Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi-



Yüklə 0,77 Mb.
səhifə6/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi-tədqiqatda bəzi zəruri faktları toplamağa xidmət edən metodlardır.
Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları, şəxsi işlər və.s), habelə şagirdin fəaliyyət məhsulları (yazı, rəsm, əmək işləri, yaradıcılıq məhsulları və.s) təlim-tərbiyə işlərinin vəziyyəti, təlim müvəffəqiyyəti haqda müəyyən məlumat əldə etməyə imkan verir. Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çıxarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin öyrənilməsi və.s) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Nəzəri təhlil metodu pedaqoji hadisələri tərkib hissələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı nəzərdə tutur. Təhlil həmişə tərkiblə (sintezlə)-ayrı-ayrı hissələrin, əlamətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə müşayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi, xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.
Pedaqoji tədqiqatlarda çox vaxt induksiya (konkret faktlardan ümumi nəticələr çıxarmaq) və deduksiya (ümumi nəticəni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olunur.
Modelləşdirmə-müəyyən pedaqoji sistemi xüsusi analoqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu metod əyani-obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir) öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin, şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar.
Müqayisəli-tarixi təhlil metodu müxtəlif tarixi dövrlərdə, dünya təcrübəsində yaranmış ayrı-ayrı pedaqoji sistemləri müqayisəli şəkildə öyrənməyə, bu əsasda müasir pedaqoji problemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir. Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi- eksperimental iş, sınaq metodları daxildir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə