Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə109/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

2.Məktəbdaxili nəzarətin formaları
Məktəbdaxili nəzarətin aşağıdakı formaları vardır; ümumi formalar, xüsusi formalar və spesifik formalar.
Məktəbdaxili nəzarətin ümumi formaları da özlüyündə iki yerə ayrılır: 1) tematik nəzarət; 2) frontal nəzarət.
Tematik nəzarət-məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyətə malik olan mövzular (temalar) üzrə aparılan nəzarətə deyilir.
Məsələn: “Dərsdə şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi vəziyyəti”, yaxud “Aşağı siniflərdə təlimdə geriqalmanın səbəbləri” və s. mövzularda aparılan nəzarət tematik nəzarət adlanır.
Tematik nəzarət mövzusunun xarakteri və əhatə dairəsinə görə iki şəkildə aparılır:

  1. Problem xarakterli mövzular üzrə nəzarət;

  2. Məktəb işinin müəyyən sahəsində konkret bir məsələnin həllinə yönəldilən nəzarət.

  3. Problem mövzular üzrə aparılan nəzarət qrup halında, konkret bir məsələnin həlli üzrə aparılan nəzarət isə əsasən fərdi qaydada, tək-tək nəzarətçilər (məsələn, məktəb direktoru və ya onun müavinləri)

Frontal nəzarət məktəb işinin müəyyən sahələri və müəllimlərin iş sistemi haqqında dəqiq məlumat toplamaq məqsədi ilə aparılan nəzarətə deyilir. Belə nəzarət əsasən qrup halında həyata keçirilir. Lakin tək-tək hallarda frontal nəzarəti məktəb direktoru və onun müavinləri də apara bilər. Bu zaman məktəb rəhbərləri obyektiv məlumat əldə etmək üçün müvafiq frontal nəzarət proqramı hazırlamalı və bu haqda müəllimin nəzəri-metodik hazırlığı, pedaqoji ustalığı və tədris metodikasının keyfiyyət səviyyəsini aşkar etməyə imkan verən bütün məsələləri əhatə etməlidir.
Əgər frontal nəzarət mövzuları həddən artıq genişsə onda bu nəzarətin həyata keçirilməsinə nəinki qrup halında nəzarətçilər, hətta bir neçə qrupdan ibarət nəzarətçilər də cəlb edilə bilər.
Xüsusi formalar. Məktəbdaxili nəzarətin xüsusi formasını başqa formalardan fərqləndirən əsas əlamət onun bilavasitə məktəbdaxili nəzarətə məxsus olmasıdır. Bunun ümumi nəzarət formasından başlıca fərqi ondadır ki, ümumi nəzarət məktəb işinin inspektor nəzarətini də əhatə etdiyi halda, xüsusi formalar yalnız məktəbdaxili nəzarətdən kənara çıxmır.
Məktəbdaxili nəzarətin xüsusi formaları aşağıdakı konkret nəzarət formalarına ayrılır: 1)icmal nəzarət; 2) izləyici nəzarət; 3) müqayisəli nəzarət; 4) sinif-ümumiləşdirici nəzarət.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə