Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə9/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Ədəbiyyat:

  1. Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ., Pedaqogika, B: Adiloğlu nəşr., 2006, səh.5-11

  2. Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı Universiteti nəşriyyatı, 2003, səh.7-30

  3. Paşayev Ə., Rüstəmov F. Pedaqogika, B: Elm və təhsil, 2010.

səh.9-35

  1. İbrahimov F., Hüseynzadə R. Pedaqogika, B: Mütərcim, 2013,I cild,2013,s.17-75

  2. Pedaqogika fənn kurikulumu. B., ADPU, 2015, səh.8-9, 33-34

  3. Cəfərov H. Ümumi və pedaqoji valeologiyanın bəzi aspektləri. //Psixologiya,2003,№3-4, s.99-116

  4. Cəfərov H. Didaktogeniya: pedaqoji aspektləri və obyektiv səbəbləri. // Pedaqoji Universitet Xəbərləri,2013, s.351-357

  5. Хуторской А. В. Педагогика. М: Питер, 2019, с.98-118


Mövzu 2. Şəxsiyyətin inkişafı və sosiallaşmasının qanunauyğunluqları
Plan:

  1. İnkişaf və formalaşma prosesi

  2. Şəxsiyyətin inkişafına təsir göstərən amillər

  3. Şəxsiyyətin sosiallaşmasının psixoloji qanunauyğunluqları




  1. Şəxsiyyətin sosiallaşmasında yaş dövrlərinin nəzərə alınması

  1. İnkişaf və formalaşma prosesi

Təbiət və cəmiyyətin inkişafı, qanunauyğunluqları , hər bir hadisənin başvermə səbəbləri, hərəkətverici mexanizm haqqında dialektik metafizik inkişaf konsepsiyası mövcuddur. Burjya alimləri isə biogenetik qanunu uşağın psixoloji inkişafına, habelə mexaniki şəkildə psixologiya və pedaqogikaya aid edirlər. Qeyd etməliyik ki, bir sıra görkəmli dünya alimləri fərdin inkişafına irsiyyət nöqteyi-nəzərindən yanaşmaqda haqlıdırlar. İnkişaf təbiət və cəmiyyət hadisələrindən kənarda fəaliyyət göstərmir və hərəkətlə, tərəqqi ilə, yaradıcılıqla səciyyələnir. Bu, eyni zamanda mühit və tərbiyə ilə də şərtlənir. Ana bətnindən başlayaraq insanın dünyaya gəldiyi gündən keyfiyyətcə bir-birindən fərqlənən, anatomik-fizioloji və psixoloji dəyişikliklərlə səciyyələnən proses inkişaf adlanır. Proses latın sözü olub, irəliyə doğru hərəkət, müəyyən nəticə əldə etmək üçün fəaliyyət deməkdir. İnsanın inkişafı deyərkən 3 mühüm əlamət nəzərdə tutulur: a- fiziki, anatomik-fizioloji inkişaf, yəni insanın bioloji fərd kimi inkişafı; b- psixoloji inkişaf; c- sosial inkişaf, insanın vətəndaş, şəxsiyyət kimi yetişməsi. Sadalanan əlamətlər ayrılıqda xüsusi kəmiyyət və keyfiyyət dəyərlərinə malikdir. Psixoloji inkişafa insanın idrak prosesinin, duyğuların, qavrayış və təsəvvürün, hafizə və təxəyyülün, diqqətin, nitq və təfəkkürün, hisslərin və iradənin, psixi xassələrin necə təşəkkül tapması daxildir. İnsanın sosial inkişafı onun cəmiyyət həyatına daxil olması ilə başlayır. İnsan cəmiyyətdə iştirak edir, konkret adamlarla, kollektivin üzvləri ilə münasibətdə bulunur, ətraf aləmdə hadisələrin necə cərəyan etdiyinin müşahidəcəsinə çevrilir. Bioloji fərd sosial inkişaf prosesində formalaşır. İnsanın sosial inkişafı sadəcə onun doğularkən özü ilə gətirdiyi imkanlar və əlamətlərin dəyişilməsi olmayıb, keyfiyyət dəyişmələrinin formalaşması prosesidir. Buna görə də insanın inkişafından danışarkən şəxsiyyət anlayışından istifadə edilir. İnsanın bir şəxsiyyət kimi inkişaf prosesinin özündə və onun nəticələrində sinir sisteminin funksional xüsusiyyətlərində, insanların fiziki, zehni, emosional, mənəvi və digər xassələrində, maraqlarında, meyllərində, temperamentlərində, xarakterlərində fərdi fərqlər özünü büruzə verir. Bütün bu dəyərlər insanların mənəvi-sosial həyatda formalaşdırır və onları şəxsiyyət statusuna gətirib çıxarır. “Şəxsiyyət, onun davranışını müəyyən edən çox mürəkkəb, bütöv və dəyişən sistem kimi, onun cəmiyyətin həyatı ilə bağlı olan fərdi tarixinin gedişində formalaşır”. Beləliklə, şəxsiyyət, onun sinir sisteminin, fiziki, zehni və.s. xassələrinin, maraqlarının və meyllərinin, tem­peramentlrinin və.s. funksional xasusiyyətləri nəticəsində əmələ gəlmiş fərdi fərqlər sayəsində həyatda fəal mövqe tutur. Lakin bütün insanlarda bu, eyni cür olmur. Bəzilərində idrak maraqları, digərlərində ictimai təfəkkür, üçüncülərdə əmək vərdişləri üstünlük təşkil edir. Fərdi psixoloji xassələri (temperament, xarakter, qabiliyyət, təfəkkür, tələbat, maraqlar və.s) olan və ictimai vəzifələri (real varlığa,adamlara, bütövlükdə adamlara, cəmiyyətə, əməyə münasibəti, ictimai fəaliyyəti və.s) yerinə yetirən, müəyyən ictimai-tarixi dövrdə yaşayan konkret insanaşəxsiyyət deyilir. İnsan dünyaya bioloji varlıq kimi gəlir, lakin ictimai varlıq, bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir.
Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır. Müəllim və tərbiyəçilərimiz uşaq şəxsiyyətinin inkişafı üçün müxtəlif metod və vasitələrdən istifadə edirlər. Bunların sırasında hər bir şagirdin özünü dərk etməsi, oxuyub-öyrənmə, görüb-götürmə yolu ilə şəxsiyyətcə inkişaf edib təkmilləşməsi xüsusi yer tutur. Buna görə də şəxsiyyətin inkişafı ilə əlaqədar olaraq yalnız bu günkü təcrübəni deyil, həm də pedaqoji fikrin zəngin ideyalarını nəzərə almaq lazımdır.
Azərbaycan pedaqoji fikri tarixində şəxsiyyətin inkişafı problemi, əsasən, uşaqların tərbiyəsi kimi başa düşülmüşdür. Azərbaycan maarifpərvərləri şəxsiyyətin ən müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət və fəaliyyətində axtarmışlar. Çünki münasibətlər insanın əvvəlki həyat təcrübəsinin nəticəsi olmaqla onun hərəkətlərini və daxili hisslərini müəyyən edir. Bu, şəxsiyyət kimi onun dəyərini göstərir. Azərbaycan maarifpərvərləri qədim Şərq fəlsəfəsi və pedaqoji fikri ənənələrini davam etdirərək, şəxsiyyətin təşəkkülünə təsir göstərən amillərə münasibətdə, yəni hansı amilin daha qabarıq olduğunu söyləməkdə bəzi hallarda müxtəlif mövqe tutmuşlar. Hazırkı tərbiyə işində həmin ideyalardan istifadə gənc insanın inkişafına səmərəli təsir göstərə bilər.
Övladların zahiri əlamətlərinə, hətta, bəzən səsinə, yerişinə, davranışına görə valideynlərinə oxşaması əsrlər boyu filosofları, psixoloq və pedaqoqlaı düşündürmüşdür. Nəticədə insanın bir şəxsiyyət kimi formalaşması, onun aciz bir bioloji varlıqdan qüvvətli, ağıllı sosial bir varlığa çevrilməsi prosesinə təsir edən amillər haqqında müxtəlif fikirlər meydana gəlmişdir. Bu amillər içərisində əsrlər, min illər boyu üstünlük irsiyyətə verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, valideynlərdə müsbət və mənfi nə varsa genlər vasitəsilə övladlara keçir. Hər şeyin-ağılın, qabiliyyətin fitri, anadangəlmə olduğu ideyası min illər ərzində hakim siniflərin əlində məhkum sinfi istismar etmək vasitəsinə çevrilmişdir. Fitri qabiliyyətlər, irsiyyət nəzəriyyələri ilə birləşərək insanın inkişaf xüsusiyyətlərini , onu həyatda nələr gözlədiyini bəxtlə, qismətlə, taleyin onun alnına nə yazması ilə izah etmiş, adamları fəaliyyətsizliyə, təvəkkülə çağırmışdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, insanın cəhd etməsi nahaqdır, onun taleyi fövqəltəbii qüvvələrdən, qəzavü qədərin hökmündən asılıdır. Bu fikrin əksini həyatın obrazlarda ifadəsi olan ədəbiyyat nümunələrində (belə ədəbiyyat nümunələri hər bir xalqda vardır) görə bilərik. İnsanın taleyinin necə olacağı yunan ədəbiyyatında daha geniş işlənmiş, kimin başına nə iş gələcəyi, hansı sərkərdənin və ya qəhrəmanın əli ilə məhv ediləcəyi əvvəlcədən ona xəbər verilmişdir. Bu kimi məsələlər Homerin (İliada), (Odisseya), Evripidin (Tiran Edip) əsərlərində və.b. əsərlərdə geniş təsvir edilmişdir. İrsiyyət nəzəriyyəsi müxtəlif şəkildə (qismət, bəxt, tale və.s) fəaliyyət göstərərək belə bir fikri əsas tuturdu ki, hakim sinfə mənsub adamların övladları özlərinə oxşamalı, hakim də olmalıdır. Adi zəhmət adamlarının uşaqları isə öz valideynləri kimi işləməli, ağalarının qulluğunda durmalıdırlar. (Ot kökü üstündə bitər), (Quyuya su tökməklə suyu olmaz, su gərək onun özündə olsun), (Nə əkərsən, onu biçərsən) və.s. kimi atalar sözləri həmin nəzəriyyənin məhsuludur. Taxt və tacın, mülk və dövlətinbir qrup (ağalar) nəslinin əlində olması üçün hakimiyyət və rütbənin övlada irsən keçməsini nəzəri cəhətdən əsaslandırmaq həmin təlimin özülünü təşkil edir. Yüz illər, min illər yaşayan sülalələrin, nəsillərin hökmranlığının nəzəri əsasını həmin nəzəriyyə təşkil etmiş, belə bir hakimiyyətə haqq qazandırmaqla kifayətlənməyərək onu müdafiə etmişdir.
XVI əsrdə meydana gəlmiş preformizm fəlsəfi cərəyanı (irəli, gələcək deməkdir) da irsiyyət nəzəriyyəsi ilə birləşir. Bu təlim belə bir fikri əsaslandırır ki, şəxsiyyətin gələcək inkişafı, əlamətləri insanın genlərində hələ əvvəlcədən mövcud olur. Bu əlamətlərin inkişafı onların getdikcə böyüməsi, kəmiyyət çoxluğu ilə səciyyələnir. İrsiyyət nəzəriyyəsinin hakim olduğu dövrlərdə zəka sahibləri həmin nəzəriyyəni qəbul etməklə yanaşı, tərbiyəyə də böyük əhəmiyyət verirdilər. Məs. quldar hakimiyyətinin böyük ideoloqu, qulları danışan alət hesab edən Platon deyirdi:”İnsanı həqiqətən tərbiyə etsək,o, ən sakit və ilahi məxluq olar, əgər onu tərbiyə etməsələr və ya yanlış tərbiyə versələr, onda o, kürreyi-ərzdə olan heyvanların ən vəhşisi olar”. Nizami Gəncəvi isə belə deyirdi:
Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz. Öyrənmək dalınca getmişdir bəşər, Sudan dürr çıxarmış, daşdan da gövhər.
Elmin, təhsilin, tərbiyənin böyük gücünə inanan və onu təbliğ edən Nizami Gəncəvi bəzən irsiyyətin mütləq təsirini inkişafın əsas amili kimi götürürdü. Nizami zatı pis olana etibar edib iş tapşırmağı qurdu bəsləməyə, əhilləşdirməyə bənzədir. Qurd isə elə heyvandır ki, öz vəhşi təbiətini heç vaxt dəyişdirə bilməz. Marağalı Əvhədi kamil insan yetişdirilməsində irsiyyəti əsas amil hesab etmişdir. Onun fikrincə, valideynlər əxlaq normalarına əməl etməyən adamlardırsa, onlardan törəyənlər də cəmiyyəti korlayan olacaqlar. O, bəzən də əxlaqca pis valideynlərdən yaranmış övladın tərbiyə edilməklə də yaxşı ola biləcəyi fikrinə tərəfdar çıxırdı. Təhsil, elm şəxsi tərbiyələndirmədir, əgər onun “mayası saf deyilsə” o, təhsilli, elmli ola bilər, lakin tərbiyəli ola bilməz. Əvhədi “zatən” naxələf adamlara təhsil veməyin tərəfdarı deyildir, çünki, təhsil almaqla onlar ziyankar işlərini daha ustalıqla görərlər. Təhsili elə kəslərə vermək lazımdır ki,“zatı” təmiz, əxlaqı irsən safdır. Belələri yoxsul olsalar da, inkişaf edib ən faydalı şəxsiyyət ola bilərlər.
Şərqin dahi şairi Sədi Şirazi uşağın formalaşmasında irsiyyəti qəbul etsə də, o da zəhməti, tərbiyəni yüksək qiymətləndirirdi. Beləliklə, cəmiyyət inkişaf etdikcə irsiyyət, fitri qabiliyyətlər nəzəriyyəsi ilə yanaşı tərbiyəvi təsir nəzəriyyəsinə üstünlük verənlərin sayı artırdı. XVII əsrdə yaşamış dahi çex pedaqoqu Y.A.Komenski uşaqların şəxsiyyətinin inkişafına təsir edən amillər barədə maraqlı, demokratik və humanist fikirlər irəli sürmüş, məktəbi insanlıq emalatxanası hesab etmiş, adam olmaq üçün insanın təhsil almasını zəruri saymışdır. İrsiyyət nəzəriyyəsinin “olacağa çarə yoxdur” ehkamına qarşı yumşaq şəkildə səsini çıxaran Komenski deyirdi ki, uşaq şəxsiyyətini inkişaf etdirmək üçün məktəbi, təlim-tərbiyə işini təkmilləşdirmək lazımdır. Hər bir uşağın təbii imkanları olduğunu da görkəmli pedaqoq qeyd edirdi. Cəmiyyət öz yerində saymır, inkişaf edir. Komenskinin müasir ingilis filosofu Con Lokk “fitri qabiliyyətlər” nəzəriyyəsinə qarşı çıxaraq özünün məşhur “tabula rasa” (ağ lövhə) nəzəriyyəsini irəli sürmüşdür. Lokk belə hesab edirdi ki, uşaq dünyaya nə şair, nə həkim, nə qul,nə də ağa kimi gəlir. Uşağa irsən heç nə verilmir. Onun ruhu ağ lövhəyə bənzəyir. C.Lokk insan xarakterini çaya, tərbiyəni isə bəndlərə bənzədirdi. Onun fikrincə, axar çayın qabağına bənd vurub onun istiqamətini dəyişmək mümkün olduğu kimi, tərbiyənin gücü ilə insan xarakteri istənilən səmtə yönələ bilər. “Tərbiyə haqqında fikirlər” adlı əsərində yazırdı ki, təsadüf etdiyimiz yaxşı və ya pis, xeyirli və ya xeyirsiz adamların onda doqquzu tərbiyə sayəsində belə olmuşdur.
C. Lokkun nəzəriyyəsi öz dövrü üçün çox böyük inqilabi nəzəriyyə idi, hakimiyyət başına burjuaziyanı gətirməyə xidmət göstərirdi. “Tabula rasa” nəzəriyyəsinin özünəməxsus nöqsanları da vardır. Bu nəzəriyyə təbii imkanları inkar edirdi. Təbii imkanların həqiqətə çevrilməsində tərbiyə mühüm amildir. Təbii imkanların inkişafı mümkündür. Təbii imkanlar iki yerə bölünür: orqanizmin anatomik xüsusiyyətləri; orqanizmin fizioloji xüsusiyyətləri. Anatomik xüsusiyyətlərə beyin quruluşu, onun çəkisi, göz və qulağın, səs tellərinin quruluşu və.s. daxildir. Fizioloji xüsusiyyətlərə sinir sistemi daxildir. Müəyyən fizioloji xüsusiyyətlər insanda hazır şəkildə meydana gəlir. Pavlov müəyyən etmişdir ki, oyanma və ləngimə prosesləri ya qüvvətli, ya zəif, ya hərəki və ya az hərəki, ya qüvvətləri bir-birinə bərabər, yəni müvazinətli, ya da oyanmanın qüvvəsi ləngimədən artıq, yəni müvazinətsiz ola bilər. Tərbiyənin insan şəxsiyyətinin formalaşmasındakı roluna dair C.Lokkun fikirlərini K.A.Helvetsi, D.Didro və.b. da müdafiə etmişlər. Helvetsi tərbiyəyə yüksək qiymət verir və onu hər şey hesab edirdi. D.Didro onun fikrini daha da dəqiqləşdirərək deyirdi ki, tərbiyə çox şeydir.
XIX əsrin utopik sosialisləri Sen Simon, Şarl Furye, Robert Ouen tərbiyənin qüvvəsinə həddən artıq inanır, cəmiyyəti tərbiyənin gücü ilə dəyişdirməyə ümid edirdi. Onlar insanı mühitin passiv, aciz məhsulu kimi qiymətləndirirdilər.
XIX əsrdə yaşamış rus inqilabçı demokratları (Çernışevski, Belinski, Dobrolyubov, Pisaryev) da insan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını qeyd edirdilər. Onların fikrincə yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Belinski yazırdı ki, həm həyat, həm ölüm, həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən asılıdır. Tərbiyə insanı xeyirxah Sokrat da, bədxah Neron da edər.
Belinski uşaq şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rolunu göstərməklə bərabər, uşaq ruhunu ağ lövhə hesab edən və onun üzərində tərbiyə ilə hər şeyin yazılmasını mümkün bilən C.Lokk təlimini tənqid etmiş və yazmışdır ki, uşaq ruhu ağ lövhə deyil, ağac imkanı olan toxumdur, imkanlara malik insandır. Bununla o demək istəyirdi ki, insan insan olmaq imkanları ilə oğulur. Bu imkanlar isə tərbiyənin, ictimai mühitin təsiri ilə formalaşır. İnsanın-uşağın ruhu ağ kağız deyil. Ağ lövhəyə gözəgörünməz (biokimyəvi) mürəkkəblə çox şey yazılmışdır. Tərbiyə, mühit o yazıları inkar edir, onların inkişafına səbəb olur. Tərbiyə insan yaratmır, adamın, doğulmuş varlığın yaxşı və ya pis olmasına kömək edir.
Vaxtilə bir qrup mütərəqqi fikirli rus psixoloqları insan şəxsiyyətinin formalaşmasında, habelə qabiliyyətlərin inkişafında irsiyyətin nə kimi rolu olduğunu yoxlamaq məqsədilə adları ensiklopediyaya düşmüş 1618 xadimin tərcümeyi-halını, həyat yolunu öyrənmişlər. Aydın olmuşdur ki, heç bir istedadlı atanın talantlı oğlu, heç bir talantlı oğulun da istedadlı atası olmamışdır. Dahi rus alimi Lomonosav balıqçı, görkəmli fizik Faradey dəmirçi oğlu, mahir bəstəkar Şopen mühasib, böyük Sabir- dükançı, görkəmli dramaturq C.Cabbarlı-kömürçü, dahi bəstəkar Ü.Hacıbəyov-müəllim oğlu olmuşdur.
Bu faktlar tarixi həqiqətlər olsa da, onunla tam razılaşmaq qeyri-mümkündür. Dahi, istedadlı adamların övladları da valideynləri kimi görkəmli olurlar. Q.Qarayevin, S.Vurğunun, R.Rzanın, S.Rəhimovun və digər sənətkarların uşaqlarının timsalı da bu fikrimizin sübutudur. Uşağın inkişafına, onun şəxsiyyətinin formalaşmasına ictimai mühitin necə təsirinə dair elmə məlum 40-dan çox “homo ferus” (cəmiyyətdən xaric yaşayan insan) faktlarını, habelə 450 il bundan əvvəl Hind şahzadəci Əkbərin eksperimentini xatırlamaq lazım gəlir. “Homo ferusa” səbəb uşağın anadan olan vaxt ictimai mühitdən, homosferadan ayrı düşməsidir. Belə faktlardan Komenski, Dobrolyubov istifadə etmişlər. Dobrolyubov yazırdı ki, insanlarla ünsiyyətdə olmayan, meşədə heyanlar arasında böyüyən adamlar vəhşiləşir, onların anlayışları inkişaf etmir. Belə bir hal o yerə gətirib çıxarır ki, həmin adamlar bəzən hər cür ağıllılıq əlamətlərindən məhrum olur. Məşhur Kaspar Hayzer kimi. Belə adamlar insana xas əlamətlərini (nitq, dik yerimək və.s.) itirirlər. Hind şahzadəsi Əkbər öz alimləri ilə mübahisə etmişdir ki, insanın insan olması üçün onun insan mühitində yaşaması zəruridir. Alimlər buna etiraz etdikdə o belə bir eksperiment aparmışdır. Hind, Çin, Benqal uşaqlarını anadan olan kimi valideynlərindən almış, onları sarayda bağlı kameralarda saxlamış, uşaqları ünsiyyət, insanı münasibətlər dünyasından məhrum etmişdir. Uşaqlar böyümüşlər. Yeddi yaşda onların tamaşasına getmişlər. Uşaqlar yalnız heyvani səslər çıxarmışlar. Elmə məlum olan bu cür faktları araşdıran N.P. Dubininbelə nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir. Elmə bu da məlumdur ki, iqtisadi və mədəni inkişafın ən aşağı pilləsində duran xalqlara mənsub uşaqlar yüksək mədəni şəraitə düşüb təlim-tərbiyə aldıqda, onlarda yüksək qabiliyyətlər inkişaf edir. Bu barədə psixoloq A.N.Leontyev “Psixikanın inkişafının problemləri” əsərində maraqlı misallarla məsələni aydınlaşdırmışdır. Deməli, insan şəxsiyyətinin formalaşması üçün irsiyyət, bioloji amillər hələ kifayət deyil.Bunun üçün ictimai mühit və tərbiyə lazımdır. Bu bir həqiqətdir ki, tərbiyənin əhəmiyyəti haqqında çox deyilmiş, çox yazılmışdır, lakin ictimai mühitdən, onun spesifik xüsusiyyətlərindən az danışılmışdır. İnsan şəxsiyyətinə təsir göstərən obyektiv və subyektiv amillərin:irsiyyət, mühit və tərbiyənin qarşılıqlı əlaqələrini nəzərə alanlar düzgün mövqedə olmuşlar. İnsan şəxsiyyət kimi döğulmur. İnsanın fərdi inkişafı, onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraltindən, itimai münasibətlər sistemindən, istehsal münasibətlərindən asılı olur. İnsan ictimai münasibətlərin məcmuyudur. İcttimai mühit deyərkəninsanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir, yeniləşir. Şərait insanları yaratdığı kimi, insanlar da şəraiti yaradırlar. İnsan inqilabi fəaliyyəti vasitəsilə həm mövcud ictimai mühiti dəyişib öz arzusuna müvafiq qura bilir, həm də bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir, həyatı gözəllik qanunları əsasında qurur.
İnsan şəxsiyyəti əlverişli ictimai şəraitdə tərbiyə vasitəsilə inkişaf edir. Tərbiyə sayəsində uşaqda yeni qabiliyyətlər və keyfiyyətlər yetişir, müəyyən xarakter yaranır və formalaşır. Uşaq təlim və tərbiyə vasitəsi ilə həqiqi insan olmağı öyrənir, ictimai həyata hazırlanır, geniş dünyagörüşə sahib olur. Bir sözlə, uşaq tərbiyə prosesində insanlaşır. B.A.Suxomlinskinin dediyi kimi, hər bir insan şəxsiyyətini təbiət cilalamır, təbiət yalnız əsas qoyur, cilalamaq isə tərbiyənin və təlimin borcudur. Deməli, tərbiyə ictimai mühitin, həyat tərzinin əsas təsir forması olmaq etibarilə həqiqi insani şəraitdə dünyaya gələn uşaqda mövcut təbii imkanlara qida verərək, onları qabiliyyət şəklinə salır.
XIX əsrdə yaşamış alman idealist filosofları Şopenhauzer və Lombroze insanın tərbiyə ilə dəyişməsini inkar edib deyirdilər ki, insanın xarakterindəki nöqsanları yox etməyə təşəbbüs göstərmək misi qızıla çevirmək təşəbbüsünə bənzəyir. Bu cür alimlər elə hesab edirdilər ki, uşaqda fiziki və zehni qabiliyyətlərin inkişafında həlledici amil irsiyyətin daşıyıcısı olan genlərdir.
Amerikan alimi Stenli Hollun pedalogiya elmi bir vaxt bizim məktəblərdə tətbiq edilmişdir. Pedalogiya uşaqları müəyyən testlər əsasında zəkalı və qabiliyyətsiz deyə iki yerə bölürdü. Bu cəhətinə görə həmin nəzəriyyə sonralar tənqid olunmuş, onun əsil mahiyyəti təhrif olunaraq, üstünlükləri qiymətləndirilməmişdir.
Dünyanın mütərəqqi fikirli müəlimləri, pedaqoqları arasında da testləri tənqid edənlər vardır. Məs. ingilis Evans deyirdi: ”Çətin ki, Nyuton, Darvin, Eynşteyn kimi böyük simalar 11 yaşlarında olarkən testlər vasitəsilə müvəffəqiyyətlə imtahan verə bilərdilər.”
Hazırda təlim prosesinin yeniləşmə xarakteri eksperimental pedaqogika və psixologiya elmlərinin nailiyyətlərindən istifadə etməyə başlamışlar. Şəxsiyyətin inkişafına təsir göstərən ictimai institutlardan, təlim-tərbiyə müəssisələrindən, məktəbdənkənar tərbiyə müəssisələrindən, mədəni-maarif ocaqlarından, ictimai təşkilatlardan, kütləvi məlumat vasitələrindən, cəmiyyətin əsas hüceyrəsi olan ailədən geniş şəkildə isttifadə edilməsi tərbiyəvi təsir imkanlarını genişləndirir. İnsanın ictimailəşməsi, onun insanlıq dünyasına daxil olması ailədən başlayır. Şəxsiyyətin formalaşmasında ailənin rolu böyükdür. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir, ilk sosial və mənəvi təsəvvürlərin formalaşmasında, yaşlı adamlar uşağa qayğı göstərirlər. Həzrəti Məhəmməd (s) buyurmuşdur ki, ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz. Uşaq böyüyür, məktəbə gəlir, onun həyatında yeni dövr başlayır. Müəllim də, valideyn də uşaq şəxsiyyətinə böyük təsir göstərir. Azərbaycan xalqının dünya şöhrətli mütəfəkkiri N.Tusi valideynlərə məsləhət görürdü ki, uşaq süddən ayrıldıqdan sonra hələ əxlaqı korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizam öyrətməyə başlamaq lazımdır. Dialektik baxış inkişafın mənbəyini daxili ziddiyyətlərin mübarizəsində görür. Belə daxili ziddiyyətlər şəxsiyyətin inkişafında var. Həmin ziddiyyətlər hərəkətverici qüvvə kimi çıxış edir. Şəxsiyyətin inkişafında həmin ziddiyyətlərorqanizmlə mühit arasındakı ziddiyyət kimi meydana çıxır. Lakin ıtraf mühitlə orqanizm arasındakiziddiyyətlər genişlənib konfliktə çevrildikdə inkişafın hərəkətverici qüvvəsi olmur. Burada inkişafla tərbiyəni bir-birindən təcrid etmək olmaz və onlar konfliktsiz deyil, ziddiyyətlərin mübarizəsində davam edir. Məşhur tərbiyə nəzəriyyəçisi E.İ.Monozson yazmışdır: “Tərbiyə və inkişafın hərəkətverici qüvvəsi daxili və xarici şərait sistemində ziddiyyətlərin mübarizəsidir.Orqanizm ilə mühit arasında tarazlığın pozulması xarici ziddiyyətdir ki, bu da onların qarşılıqlı təsirində “aradan götürülür” . Bütün daxili zidiyyət şəxsiyyətin formalaşdığı bütün mərhələlərdə insanda yeni yaranmış tələbatları ödəmək vasitəsinin məhdudluğudur. Məhz bu ziddiyyət uşağı ilk yaşdan fəallığa təhrik edir. Uşaq maşın sürmək, hakim, müəllim olmaq istəyir. Lakin fiziki və əqli qüvvələrinin inkişaf səviyyəsi ona imkan vermir.Bu ziddiyyət öz müsbət həllini oyunda tapır. Təlim prosesində yeni ziddiyyətlər yaranır. Yeni mənimsənilmiş biliklərlə əvvəlcədən mənimsənilən biliklərdən istifadə etməkdə ziddiyyət yaranır.
Uşaqların müstəqilliyə can atması yaşlılarla onların arasında ziddiyyət yaradır. Düzgün tərbiyə belə ziddiyyətləri asanlıqla aradan qaldırır, uşaqlarda müstəqilliyin inkişafına kömək edir. Əks təqdirdə, intizamın pozulması halları baş verir, konflikt və digər neqativ vəziyyətlər yaranır. Tərbiyənin vəzifəsi şəxsiyyətin daxili qüvvələrini stimullaşdırmaqdan, onlara düzgün istiqamət verməkdən ibarətdir. Stimul deyərkən şəxsiyyətə zahiri təsir, onu müəyyən fəaliyyətə yönəltmək başa düşülür. Stimul uşaqlarda müəyyən fəaliyyət motivləri yaradır. Başqa sözlə, daxili qüvvələrin oyanmasına, fəaliyyətinə səbəb olur. Fəaliyyət şagirdlərin təlim və tərbiyə mmməqsədini müəyyənləşdirən amil kimi çıxış edir və onun bütün proseslərini bir-biri ilə sıx əlaqələndirir. Lakin şagird həmişə öz məqsədlərini fəaliyyəti zamanı eyni dərəcədə reallaşdırmağı bacarmır. Bu da o vaxt baş verir ki,məqsəd daxili təhrikə, daxili səbəbə çevrilmir. Bu mənada motiv (latın sözüdür, hərəkətə gətirmək, itələmək deməkdir) yaranmır. Beləliklə insanın inkişafında və onun bir şəxsiyyət kimi formalaşmasında irsiyyət, mühit və tərbiyə amilləri qarşılıqlı surətdə mühüm əhəmiyyət daşıyır. Təlim və tərbiyə prosesində bunların nəzərə alınması xüsusi səriştəlilik və işə bələdlilik tələb edir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə