Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Pedaqogikanın elmi - tədqiqat metodları



Yüklə 0,77 Mb.
səhifə5/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

5. Pedaqogikanın elmi - tədqiqat metodları

Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə


prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələrini üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür. Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsinə dialektik yanaşma prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda bəzi xüsusi metodoloyi prinsiplər də tətbiq olunur: fəaliyyət prinsipi; şəxsiyyət baxımdan yanaşma prinsipi; sistemlilik prinsipi və. s.
Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır.Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Bu metodları şərti olaraq dörd qrupa bölmək olar: a- empirik tədqiqat metodları; b- nəzəri tədqiqat metodları; c- empirik-nəzəri tədqiqat metodları; d- riyazi – statistik metodlar, sosioloji metodlar və s.
Empirik tədqiqat metodları müəyyən faktları toplamağa xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, “pedaqoji konsilium”, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Pedaqoji müşahidə-pedaqoji prosesi müəyyən məqsədlə və planlı şəkildə izləməkdir. Tədqiqatçı müşahidə zamanı nəyi, nə məqsədlə izləyəcəyini müəyyən edir, müvafiq faktlar toplayır, onları təhlil edib qruplaşdırır və nəticə çıxarır.
Pedaqoji müsahibə-müəyyən pedaqoji hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri və ya şagirdlərlə), hansı suallar əsasında aparılacağı müəyyənləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd olunmalı (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır.
Anket sorğusu- bu və ya digər pedaqoji məsələ (problem) barədə müəllim, şagird və ya valideynlərin mövqeyini, rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəyyən etmək məqsədi ilə aparılan yazılı sorğudur. Anket sorğusunda sualların düzgün seçilməsi və ifadə olunması mühüm şərtdir.
Pedaqoji konsilium” metodu- bu və ya digər pedaqoji fakt və hadisənin, yaxud konkret şagirdlərlə bağlı məsələlərin pedaqoji işçilər (müəllimlər) tərəfindən kollektiv müzakirəsi, fakt və ya hadisənin qiymətləndirilməsi, çətinliklərin araşdırılması və müvafiq tədbirlərin müəyyən edilməsi metodudur.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə