə, təhsil və təlimin inkişaf qanunauyğunluqlarını öyrənir.
Təhsil-tərbiyə ictimai hadisələr olduğundan pedaqogika sosial elmlər sırasına daxildir.
Pedaqogikanın bir elm kimi formalaşması böyük çex pedaqoqu Yan Amos Komenskinin adı ilə bağlıdır. Hələ XVII əsrə qədər pedaqogika fəlsəfənin tərkib hissəsi olaraq qalmaqda idi. Yalnız XVII əsrdə Y.A.Komenski özünəqədərki pedaqoji nəzəriyyələri sistemləşdirərək pedaqogikanı müstəqil elm kimi formalaşdırmışdır.
Pedaqogika fənni müəllim hazırlığı sistemində xüsusi əhəmiyyət kəsb edir. Ali pedaqoji təhsilin bakalavriat səviyyəsində pedaqoji kadr hazırlığı ilə bağlı bu fənnin imkanları daha genişdir. Gələcək müəllimlər pedaqoji diaqnostika üsullarına, təlim-tərbiyə texnologiyalarına, şagird nailiyyətlərinin qiymətləndirilməsi və məktəbin idarə edilməsi üsullarına məhz pedaqogika fənninin tədrisi prosesində, həmçinin nəzəri biliklərin pedaqoji təcrübəyə tətbiqi zamanı yiyələnirlər.
Pedaqogika fənninin məqsədi gələcək müəllimlərdə təhsil prosesinin ən zəruri anlayışları, yeni məzmunu, müasir təhsil konsepsiyaları, yeni təlim-tərbiyə texnologiyalarının səmərəli tətbiqi ilə bağlı ilkin bilik və bacarıqlar formalaşdırmaqdır.
Pedaqogika fənn kurikulumunda 5 məzmun xətti nəzərdə tutulur:

  1. Pedaqogikanın ümumi əsasları;

  2. Təlim və təhsil nəzəriyyəsi (Didaktika);

  3. Tərbiyənin nəzəri və praktik əsasları;

  4. Məktəbin idarə edilməsi və ona rəhbərlik;

  5. Təhsil tarixi və müasirlik.

Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının reallaşmasında başlıca ağırlıq qüvvəsi müəllimlərin üzərinə düşür.
Bu baxımdan pedaqoji kadr hazırlığında baza fənni kimi “Pedaqogika”nın da qarşısında bir sıra vəzifələr durur:

üslubuna malik, sağlam əqidəli, dövlətin təhsil siyasəti baxımından nəzəri və praktik cəhətdən hazırlıqlı, səriştəli pedaqoji kadrların hazırlanmasını təmin etmək;

  • gələcək müəllimləri ölkənin təhsil siyasətinin prioritet istiqamətləri ilə tanış etmək, təhsil sisteminin quruluşu, təhsildə beynəlxalq əməkdaşlıq məsələləri ilə tanış etmək;

  • gələcək müəllimləri ümumi təhsildə məzmun islahatları, yeni

qiymətləndirmə mexanizmi, onun tətbiqinin üsul və vasitələri, müasir təlim texnologiyaları, idarəetmədə keyfiyyət təminatı məsələləri ilə bağlı biliklərlə silahlandırmaq;

  • ali pedaqoji təhsil müəssisələrinin məzunlarında ünsiyyət, əməkdaşlıq və dialoq mədəniyyəti formalaşdırmaq, onlarda didaktik, təşkilatçılıq, perseptiv, elmi-idraki və s. kompetensiyaların formalaşmasına zəmin yaratmaq.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə