Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipəri



Yüklə 0,77 Mb.
səhifə17/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

2.Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipəri.
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
1.Pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
-Pedaqoji prosesin tamlığı onun sahələri qarşısında vahid məqsədin durması və şəxsiyyətin bütövlüyü ilə təmin olunur. Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olsa da, hamısı ümumi bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim üç əsas funksiyanı - təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir: təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir. Ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində aparıcı (dominant) rol oynayır. Belə ki, təlim prosesi öyrədici (təhsilverici) və inkişafetdirici, tərbiyə prosesi isə tərbiyəedici funksiyanın həyata keçirilməsinə daha çox xidmət göstərir.
Buna müvafiq olaraq pedaqoji prosesin hər bir sahəsi özünə məxsus vəzifələrə və məzmuna malikdir.
Ahəngdar inkişaf etmiş şəxsiyyətin keyfiyyətləri çoxdur. Hər bir keyfiyyətin formalaşmasında tərbiyənin ayrı-ayrı tərkib hissələri aparıcı (dominant) rol oynayır. Bunu cədvəl şəklində nəzərdən keçirək.

Ahəngdar inkişaf etmiş şəxsiyyətin əsas keyfiyyətləri

Tərbiyənin tərkib hissələri

1. İntellektual keyfiyyətlər

Zehni (əqli) tərbiyə

2. İdeya-mənəvi keyfiyyətlər

İdeya-mənəvi tərbiyə

3. Əxlaqi saflıq

Əxlaq tərbiyəsi

4. Əmək və peşə hazırlığı

Əmək tərbiyəsi

5. Estetik zövq

Estetik tərbiyə

6. Fiziki sağlamlıq, gümrahlıq

Fiziki tərbiyə

7. İqtisadi, ekoloji və hüquq mədəniyyəti

İqtisadi, ekoloji və hüquq tərbiyəsi

Şəxsiyyətin ahəngdar inkişafı üçün göstərilən tərbiyə sahələri kompleks şəkildə həyata keçirilməlidir. Pedaqoji prosesə kompleks yanaşma o deməkdir ki, hər bir şagird tərbiyənin bütün sahələri ilə əhatə olunsun, yəni zehni, əxlaqi, əmək, estetik, fiziki və s. hazırlıq keçsin. Bunun üçün məktəbdə lazımi şərait maddi baza yaradılmalı, məktəb kompleksi təşkil edilməlidir.
2.Təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
-Bu proses şagirdlərin irqi, cinsi, millətçilik və ya hər hansı bir fiziki qüsuru nəzərə alınmadan təlim prosesinə cəlb olunması deməkdir. Hər bir müəllim tədris zamanı şagirdlərin potensial imkanlarını nəzərə almaqla onların hər birinə bərabər imkanların yaratmalıdır. Bu prosesi sinifdə uğurla tənzimləyən müəllim şagirdlərdə təkçə özünəinam hissi yaratmaqla qalmır, həm də onlarda tolerantlıq, fərqlərin dərk edilməsi, çoxmədəniyyətlilik kimi bir sıra kompetensiyalar formalaşdırır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə