Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,77 Mb.
səhifə3/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Pedaqoji texnologiya qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq üçün həyata keçirilən əməliyyatlar kompleksidir. Pedaqoji texnologiyalara ünsiyyət texnologiyası, yeni təlim texnologiyaları, qiymətləndirmə texnologiyası, pedaqoji tələbin verilməsi və münaqişələrin həlli texnologiyası aiddir.

.
3. Pedaqoji elmlər sistemi


Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:


1. Məktəbəqədər pedaqogika – məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim məsələlərindən bəhs edir.
2. Məktəb pedaqogikası –ümumtəhsil məktəblərində təlim, tərbiyə və təhsilin qanunauyğunluqlarını, prinsiplərini, metodlarını və təşkili xüsudsiyyətlərini öyrənir.
3. Xüsusi pedaqogika ( defektologiya ) –fiziki və psixi cəhətdən qüsurlu olan uşaqların tərbiyə- təlim məsələlərini öyrənir.Xüsusi pedaqogikanın da bir neçə sahəsi vardır: nitq və eşitmə məhdudiyyəti olan uşaqların təlim- tərbiyəsindən bəhs edən elm sahəsi surdopedaqogika, görmə məhdudiyyəti olan uşaqların təlim- tərbiyə məsələlərini öyrənən elm tiflopedaqogika adlanır. Oliqofrenpedaqogika əqli inkişafında məhdudiyyət olan uşaqların təlim- tərbiyəsi ilə məşğul olur.Nitqi qüsurlu uşaqların təlim- tərbiyəsi ilə məşğul olan elm isə loqopediya adlanır.
4. Peşə pedaqogikası – konkret peşə fəaliyyətinin qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləşdirmələr aparır. Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat, hərbi və tibbi pedaqogikanı fərqləndirirlər.
5. Ali məktəb pedaqogikası – ali təhsil müəssisələrində təlim- tərbiyə prosesinin spesifik məsələlərini öyrənir.
6. Sosial pedaqogika – insanların bütün yaş qruplarının və sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbiyəsi məsələlərindən bəhs edir.
7.Fənlərin tədrisi metodikası- ayrı- ayrı fənlərin tədrisi məsələlərini öyrənir.
8. Pedaqogika tarixi- müxtəlif tarixi dövrlərdə məktəblərin və təlim-tərbiyə sistemlərinin yaranması və inkişaf tarixini tədqiq edir. 5


  1. Yüklə 0,77 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə