Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə8/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Didaktogeniya və valeologiya

XX əsrin 60-cı illərinə kimi pedaqoji ədəbiyyatlarda , ümumiyyətlə, məktəb fobiyası, şagirdlərin təhsil prosesində neqativ psixi vəziyyətləri ilə bağlı məsələlər az işıqlandırılırdı. Pedaqoji lüğətlərdə 1992-ci ilə kimi “didaktogeniya” termini haqqında heç bir məlumata rast gəlinmir. Bu termindən yalnız tibb sahəsində işləyən psixoloqlar və defektoloqlar istifadə edirdilər.


Bir neçə nəsil sovet-rus müəllimləri xüsusi ədəbiyyatlarda şagirdlərin təhsilinin bir çox aspektlərinin onların psixikasına neqativ təsir etməsi ilə bağlı heç bir məlumata rast gəlməmişdilər. “Didaktogeniya” anlayışını elmi dövriyyəyə ilk dəfə Ukrayna alimi K.İ.Platonov (1877-1969) gətirmişdir.
İki ədəbiyyatda bu anlayışa, demək olar ki, oxşar izah verilir. Bir ədəbiyyatda bu termin belə izah olunur: ”Didaktogeniya-müəllim, tərbiyəçi tərəfindən pedaqoji taktın pozulması nəticəsində şagirddə baş verən mənfi psixoloji halətdir. Yüksək psixoloji -əsəbi gərginlik, qorxu, çox mütəssir əhval-ruhiyyə və s. ilə ifadə olunur. Şagirdlərin fəaliyyətinə mənfi təsir göstərir, ünsiyyəti çətinləşdirir. Didaktogeniyanın yaranmasının əsasında pedaqoqun günahı ucbatından şagirdin aldığı psixoloji travma durur. Uşaqlarda təsadüf edilən didaktogeniya və
nevrozların əlamətlərindəki oxşarlıq bununla izah olunur. Onu da nəzərə almaq lazımdır ki, didaktogeniya çox vaxt nevroza çevrilir. Bu halda isə psixoterapiya üsulları ilə xüsusi müalicəyə ehtiyac yaranır.
Digər bir ədəbiyyatda bu məfhum aşağıdakı kimi izah edilir. Didaktogeniya psixogeniyanın bir növüdür; bu zaman şagirdin psixikasını zədələyən amil müəllimin davranışı olur. Bu, şəxsi əlaqələrin xüsusiyyətlərində ( şagirdə, tələbəyə hörmətsizlik, etimadsızlıq, onun təşəbbüsünü boğmaq, cavablarını lağa qoymaq), həmçinin biliklərin verilməsi tərzində (şagirdin öz həyatında rast gələ biləcəyi bu və ya digər hadisənin mənfi məqamlarının xüsusi vurğulanması, öyrənilən materialın onun mənimsəməyə bilməyəcəyinin təlqin edilməsi və s.) təzahür edir. Şagird şəxsiyyətinin xüsusiyyətləri, onun yüksək sensitivliyi, mühakimələrin səthiliyi, onların qətiyyətsizliyi və s. də vacib əhəmiyyət kəsb edir.
Didaktogeniya (yunanca didaktikos-ibrətli, ibrətamiz, faydalı; genes-doğulmuş, törənmiş, hasil edilmiş) dedikdə həmçinin, müəllim, tərbiyəçi, məşqçi tərəfindən pedaqoji taktın gözlənilməməsi, informasiya ilə həddindən artıq yükləməklə, qeyri-adekvat tələblərin verilməsi və həddi-hüdudu olmayan pedaqoji təsirlər nəticəsində şagirddə yaranan psixoloji –emosional gərginlik başa düşülür. Didaktogeniyaya eyni zamanda psixi-əsəb pozulmaları da aid edilir. Bu, hər hansı bir xəstəliyə həsr olunmuş mühazirəni dinlədikdən, yaxud müəllimin müəyyən izahından, tibbi mövzuda məqalə oxuduqdan, elmi-populyar filmə baxdıqdan və s. sonra yaranır.
Son zamanlar psixoloqlar bu anlayışı ”məktəb nevrozu” adlandıraraq, fiziki baxımdan zəif uşaqlarda meydana gələn psixi hal kimi qiymətləndirirlər.
“Məktəb nevrozu” –(didaktogeniya) olan uşaqlar məktəbə getməmək üçün özlərini xəstəliyə vurur, tez-tez ağlayır, məktəbdə və evdə münaqişə yaradırlar. Bir müddət sonra onların aqressivliyi artır, yorğunluq, əzginlik, laqeydlik yaranır, baş ağrıları və yuxu pozulmaları, hətta enurez halları baş verə bilər.
Müasir rus pedaqoji ədəbiyyatlarda “didaktogeniya”anlayışı haqqında belə yazılır: ”Didaktogeniya” (yunan dilindən: didakticos - öyrətmək, genos-nəsil) müəllimin pedaqoji taktı gözləməməsi nəticəsində şagirdlərin fəaliyyətində və şəxsi münasibətlərində meydana gələn neqativ (halsızlıq, qorxu, həyəcan) psixi hallar şəklində özünü göstərir. Didaktogeniya nevrozun əmələ gəlməsinin başlıca səbəblərindən biridir .
Didaktogeniyaya verilən bu izahların (interpretasiyaların) təhlilindən göründüyü kimi, onların demək olar ki, hamısının əsasında tərbiyə, təhsil və təlim sahəsində öyrədənlə-öyrənən arasındakı qarşılıqlı münasibətlərdə ( müəllimin, tərbiyəçinin, məşqçinin ) pedaqoji taktın gözlənilməməsi, ona riayət olunmaması durur.Əgər doğrudan da belədirsə, onda terminin adında məntiqsizlik var. Belə ki, ümumiyyətlə, bütün hallarda “didaktika” məfhumundan göründüyü kimi, öyrənmə prosesi ilə (təlim, təlimləndirmə, təlim vermək, öyrətmək, öyrənirəm, öyrədirəm,
öyrənən, öyrədən) bağlıdır. Qədim Yunanıstanda müəllimi məhz “didaskal”, yəni
öyrədən, təlim verən adlandırırdılar. Müasir türk və rus dilində də belədir: müvafiq olaraq “öyrətmən”, “uçitel”. Buna görə də, əgər əsasən pedaqoji taktın gözlənilməsi nəzərdə tutulursa, termini müvafiq olaraq taktogeniya adlandırmaq daha düzgün və məntiqli olardı. Didaktogeniya dedikdə isə, yalnız təlim və təhsil, yəni sırf didaktika sahəsində mövcud olan çatışmazlıqlar, yol verilən nöqsanlar
(məsələn, təlimin qanunauyğunluqlarına, prinsiplərinə və üsullarına riayət
olunmaması, təhsilalanların informasiya ilə həddindən artıq yüklənməsi, onların təbii inkişafını qabaqlayan, yaxud uyğun olmayan didaktik tələblərin verilməsi, ev tapşırıqlarının normasının gözlənilməməsi, təlim prosesində yaş və fərdi xüsusiyyətlərin nəzərə alınmaması və s.) başa düşülərdi. Görünür, bəlkə də buna görə rus-sovet alimi S.Katkov didaktogeniyanın sinonimi kimi didaskogeniya anlayışını (1938) işlətmişdir. Bununla belə, müvafiq rus elmi ədəbiyyatlarda “didaktogeniya” termini işlədilir.
“Valeo”- latın sözüdür. Mənası sağlamlıq, sağlam olmaq, cansağlığı deməkdir. Lakin sağlamlıq dedikdə, yalnız xəstəliyin , yaxud fiziki qüsur və çatışmazlığın olmaması deyil, həmçinin şəxsiyyətin cismani, intellektual, əxlaqi-psixoloji və mənəvi rifahında vəhdətin gözlənilməsi, təmin edilməsi başa düşülür.
Valeologiya insanı özünün sağlamlığının formalaşmasına cəlb etmək haqqında elm sahəsi kimi təşəkkül mərhələsindədir. Ümumiyyətlə, bu barədə ilk dəfə yalnız 1981-ci ildə rus alimi İ.İ. Brexman fikir söyləmiş, L.Q. Tatarnikova (Sankt Peterburq Dövlət Universiteti) isə pedaqoji valeologiyanın təşəkkülü sahəsində ilk addım atmağa cəhd göstərmişdir.
MDB ölkələrinin bəzilərində bu sahədə artıq müəyyən işlər görülmüş, elmi araşdırmalar aparılmış, hətta pedaqogika kursunda valeologiya üzrə məşğələlərin də keçirilməsinə başlanmışdır. Məsələn, bir neçə il bundan əvvəl Maksim Tank adına Belorusiya Dövlət Pedaqoji Universitetində valeologiya şöbəsi açılmışdır.
Beləliklə, göründüyü kimi, valeologiya pedaqogikanın tərkib hissələrindən birinə, bəlkə də müstəqil fənnə çevrilmə ərəfəsindədir.
Pedaqoji və didaktik səbəblərdən-tədris planı, tədris proqramları, dərsliklər və dərs vəsaitlərinin tərtibində buraxılan səhvlər, təlim-tədris prosesindəki mövcud nöqsanlar ( proqram materialının düzgün bölünməməsi, fərdi xüsusiyyətlərin nəzərə alınmaması və s.), təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin (təhsilin fərdiləşdirilməsi, diferensiallaşdırılması və s.) yerinə yetirilməsindəki astagəllik və tədrisin birtərəfli aparılması ucbatından şagirdlərin beyin yarımkürəsi qabığının eyni mərkəzlərinə düşən yük artır və bunun nəticəsində beyində qanın düzgün paylanma prosesi pozulur, məktəblilər həddən artıq yorulur və bununla bağlı digər fəsadlar meydana çıxır.
Valeoloji tərbiyədən danışarkən bir məsələyə də diqqət etmək lazımdır: müəllimlər uşağa tam, bütöv şəxsiyyət kimi deyil, şagird kimi, yəni təlim-tərbiyənin obyekti kimi baxmağa adət etmişlər. Halbuki, demokratiyaya, azadlığa,
sərbəstliyə, humanizmə və yeni pedaqoji təfəkkürə əsaslanan müasir pedaqogika pedaqoji prosesin iştirakçılarına (ali, orta ixtisas və ümumtəhsil məktəb müəllimlərinə, tərbiyəçilərə, tələbələrə, şagirdlərə) təlim-tərbiyə sahəsində
əməkdaşlıq təklif edir, şagirdi təlim-tərbiyənin və öz fəaliyyətinin subyektinə çevirməyi təkidlə tövsiyə edir. Belə ki, pedaqoji fəaliyyətin predmetini şəxsiyyətin rəngarəng xarakteri təşkil edir. Göstərilən nöqsanlar əsasən diqqətsizlikdən, biganəlikdən, müəllimlərin şagirdlərin həyat fəaliyyətinə səriştəsiz münasibətindən irəli gəlir.
Valeologiyanın başlıca müddəalarının pedaqoji fəaliyyətə tətbiq edilməsi pedaqoqların çoxdankı strategiyasını, yəni gənc nəsli bütöv şəxsiyyətin vahid inkişaf prosesi kimi öyrətmək, təhsilləndirmək və tərbiyə etmək məqsədini həyata keçirməyə imkan verəcək.
Pedaqoji valeologiyanın zəif inkişafına baxmayaraq o, məktəblilərin sağlamlığı sahəsində yaranan boşluğu doldurur. Şəxsiyyətin rifahı yığcam şəkildə sağlam həyat tərzində öz əksini tapır. Belə sağlam həyat tərzini məqsədyönlü, sistemli şəkildə məktəb mühitinə gətirmək və şagirdlərin özlərini şəxsi sağlamlıqlarının qayğısına qalmağa öyrətmək və alışdırmaq lazımdır. Lakin başqalarının (valideynlərin, tərbiyəçilərin, müəllimlərin) köməyi olmadan şagirdlər müstəqil surətdə öz sağlamlıqlarını qorumaq və təmin etmək iqtidarında deyillər. Belə ki, sağlamlığın təmin edilməsi və qorunması həmçinin bir sıra ictimai, iqtisadi və s. amillərlə şərtlənir.
Buna görə də dağıdıcı yox, şəxsiyyəti yaradan, yetişdirib böyüdən, formalaşdıran, yüksəldən, özünə inam yaradan müdrik hamı-tərbiyəçi, müəllim lazımdır. Belə hamı (tərbiyəçi müəllim) valeoloji kompetensiyalara malik pedaqoq olmalıdır.
Valeoloji fəaliyyətin əsas məqsədi insana təbiət tərəfindən verilmiş bioenergetik imkanları, o cümlədən, şəxsi- intellektual bacarıq və vərdişləri fəallaşdırmaqdan ibarətdir. Ümumtəhsil məktəblərinin valeoloji fəaliyyət sistemi yalnız şagirdlərin sağlamlığının qorunması yox, həm də onlarda spesifik valeoloji biliklər sistemini formalaşdırmaq, sağlam həyat tərzinə motivasiya yaratmaq, orqanizmin bütün imkan və ehtiyatlarının fərdi cəhətlərinin üzə çıxarılması üçün hər cür şərait yaratmağa xidmət edir.
Bu gün məktəblərimizdə həyata keçirilən “ Sağlam təhsil “ layihəsi də məhz şagirdlərin sağlamlığının mühafizəsinə xidmət edir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə