Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə32/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

 
79
mətnindən fərdi bir məlumat mənzərəsi yaradır. Bu sözün təsviri, oxşadıcı 
təbiətinin mətnlərin qavrayışı zamanı  təkrarlanması, eşidənlərin və 
oxuyanların sayı qədər variantlar doğurması deməkdir. 
Deməli sözlər mətnyaratmada oxşatma (epitet), anlama və oxuma 
prosesində isə işarəvi funksiyada çıxış edirlər. Eyni söz həm obyektlərin 
adı, həm də təyini olur. İstənilən söz birləşməsi (cümlə, mətn) oxşatmadır, 
oxşatma sırasıdır, bir sözün digər sözlə konkretləşdirilməsidir. Təyinlik-
işarəvilik funksiyasıdır. Mətn həmişə variantdır, analogiyadır, heç vaxt 
eyniyyət deyil. Ona görə ki, dil identik işarə sistemi deyil. Dil onun daşı-
yıcılarının sayı qədər mətnyaratma və oxuma potensialı və variantlığıdır. 
Başqa çözlə, çoxlu adamın söz və birləşmə işarələrindən təxmini analogi-
ya, oxşar variantyaratma prinsipi ilə istifadə etdikləri işarə sistemidir. 
Semiotika klassikləri dil, nitq, mətn anlayışlarının fərqləndirilməsi-
nə xüsusi əhəmiyyət verirdilər. Onların  əsas nailiyyəti bu sıradan  məna 
anlayışının çıxarılması idi. Lakin struktural dilçilik mətni nitqin tərkibin-
dən çıxarmaqda səhv edirdilər.  Şifahi və yazılı  mətnlər nitqlə, dillə 
ünsiyyətin dialektik vəhdətdə  və  həm də  əks qütbdə duran iki ayrılmaz 
ünsüründən biridir. Ünsiyyət prosesi şifahi olanda birinci şəxsdə  mətn-
yaratmadır (dünyanı  təsvir), ikinci şəxsdə isə  mətni anlama prosesidir. 
Şifahi nitqdə birinci şəxsin mətni ikinci şəxsdə qavrama, tanıma, anlama 
yaradır. Mətn oxuması zamanı isə ikinci şəxs mətndəki dünya təsvirini 
oxuyur, öz yaddaşında virtual şəkildə yaradır. 
Şifahi mətnyaratma yazıya qədər yox idi və heyvanat aləmindəki 
instinktiv səslərdən istifadə idi. Yəni yazıya qədər işlədilən səslər hələ 
informasiya akkumulyatoru və saxlayıcısı ola bilmirdi. Bu mənada 
adamların dili heyvanların səs dilinin təxminən eyni idi. 
Lakin ikinci və üçüncü şəxslərin iradəsinə məqsədli təsir etmək, on-
ları idarə etmək (ov və döyüş zamanı) üçün birinci şəxs (hakimiyyət) digər 
çoxluğa yönələn  şifahi mətnlərini yazmağı öyrəndi. Yazı – müəyyən 
səslər kompleksindən ibarət olan mətnin (informasiyanın) görümlü sim-
vollarla ifadə olunması idi. Bunun aşağıdakı inqilabi nəticələri oldu: 
1.  Mədəniyyət – birinci şəxsdən verilən informasiyanı ikinci şəxs-
lər üçün saxlamaq (akkumulyasiya etmək) imkanı yarandı. Bu heyvanlar-
dan fərqli adam dilinin, mədəni dilin başlanğıcı oldu. 
2.  İnsanlar indiki zaman çərçivəsindən çıxdılar və yazılı mətn keç-
miş zamanı saxlanması üsulu oldu. 
3.  İnsanlar yazılı mətni oxumaq üçün, identik anlamaq üçün təhsil 
sistemi yaratdılar. Təhsil təkcə  mətnləri oxumaq yox, həm də saxlamaq 
kimi iki əsas funksiyanı icra etdi. 


 
80
4.  Yazı birinci şəxsin mətninin indiki, keçmiş və gələcək zamanda 
ikinci  şəxslərə çatdırmaq üsulu kimi mədəniyyətin misilsiz tərəqqisinə, 
ikinci şəxslərin iradəsinin idarə olunmasına və istismarına yol açdı. 
5.  Yazı – insanlara dünyanı təsvir etməyi öyrətdi. Dünyanı yazı ilə 
təsvir insanları təbii seyr məkanından çıxardı. İnsan dünyanı təsvir etməyi 
öyrənməklə məkan hüdudlarından da kənara çıxa bildi, dünyanın coğrafi 
miqyası adamlara məlum oldu. 
6.  Digər tərəfdən, mətnyaratmanın dünyanı  təsvir etmək və digər 
adamları idarə etmək üçün geniş inkişafı dilin informasiya yaratma, 
saxlama və ötürmə aləti kimi inkişafına səbəb oldu. Dünyanı təsvir zamanı 
yeni sözlərin, söz birləşmələrinin, mükəmməl yazı qanunlarının və nəha-
yət, misilsiz mədəni alət olan sabitləşmiş  ədəbi dillərin formalaşması ilə 
nəticələndi. Ədəbi dillər – dilin informasiya ötürücüsü və qoruyucusu ki-
mi ən mükəmməl şəklə düşməsidir. Qədim ədəbi dillər öz yazısı olmayan 
yüzlərlə xalqların da mədəni informasiya mübadiləsinə qoşulması ilə, 
dünyada vahid mədəni prosesin yaranması ilə nəticələndi. 
7.  Ədəbi dillərdən istifadə edərək danışmaq mədəniyyəti yazının 
bilavasitə  nəticəsi idi və yazıdan  əvvəl heç zaman mövcud olmamışdır. 
Ona görə yazıya qədərki  şifahi nitq ilə yazıdan sonrakı  ədəbi dillərdə 
gedən şifahi nitq bir-biri ilə heç bir əlaqəsi olmayan hadisələrdir, siviliza-
siyanın iki müxtəlif formalarıdır. Şifahi ədəbi dil mükəmməl informasiya 
mübadiləsi alətidir və onu digər dillərdə dil açan adamlar da mənimsəyə 
və istifadə edə bilir. Bu mənada, qədim yazılı  və  şifahi  ədəbi dillər 
ümumbəşəri alətlər idi. 
8.  Yazıdan sonra heyvanlarda olmayan insan təfəkkürü təxminən 
20 min il əvvəl misilsiz sürətlə inkişaf etməyə başladı. Təfəkkür – dildən 
istifadənin təkmilləşməsidir, sadə desək insanların  əzbərlənmiş  və yazılı 
mətnlərdən istifadə etmək bacarığıdır. Təfəkkür də ikili prosesdir, əvvəla, 
birinci şəxsin mətnyaratmasıdır, dil işarələri ilə dünyanın ideal obrazının 
yaradılmasıdır. İkinci tərəfdən təfəkkür qabiliyyəti – yazılı mətnləri dün-
yanın real obrazı kimi oxuya bilməkdir, mətnlə yaddaşın ixtiyarı sahələ-
rinin canlandırılması mədəniyyətidir. Heyvanlarda məhz bu yoxdur. 
9.  İkinci  şəxsin mətn anlama və  mətn oxuması  mədəniyyəti dilin 
funksiyasının  əsas cəhətidir. Bütün dövrlərdə  təhsil sistemi, sənətləri və 
peşələri öyrənmək mətn oxumanı öyrənməkdir. 
 Beləliklə, deyə bilərik ki, dilli vahid ünsiyyət prosesi kimi anlamaq də-
qiq deyildir. Dil, iki subyekt arasına söz işarələri vasitəsi ilə əlaqə alətidir.  
Dil – yazılı və şifahi əzbər bilinən mətnlərin məcmusu və “n” sayda 
adamın bu mətlərdən fərdi oxuma və anlama vərdişi ilə bildiklərinin 
cəmidir. Dilin informasiya daşıyan mətnlərinin  əsas hissəsi yazıdadır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə