Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə29/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   25   26   27   28   29   30   31   32   ...   137

 
73
Şüurun  şüuraltıya qarşı  təzyiqini Freyd üç qismə bölürdü: birinci 
qisim adamlarda şüuraltı  sərbəstdir və  ağlın qadağalarına fikir vermədən 
insanın yaşayışını nizamlayır. Alim bunları ən normal adamlar sayırdı və 
aşağı  təbəqəyə aid insanları bu qismə  məxsus hesab edirdi. İkinci qisim 
adamlarda sərt tərbiyə nəticəsində ağıl instinktiv istəkləri əsasən nəzarət-
də saxlayır. Alim belə adamları xəstəliyə meylli sayır və kübar ailələrdəki 
kütləvi miqren və nevroz xəstəliklərinin səbəblərini belə davranış formasında 
görürdü. Üçüncü qisim insanlarda ağıl şüuraltını tamam sıxışdırır və fəaliy-
yətdə onun rolunu aradan qaldırır. Freydə görə, belə adamlar dəli olurlar. 
Yəni davranışda ağıl və tərbiyənin instinktiv və şüuraltı başlanğıca tam üstün 
gəlməsi, davranışda instinktiv başlanğıcın aradan çıxması, Freydə görə, 
insanların şüur fəaliyyətinin pozulmasının əsas səbəbləridir. Bu insanın ruhi 
xəstəliyi kimi dəliliyin Freyd tərəfindən verilmiş paradoksal nəzəriyyəsi idi.  
İnsan  şüuraltısı  əsasən üç instinktə  əsaslanır: aclıq, təhlükəsizlik 
(qorxu) və  nəsli davam etdirmə instinktləri. Bunlardan birinci ikisini in-
sanlar çox qədimlərdən bilirdilər və bunlar əvvəlcə darvinizmdə, sonra isə 
marksizmdə müxtəlif terminlər vasitəsi ilə  təsvir edilib və sosial müstə-
vidə  təzahürləri öyrənilib. Freydin ən çox inkişaf etdirdiyi ideya seksual 
instinktin insan və  cəmiyyət həyatındakı gözəgörünməz və çox zaman 
əhəmiyyət verilməyən rolu idi. 
Freydin nəzəriyyəsində  nəsil artırma instinkti seksuallıq termini ilə 
ifadə edilirdi. Alim seksuallığın insan həyatındakı bütün təzahürlərini öy-
rənmişdi. Onun uşaq seksuallığı haqqında xüsusi əsərləri vardır və bu ha-
disənin tarixini 2-3 yaşdan başlayaraq izləmişdir. Freydin paradoksal nəzə-
riyyələrindən biri körpəlik seksuallığının oğlan uşaqlarında öz analarına 
yönəlməsi və bunun insan psixikasında yaratdığı zədə və komplekslərin təs-
viri ilə bağlıdır. Körpə uşaqların anaya yönələn seksuallığına Freyd “Edip 
kompleksi” adı vermişdi və hadisəni “Dostoyevski və ata qatilliyi” kimi 
əsərlərində  şərh etmişdir. Edip yunan dramaturqu Cofoklun “Çar Edip” 
pyesinin qəhrəmanının adıdır. Kahinlər ona atasını öldürəcəyini və anası ilə 
evlənəcəyini deyirlər. Bu taledən qaçmağa çalışan Edip özü bilmədən Fiv 
çarı olan atasını öldürür və anası ilə evlənir, bu qadından bir neçə uşağı olur. 
Kralların və  sərkərdələrin öz atalarını öldürüb hakimiyyətə yiyələnməsi 
barədə tarixi faktlar çoxdur və onların bir qismi tarixi xronikalarda 
göstərilmiş,  ədəbi  əsərlərin süjeti kimi işlənmişdir. Freyd Edip kompleksi 
nəzəriyyəsini əsaslandırmaq üçün belə əsərləri tədqiqata cəlb etmişdir.  
Freyd öz nəzəriyyəsini əsaslandırmaq üçün incəsənət, ədəbiyyat və 
din tarixindən çoxlu misallar götürmüşdür. Alim “Moisey və monoteizm” 
kitabında və digər  əsərlərində  qədim mifologiyada, din tarixində, siyasi 
tarixdə tez-tez təsadüf edilən öz atasını öldürmə hallarını araşdırmış  və 


 
74
körpələrin analarına qarşı seksuallığının psixi kompleks kimi qalıqların-
dan biri sayaraq “ata qatiliyi” nəzəriyyəsini geniş şərh etmişdir. Alim qa-
dınlara qarşı seksual istəyin əksər hallarda şüuraltı ilə bağlı olduğunu və 
ağılla hesablaşmadığını əsaslandırırdı. Kişilərin qadına qarşı şüuraltı bağ-
lılığını alim libido adlandırmışdı. Adətən reallaşa bilməyən libidolardan 
çoxlu xəstəliklər və psixi anormallıqlar yaranır. Alim “ata qatilliyi” hadi-
səsinin kökünü uşaq seksuallığı dövründə oğlan uşaqlarının analarına qar-
şı libid bağlılıqla əlaqələndirirdi. Anaya yönələn libido ata ilə şüuraltı düş-
mənçilik kompleksi yaradır. Freyd oğulların atalara qarşı belə düşmənliyinin 
siyasi, dini, mədəni tarixdə sosial nəticələrini izləməyə çalışmışdır. Z.Freyd 
bunu nevrozun ağır formalarından biri sayırdı. Alim, eyni zamanda, insanlarda 
şüuraltı “həyat və ölümə meyl” arasında gedən mübarizənin  ədəbiyyatda 
təzahürünü araşdırmışdır. Ölümə meyl, ölün kompleksi Avropanın bir sıra 
böyük yazıcılarının əsərlərində bədii konsepsiya kimi istifadə olunmuşdur.  
Alim Edip kompleksindən uzaqgedən nəticələr çıxarır. Ailədə 
sonbeşik uşaqlara analar tərəfində  həddən artıq məhəbbət düşməsi ilə 
bağlı “istəkli oğul” nəzəriyyəsini irəli sürüb. Həyatdan və tarixdən gətirdi-
yi misallarla alim sübut edir ki, dünyada ən uğurlu adamlar, yaxşı karyera 
edənlər əksərən “sevimli oğul”lardır. Uşaqlıqda bollu məhəbbət payı alan 
uşaqlar ruhi cəhətdən sağlam və cəsarətli, iradəli olurlar. Freyd özü ailənin 
kiçik uşağı, anasının sevimli oğlu idi. 
Bəs uşaqlıqda kifayət qədər ana məhəbbəti görməyənlər necə olur? 
Freydə görə belə uşaqlar ruhi cəhətdən qüsurlu olurlar və müxtəlif seksual 
kompleksləri daşıyırlar. Müasir dünya kinosunda əsas süjetlər məhz bu 
komplekslərin tarixi kimi qələmə alınır və ekranlaşdırılır. Məhəbbətsiz bö-
yüyən, uşaqlıqda müxtəlif seksual təzyiqlərə məruz qalan uşaqların xəstə-
lik və komplekslərinin tarixi müasir kinoda xüsusi janra və həm də cina-
yətkarlıq nəzəriyyəsinə çevrilib. Hər bir cinayətin, Freydə görə, uşaqlıqla 
bağlı kökü vardır. Bu mənada Z.Freyd cinayətkarlığı, xüsusilə seksual 
zəmində olan cinayətkarlığı  şüuraltının uşaqlıqda zədələnməsi ilə bağlı 
psixi xəstəlik sayırdı. Qərbdə  və xüsusilə ABŞ-da bu nəzəriyyə  əsasında 
yazılmış ssenarilərin, filmlərinin sayı yüzlərlədir. Freydizmi bilmədən bu 
filmlərin mənasını anlamaq çətindir. 
Freyd insanların öz iradəsindən asılı olmayaraq konkret qadınlara 
instinktiv seksual meyl hiss etməsini dərindən araşdırmış və belə ünvanlı 
şüuraltı seksuallıq hallarını – “libido”ları  həkim kimi izləmişdir. Libido-
nun, alimə görə, müxtəlif əxlaqi və sosial səbəblərdən reallaşa bilməməyi 
çoxlu kompleks və  xəstəliklərin mənbəyi olur. Freydə görə, xəstə, ruhi 
halı pozulmuş qəddar siyasətçilərin hamısı reallaşa bilməyən libido meyil-
lərinin, çox zaman isə  təmin edilə bilməyən seksuallığın adi xəstələrdir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə