Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə25/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Deduktiv əqli nəticədə isə əksinə, fikir ümumi nəzəri nəticədən xüsusiyə gedir. Məsələn, “Bütün metallar elektriki keçirir”. Deməli, mis də elektriki keçirir.
3. Biliklərin praktikaya tətbiqi. İdrak nəzəriyyəsində biliklərin, hər şeydən əvvəl nəzəri biliklərin doğruluğu praktikada yoxlanılır. Biliklərin doğru­lu­ğunu yoxlamağın əsasında ümumiləşmiş anlayışları, qanun və müddəalari konkret şəraitlərdə tətbiq etmək durur.
Mücərrəddən konkretə keçmək öyrənmə-idrak fəaliyyətində, üç vəzifənin həllini təmin edir:

  1. biliklərin möhkəmləndirilməsini və onlarin hafizədə saxlanmasını;

  2. biliklər əsasında müəyyən bacarıq və vərdişlərin formalaşdırılmasını;

  3. gündəlik həyat problemlərini həll etmək üçün biliklərin tətbiqini.

Bundan sonra müxtəlif çalışmalar və tapşırıqlar sisteminin köməyi ilə biliklərin möhkəmləndirilməsi, müvafiq bacarıq və vərdişlərin formalaşdırılması prosesi baş verir.
4. Biliklərin mənimsənilməsinə nəzarət. Elmi idrak prosesində alim öz hərəkətinə, fəaliyyətinə və əldə etdiyi nəticələrə özü müntəzəm olaraq nəzarət edir. Təlim prosesində isə şagirdlərin idrak fəaliyyətinin gedişinə müəllim nəzarət edir. Bu, hər şeydən əvvəl, cari nəzarətdir.
Təlim prosesinin əsas həlqələrini, onun psixoloji əsaslarını bilmək müəllimə həmin prosesi daha səmərəli və təsirli təşkil etməyə imkan verir.
6. Təlim prosesinin psixoloji əsasları
İdrak nəzəriyyəsi təlim prosesinin elmi əsasıdır. Təlim prosesi də elmi idrak prosesi kimi ziddiyyətləri aradan qaldırmaq yolu ilə gedir. Bu ziddiyyətlər içə­ri­sin­də ən başlıcası cəmiyyətin tələbatı və təlim prosesinin yaranmış forma və me­tod­larının imkanları arasındakı ziddiyyətdir. Yeri gəlmişkən qeyd edək ki, bu zid­diyyətin həlli ilə bir çox pedaqoq alimlər məşğuldurlar. Hər şeydən əvvəl, in­for­masiyanı qavramağın və onun bilik, bacarıq, vərdişlərə çevrilməsinin psi­xo­fizioloji məsələləri tədqiq edilir.
Bəzi mənbələrdə təlim prosesinin quruluşu daha geniş verilir. Burada in­for­ma­siyanı qavramaq üçün psixoloji hazırlıq mərhələsi önəmli yer tutur. Bu qu­ru­luş aşağıdakı kimidir:

  1. məlumatı qavramaq üçün psixoloji hazırlıq;

  2. məlumatın qavranılması və onun başa düşülməsi;

  3. məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi;

  4. biliklərin möhkəmləndirilməsi;

5) bilik, bacarıq və vərdişlərin tətbiqi;

  1. ­şagirdlərin işlərinin təhlili (bilik, bacarıq və vərdişlərə yiyələnməyə nə­zarət etmək).

Təbiidir ki, təlim prosesinin bütün struktur komponentləri bir-birindən ay­rıl­mazdır və bir-birindən asılıdır. Onlarin bütün imkanlarından tam istifadə edil­dikdə təlim yaxşı səmərə verər.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə