Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Mövzu:4. Pedaqoji proses. İnnovativ pedaqoji texnologiyalar. Təlimin mahiyyəti, onun fəlsəfi-psixoloji əsasları



Yüklə 0,77 Mb.
səhifə16/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Mövzu:4. Pedaqoji proses. İnnovativ pedaqoji texnologiyalar. Təlimin mahiyyəti, onun fəlsəfi-psixoloji əsasları.



  1. Pedaqoji proses və onun mərhələləri

  2. Ümumtəhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri

  3. Pedaqoji texnologiyalar.

  4. İnnovasiyalar və İnnovativ pedaqoji texnologiyalar.

  5. Təlimin fəlsəfi –idraki əsasları

  6. Təlimin psixoloji əsasları.

1.Pedaqoji proses və onun mərhələləri
Pedaqogikanın ən mühüm məsələlərindən biri də pedaqoji prosesdir. “Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatlarda əsasən belə təqdim olunur: Qarşıya qoyulmuş məq­sədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Bu qarşılıqlı tə­sir qabaqcadan nəzərdə tutulmuş şəkildə şagirdlərin vəziyyətinin, xas­sə və keyfiyyətlərinin dəyiş­məsinə gətirib çıxarır. Başqa sözlə de­sək, pedaqoji prosesdə mə­nim­sənilən sosial təcrübə şəxsiyyətin key­fiy­yətinə çevrilir.Bu prosesə tədris müəssisələrində aparılan bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələləri daxildir. Bəzi pedaqoji ədəbiyyatda bu, “təlim-tərbiyə prosesi” anlayışı kimi də işlədilir.
Pedaqoji prosesə təkcə tədris müəssisələrində aparılan təlim, tərbiyə,təhsil və inkişaf məsələləri deyil, habelə məktəbəqədər təhsil, mədəni-maarif, istehsalat müəssisələrində, məktəbdənkənar tərbiyə ocaqlarında, ictimai təşkilatlarda aparılan təlim-tərbiyə işi, ailədə tərbiyə təcrübəsi də aiddir. Deməli, müxtəlif sahələri əhatə edən təlim-tərbiyə müəssisələrində aparılan təhsil, təlim, tərbiyə və inkişaf məsələləri pedaqoji prosesin mahiyyətini təşkil edir. Məhz buna görə də o, tam, vahid pedaqoji proses kimi qiymətləndirilir. O, əslində günan edilən məqsədə çatmaq üçün öyrədənlərlə öyrənənlərin qarşılıqlı təsiri, əlaqəsidir. Bu, təlimin, tərbiyənin, təhsilin və inkişafın vəhdəti şəraitində həyata keçirilir. Eyni zamanda, bu vəhdət təlim, tərbiyə, təhsil və inkişafın özünəməxsus mahiyyətini, səciyyəvi cəhətlərini və təşkili formalarını inkar etmir.
Pedaqoji proses bir sistem kimi çox mürəkkəb mexanizmdir. O, təlim-tərbiyə, təhsil, inkişaf, formalaşma, öyrədənlərlə öyrənənlərin, tərbiyə edənlərlə tərbiyə olunanların qarşılıqlı əməkdaşlığı və s. prosesləri özündə ehtiva edir. Onun obyektini ayrı-ayrı fərdlər ( uşaqlar, şagirdlər, tələbələr və s.) və onların toplandığı qruplar təşkil edir.
Pedaqoji prosesin subyektini ayrı-ayrı şəxslər, yəni tərbiyə edənlər (tərbiyəçi, müəllim, valideyn, idarə başçıları və s. ) və ya təhsil qurumları (məktəb, pedaqoj şura və s. qurumlar) təşkil edir.
Pedaqoji proses dinamik sistem kimi öz quruluşuna və quruluş elementlərinə (komponentlərə) malikdir. Onlardan məqsəd, məzmun, fəaliyyət və nəticə elementlərini (komponentlərini) göstərmək olar. Məqsəd komponenti pedaqoji prosesin məqsəd və vəzifələrini, məzmun komponenti ümumi məqsəddən, habelə konkret vəzifədən tələb olunan mənanı, fəaliyyət komponenti müəllim və şagirdlərin əməkdaşlığını və qarşılıqlı təsiri, prosesin təşkili və idarə olunmasını, nəhayət, nəticə komponenti qarşıya qoyulan məqsəd və vəzifələrin nəticələrini və onların səmərəliliyini əks etdirir.
Bütün digər proseslər kimi, pedaqoji prosesin də qanunauyğunluqları vardır. Qanunauyğunluqlar pedaqoji prosesə xas olan obyektiv, zəruri əlaqələri özlərində əks etdirirlər. Bu qanunauyğunluqlardan aşağıdakıları göstərmək olar:

  1. Pedaqoji prosesin inkişafının proses zamanı baş verən dəyişikliklərin kəmiyyətindən asılılığı;

  2. Pedaqoji proses vaxtı şəxsiyyətin inkişafının ona təsir edən amillərdən: irsiyyətdən, təlim-tərbiyə mühitindən, təlim-tərbiyə işinə cəlb olunma səviyyəsindən və tətbiq olunan pedaqoji təsir priyom və vasitələrindən asılılığı;

  3. Təlim-tərbiyənin idarə olunmasının pedaqoji prosesin səmərəliliyinə təsiri;

  4. Pedaqoji prosesin ümumən idrakın və praktikanın vəhdətliyindən asılılığı;

  5. Həvəsləndirmə metod və vasitələrinin pedaqoji prosesin nəticələrinə təsiri;

  6. Xarici(pedaqoji) və daxili( idrak) fəaliyyətin vəhdətliyinin pedaqoji prosesin səmərəliliyinə təsiri;

  7. Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatlarından, imkanlarından və prosesin baş verdiyi şəraitdən asılılığı və s.

Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro­ses­lərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər pro­se­sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır. 
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutul­muş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait ya­ra­dılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması və s.
Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və plan­laş­dırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaq­nos­ti­ka­sız müəy­­yən etmək mümkün deyil.
Pedaqoji diaqnostika pedaqoji pro­se­sin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq isti­qamətində apa­rı­lan tədqiqatdır. Diaqnostika prosesində peda­qoq və şagird­lərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, pro­sesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün infor­masiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nə­ti­cə­ləri proqnozlaşdırılır.
Proqnozlaşdırmanın mahiyyəti ondan iba­rətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Peda­qoq­lar pedaqoji prose­sin az səmərəli olacağını və ya arzuolunmaz nəti­cə­lə­rə gətirib çıxa­ra­cağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .
Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sis­tem­lərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı ele­ment­ləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşı­lıq­lı təsi­ri; pe­da­qo­ji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və for­ma­ları; əl­ve­rişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini sti­mul­laşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nə­ti­cə çıxarır, həm öyrənir və həm də inkişaf edir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə