Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə114/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Məktəbin texniki pasportu-məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bütün tədris təsərrüfatı və digər binaların kommunikasiyasının (su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası verilən bir sənəddir.
Əsas vəsaitlərin invertar siyahısı əsas vəsaitlərin operativ uçotunu aparmaq üçün tətbiq olunur. Burada bina və qurğular, tədris avadanlığı və invertar, yataq ləvazimatı paltar və ayaqqabı, təsərrüfat invertarı, nəqliyyat vasitələri və uçotu aparılır.
Materialların anbar uçotu kitabı maddi məsul şəxslər tərəfindən ucuz qiymətli və tez işlənən əşya və materialların uçotunun aparılması üçündür.
Məktəbin kitabxana fondunun invertar kitabı kitabxanada olan bütün kitabların, habelə oxuculara xidmət edən digər əşyaların (diopozitivlər, mikrofilmlər) fərdi surətdə qeydə alınması üçündür. Bu sənəd Mədəniyyət Nazirliyinin xüsusi təlimatı əsasında işlənilir.
Müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli məktəbdə istifadə olunuş materialları rəsmiləşdirən sənəddir. Bu cədvəl məktəb direktoru tərəfindən yoxlanılıb təsdiq olunur və sərf olunmuş materialların silinməsi üçün əsas verir.
Nəhayət, məktəbin istismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ uçotu cədvəli maddi məsul şəxs tərəfindən işlənir və burada göstərilən ucuz qiymətli,tezişlənən əşyalar çıxdaş edildikdə onların qalığı və yeni alınan əşyalar təzə cədvələ köçürülür.
Bütün bu maliyyə-təsərrüfat sənədlərinin hamısı məktəbdə daim saxlanmalıdır.
Ədəbiyyat
1.Ağayev Ə., Talıbov Y., İsayev İ, Eminov A. Pedaqoqika, Adiloğlu, Bakı, 2006, səh.157-168.
2.Paşayev Ə.,F.Rüstəmov. Pedaqoqika.Yeni kurs. Bakı, 2002, s .488-492.
3.Əhmədov B.,Rzayev A.Pedaqoqikadan mühazirəkonspektlər, Maarif nəşriyyatı, Bakı, 1983.
4.Kəlbəliyev Ə. Təhsili idarəetmənin əsasları (məktəbşünaslıq). Bakı, Nurlan, 2006, 88 səh.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə