Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə110/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

İcmal nəzarətiməktəb işinin müxtəlif sahələrində iş fəaliyyətinin ilkin nəticələrini müəyyənləşdirmək və ümumiləşdirmək, müvafiq operativ tədbirlər görmək məqsədi daşıyır. Əsasən icranın yoxlanılmasına yönəldilmiş icmal-nəzarət bilavasitə məktəb rəhbərləri üçün nəzərdə tutulan nəzarət formasıdır. Bu cəhətdən istifadə etməklə məktəb rəhbərləri yoxlama nəticəsində əldə etdiyi faktları ətraflı təhlil etməklə baş vermiş nöqsanların operativ yolla aradan qaldırılmasına nail olur və həmin nəzarətin nəticələri ilə əlaqədar müvafiq əmr və sərəncamlar verir. Lakin mövzunun əhəmiyyətindən asılı olaraq bəzən icmal nəzarətin nəticələri pedaqoji şurada, direktoryanı müşavirədə, metodbirləşmə iclasında və s. geniş şəkildə müzakirə edilə bilər. Bu baxımdan da icmal-nəzarət iki şəkildə tətbiq edilə bilir:
1)Geniş həcmli, problem xarakterli mövzular üzrə icmal-nəzarət;
2) nisbətən kiçik həcmli işlərin yoxlanmasına həsr edilmiş icmal nəzarət.
İcmal nəzarət aşağıdakı yollarla həyata keçirilir:

  1. məktəb rəhbərlərinin şəxsi müşahidəsi yolu ilə həyata keçirilən nəzarət

  2. yazılı məlumatların və hesabatların təhlili.

  3. Yazılı hesabatların seçmə yolla yoxlanması

İcmal nəzarət məktəbdaxili nəzarətin strukturuna daxil olan bütün sahələrdə tətbiq oluna bilir.
Eyni bir mövzuda aparılan nəzarət yoxlaması qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif nəzarət formasında həyata keçirilə bilər. Məsələn, deyək ki, “I-IV siniflərdə yazı təliminin vəziyyəti” mövzusunda aparılmalı məktəbdaxili nəzarət həm tematik, həm də icmal nəzarət formasında icra edilə bilər. Yəni nəzarəti çox qısa vaxtda aparmaq, operativ qərar qəbul etmək məqsədəuyğun bilinirsə, onu icmal nəzarəti formasında, yox əgər məsələni əsaslı şəkildə öyrənib geniş müzakirədən keçirmək vacib bilinirsə, onu tematik nəzarət formasında həyata keçirmək lazım gəlir.
İzləyici nəzarət xüsusi nəzarətin elə formasıdır ki, burada məktəb rəhbərləri şəxsən məktəb işinin bu və ya digər konkret sahəsini və yaxud kollektiv üzvlərinin tək-təklikdə və ya qrup halında fəaliyyətini arıcıl olaraq yoxlamağı qarşısına məqsəd qoyur. Bu nəzarət forması əksərən müəllimin, tərbiyəçinin, sinif rəhbərlərinin və başqalarının iş sistemini öyrənmək məqsədilə həyata keçirilir.
İzləyici nəzarət əksərən kollektivə yeni qəbul edilmiş müəllim və ya tərbiyəçilərin iş sisteminin öyrənilməsinə yönəldilir. Lakin məktəb kollektivinə yeni adamlar qəbul edilmədikdə də bu nəzarət formasından istifadə edilməsinə ehtiyac olur. Çünki izləyici nəzarət təkcə işdə yol verilmiş nöqsanları meydana çıxarmaq məqsədini güdmür, həm də işçinin fəaliyyətindəki müsbət cəhətləri aydınlaşdırıb daha da genişləndirmək məqsədinə xidmət edir.
Tematik, icmal nəzarət kimi izləyici nəzarət də konkret mövzular üzrə aparılır. Elə buna görə də ona həm də izləyici-tematik nəzarət də deyilir.
İzləyici nəzarətin fərqləndirici xüsusiyyətlərindən biri onun eyni vaxtda bir neçə obyektə tətbiq oluna bilmək xüsusiyyətidir. Yəni izləyici nəzarəti zamanı məktəb rəhbərləri eyni vaxtda bir neçə müəllimin üzərində nəzarət işini həyata keçirə bilir.
Müqayisəli nəzarət bu və ya digər nəzarət sahəsinin başqa sahə ilə, hər hansı sinfin digər paralel siniflə, bir müəllimin iş fəaliyyətinin başqa birisinin iş fəaliyyəti ilə tutuşdurulması, müqayisəli şəkildə öyrənilməsini nəzərdə tutur.
Digər nəzarət formasından fərqli olaraq müqayisəli nəzarət hər zaman tətbiq olunur. Bu nəzarət ehtiyaca görə tətbiq edilir. Əgər məktəb rəhbərləri nəzarətin idarə edilməsində hər hansı çətinliklə qarşılanmırsa, müqayisəli nəzarətə ehtiyac qalmır. Bir qədər də aydın desək, müqayisəli nəzarətin tətbiqinə məktəb rəhbəri o zaman əl atmağa ciddi ehtiyac hiss edir ki, paralel siniflərdə eyni müəllimlər dərs deməsinə baxmayaraq, təlim müvəffəqiyyəti əsaslı surətdə fərqlənir.
Müqayisəli nəzarətin tətbiqi ilə müəyyən edilir ki, bu siniflərdən birinin təlim müvəffəqiyyətinin o biri sinifdə olub olmasının səbəbi şagirdlərin bilik səviyyəsi və qavrama qabiliyyətindəki fərqlə bağlıdır.
Sinif-ümumiləşdirici nəzarət-eyni bir sinifdə müxtəlif mövzular və fənlər üzrə yoxlamalar aparıb onun nəticəsini ümumiləşdirməkdən ibarət nəzarətə deyilir.
Sinif-ümumiləşdirici nəzarətin başlıca məqsədi müəyyən didaktik məsələnin bir sinfin materialları əsasında öyrənib, ümumiləşdirib bütün məktəb üzrə ümumi nəticə çıxarmaqdan ibarətdir. Buna görə də belə nəzarət eyni sinifdə dərs deyən müəllimlərin iştirakı və müzakirəsi ilə həyata keçirilir. Lakin çox zaman sinif-ümumiləşdirici nəzarətin nəticələrinin müzakirəsinə ehtiyac qalmır.
Sinif-ümumiləşdirici nəzarət konkret plan əsasında həyata keçirilir və ixtisaslı xarakter daşıyır. Bu, ayrı-ayrı müəllimlərin şagirdlərə göstərdiyi pedaqoji təsiri müqayisə etməklə onların iş fəaliyyətinin yüksəlməsinə əməli kömək göstərir.
Spesifik formalar məktəbdaxili nəzarətin elə formalarına deyilir ki, onlar təkcə bir sahəyə tətbiq oluna bilirlər. Məsələn, dərsə nəzarət (dərsdinləmə), icbari təhsil qanununun həyata keçirilməsinə nəzarət, məktəbin maliyyə təsərrüfat fəaliyyətinə nəzarət və s.
3.Məktəbdaxili nəzarətin metodları
Məktəbdaxili nəzarətin metodları iki qrupa ayrılır: 1) əhatə dairəsi və işlənmə yerinə görə müəyyənləşən metodlar qrupu; 2) həyata keçirilmə tərzinə görə müəyyənləşən metodlar.
Birinci əsasa görə ( əhatə dairəsi və işlənmə yerinə görə) müəyyənləşən metodlar qrupuna :
1) ümumi metodlar;
2) xüsusi metodlar və 3) spesifik metodlar;
ikinci əsasa görə qruplaşan metodlar sisteminə isə:
1) şifahi yoxlama;
2) yazılı yoxlama;
3) əməli-təcrübi yoxlama;
4) qrafik yoxlama və 5) texniki vasitələrin köməyi ilə yoxlama daxildir. Bunların hər birinin özünəməxsus müəyyən fərqləndirici xüsusiyyətləri olduğu üçün onları təsnif olunduğu sıra ilə nəzərdən keçirək.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə