Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə107/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

1. Formal model. Struktur, sistemlər, bürokratiya, rasional və ierarxik modellər təhsil idarəetməsinin formal modellərini təşkil edir. Bu modelə əsasən təşkilatların strukturu ierarxik və əvvəlcədən müəyyən edilmiş məqsədlər əsasında formalaşır. Rəhbərlərin səlahiyyətləri onların rəsmi mövqelərinin məhsuludur. Bu rəhbərlər öz təşkilatlarında razılaşdırılmış siyasətlərin icrasına cavabdehdirlər. Formal model rəhbərliklə bağlıdır. Təşkilatın bu tərzi vəzifələrin yerinə yetirilməsinə, həmçinin digər təşkilati üzvlərin fəaliyyətinin asanlaşdırılmasına yönəlmiş konsepsiyaya malikdir. Eyni zamanda rəhbərlik rəhbərlik üslublarının əksəriyyətindən fərqli olaraq vizionu əsas olaraq nəzərdə tutmur. Çünki burada daha yaxşı gələcək arzusunda olmaq deyil, mövcud fəaliyyətləri müvəffəqiyyətlə idarə etmək önəmlidir.
2. Kollektiv model. Burada təşkilati məqsədlərin seçilməsi, qərarların qəbulu, siyasətin müəyyənləşdirilməsi və formalaşdırılması müəyyən üzvlər arasında müzakirələr vasitəsilə müəyyən olunur. Kollektiv model 3 liderlik üslubu ilə əlaqələndirilir: dəyişim liderliyi, iştirakçı liderlik, paylaşılan liderlik. Dəyişim liderliyi liderin məqsədlərinin üzvlərin məqsəd və səlahiyyətlərinə çevrilməsidir. Buna əsasən şəxsi öhdəliklərin və məqsədlərin əldə edilməsi üçün daha böyük imkanların olması təşkilatın məhsuldarlığını artıracaqdır. İştirakçı liderlik daha çox demokratik üsullara əsaslanır. Hər bir üzvün qərar vermə prosesində iştirak etməsi onu ayıran əsas ünsürdür. Paylaşılan liderlik isə son illərdə təhsilin idarə olunmasında xüsusilə istifadə olunur. Burada Müxtəlif sahələrdə peşəkarlaşmış şəxslər bir-birindən asılı olmadan, eyni zamanda əməkdaşlıq edərək qərarların qəbulu prosesində iştirak edirlər.
3. Siyasi model. Təhsil siyasəti və qərarlarında ittifaqların yaranması yolu ilə həyata keçir. Bu modeldə münaqişə təbii bir fenomendir. Eyni zamanda hakimiyyət formal lider yerinə daha yüksək səviyyədə hakimiyyətə malik olan koalisiyalara aiddir. Bu model təhsil sferasında XX əsrin sonlarında tətbiq olunmağa başlandı. Model siyasi prosesdə beş mərhələdən ibarətdir: sosial struktur, maraqların ifadə edilməsi, qanunvericiliyin dəyişdirilməsi, siyasətin formalaşdırılması və siyasətin icrası. Təhsil qrupları içərisində hər hansı bir 1 münaqişədə digər alt qruplar üzərində qələbə qazanacaq amillərə isə mövqe gücü, fərdi güc, təcrübənin nüfuzu, mükafatların və resursların idarə olunması aiddir.
4. Subyektiv model. Bu model əsasən bütün təşkilatdan çox təşkilatın fərdi üzvlərinin məqsədlərini vurğulayır. Təşkilatın məqsədləri konsepsiyası bu perspektivə əsasən rədd edilir. Təşkilatın üzvləri mənşəyindən, inancından, dəyərindən və təcrübəsindən əldə edilmiş anlayışları əks etdirən mürəkkəb qurumlar kimi təsvir olunur. Subyektiv model əsasında xarici mühitlə əlaqələr həssas sayılır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə