Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə108/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

5. Qeyri-müəyyənlik modeli. Təşkilati həyatın qarışıqlığı, qeyri-sabitlik, qeyri-müəyyənlik və gözlənilməzlik, məqsədlərin aydın olmaması və problemli texnologiyanın olması bu modelin əsas ünsürləridir. Modelə əsasən bu ünsürlər üzvlərin qərar qəbuletmə prosesində sıx iştirakına gətirib çıxarır. 6. Mədəni model. Bu model əsasında ideyalar, inanclar, normalar, dəyərlər və ənənələr kimi bəzi konsepsiyalar təşkilatın mərkəzi hesab olunur. Üzvlər digər üzvlərin davranışlarına uyğun davranır.
Ədəbiyyat siyahısı

  1. Paşayev Ə., Rüstəmov F. Pedaqogika.Bakı, Elm və təhsil, 2017, 436 s.

  2. Kəlbəliyev Ə. Təhsili idarəetmənin əsasları. Bakı, Nurlan, 2006, 77 səh.

  3. Mehrabov A O. Müasir təhsilin konseptual problemləri. Bakı, Mütərcim, 2010, 516 səh.




  1. Məmmədzadə R., Abdullayev A., Kərimova F., Cabbarov R., Rəsulov S., Quliyev Ə. Təhsilin idarə edilməsinin bəzi problemləri. Bakı, Azərbaycan Müəllimlər İnstitutu, 2008, 232 səh.

  2. Rzayev O.H., Məmmədov S. M., İsmayılov Ş .N. Təhsilin idarə olunmasının əsasları. Bakı, Mütərcim, 2010, 476 səh.

  3. Rəsulov S., Əzizov R. Təhsilin idarə edilməsinin nəzəri və praktik məsələləri. Bakı, Müəllim, 2012, 169 səh.

MÖVZU 15. Məktəbdaxili nəzarət və ona verilən didaktik tələblər. Məktəb sənədlərinin növləri


Plan:
1.Məktəbdaxili nəzarətin məzmunu, vəzifələri və tələbləri
2.Məktəbdaxili nəzarətin formaları
3.Məktəbdaxili nəzarətin metodları
4. Məktəb sənədlərinin aparılması və saxlanması haqqında

1.Məktəbdaxili nəzarətin məzmunu, vəzifələri və tələbləri


Məktəbdaxili nəzarət məktəbin idarə edilməsi və ona rəhbərlikdə çox geniş rol oynayır. Məhz məktəbdaxili nəzarət vasitəsi ilə məktəb rəhbərləri təlim-tətbiyə işinin səviyyəsi, müəllim və şagirdlərin fəaliyyəti haqqında lazımi informasiya toplayır və bunun əsasında işin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
Məktəbdaxili nəzarət dedikdə, məktəb rəhbərlərinin məktəb daxilində həyata keçirməli olduqları müxtəlif nəzarət işlərinin məzmunu nəzərdə tutulur. Bu nəzarət məktəbdə bir-biri ilə sıx əlaqədə olan və müəyyən funksiyaları həyata keçirən müxtəlif nəzarət işlərini özündə birləşdirir. Bu mənada məktəbdaxili nəzarətin məzmununu onun strukturuna daxil olan müxtəlif nəzarət işlərinin məzmunu təşkil edir.
Məktəbdaxili nəzarətin başlıca vəzifəsi müəllimlərin dərsə hazırlığını, dərslərin keyfiyyətini, tədris planı və proqramlarının yerinə yetirilməsi və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirmək, dərsdə, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə ideya-tərbiyə işinin səviyyəsini, pedaqoji kollektivin hər bir üzvünə hansı cəhətdən metodik kömək göstərmək lazım gəldiyini, məktəbin ailə və ictimaiyyətlə apardığı işin nəticəsini və həmçinin məktəbin maddi-texniki bazası, bina və avadanlıqların saxlanması, maliyyə-təsərrüfat fəaliyyəti üzrə işlər daxildir.
Məktəbdaxili nəzarətin vəzifəsi onun ümumi sisteminə daxil olan sahələrə düzgün və səmərəli nəzarət etməkdən ibarətdir. Həmin sistemə:
-icbari təhsil;
-ayrı-ayrı fənlərin tədrisi;
-şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi;
-dövlət proqramlarının yerinə yetirilməsi; metodiki iş;
-qabaqcıl təcrübənin öyrənilməsi və yayılması;
-fakültativ məşğələlərin təşkili və keçirilməsi;
-sinifdənxaric və məktəbdənkənar tədbirlər;
-ailə və ictimaiyyətlə iş; şagird özünüidarə orqanının işi;
-məktəbin maliyyə-təsərrüfat fəaliyyəti, məktəb sənədləri və qəbul olunmuş qərarların icrası üzrə iş və s. daxildir.
Son pedaqoji ədəbiyyatda məktəbdaxili nəzarətə aşağıdakı didaktik tələblər verildiyi göstərilir:

  1. Nəzarətin məzmununun proqram tələblərinə uyğunluğu

  2. Nəzarət nəticəsində əldə edilən informasiyaların obyektivliyi, inandırıcılığı

  3. Şagirdlərin hazırlıq səviyyəsi yoxlanılarkən təkcə onların nəzəri biliyinin səviyyəsi deyil, eyni zamanda, biliyin təcrübəyə tətbiqi və onların müstəqilliyinin inkişaf səviyyəsi əsas götürülməlidir.

  4. Nəzarətin aşkarlığı, operativliyi və sistematikliyi təmin edilməlidir.

  5. Nəzarətin fərdi və kollektiv formaları əlaqələndirilməlidir.

Bundan başqa, pedaqoji nəzarətin aşağıdakı effektlilik şərtləri olduğu nəzərdə saxlanmalıdır;

  1. Məktəb haqqında vaxtında və dəqiq informasiyanın əldə edilməsi.

  2. Müəllimlərin əməli və peşə keyfiyyətlərinin üslubu, hazırlıq səviyyəsi, müvəffəqiyyət və çatışmazlıqlarının öyrənilməsi.

  3. Nəzarət təsirliliyi, kimə lazımsa ona vaxtında kömək göstərməsi, bütün təlim-tərbiyə prosesini təkmilləşdirmək məqsədilə yaxşı iş nümunəsinin, qabaqcıl təcrübənin yayılması.

  4. Yoxlayıcının yüksək mədəniyyəti, onların işə bələdliyi, obyektivliyi və konkret şəraiti nəzərə alması.

Müəllimin hazırlıq səviyyəsi, pedaqoji ustalığı və fəaliyyətini öyrənmək üçün nəzarətin aşağıdakı üç növündən istifadə olunur:
1.İlkin nəzarət ( bu halda müəllimin plan və proqramı nəzərdən keçirilir, onunla yeni dərsin izahı, mökəmləndirilməsi zamanı istifadə edəcəyi metodlar və s.)
2.cari nəzarət ( həmin nəzarət müəllimin bu və ya digər dərsinin ardıcıl müşahidəsi, onun dərs dediyi şagirdlərin bilik və bacarıqlarını yoxlaması və şagirdlərin yazı işlərinin nəzərdən keçirilməsi şəklində həyata keçirilir).
3.yekun nəzarət( müəyyən müddətə müəllimin şagirdlərlə apardığı təlim-tərbiyə işinin nəticələrinin öyrənilməsi, şagirdlərin sinif işlərini yoxlamaq, onlarla sorğu aparmaq şəklində icra olunur).
Qabaqcıl məktəb rəhbərlərinin iş təcrübəsi göstərir ki, məktəbdaxili nəzarətin təşkilində dərs ilinin ayrı-ayrı dövrlərinin (nəzarəti hansı yarımildə aparmağı) də öz fərdi yanaşma xüsusiyyətləri vardır. Məsələn, əgər dərs ilinin əvvəlində müəllimin dərsini dinləyiriksə, onun təkrarı necə aparmasına diqqət yetirmək lazım gəlirsə, dərs ilinin sonunda onun yekun təkrarı, ümumiləşdirməni necə aparması diqqət mərkəzinə çəkilməlidir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə