95
nəticəsində minlərlə şifahi dillər yaratmışdır. Çoxsaylı şifahi dillər
yazıdan ayrılıb uzaqlaşan şifahi sözün öz identiklik xassəsini və sosial
kodluğunu itirməsinin nəticəsində yaranmışdır. Bunu hind-Avropa dil
ailəsinin tarixi timsalında aydın görmək olar. Bu dillərdəki çoxlu kök
sözlər onların bir mərkəzdən, bir quldarlıq dövləti ərazisindən yayılması-
nın nəticəsidir.
Çoxsaylı şifahi dillərin yaranması sübut edir ki, yazının aradan
çıxması son nəticədə şifahi sözün ünsiyyət potensialını itirməsi ilə
nəticələnə bilərdi. Lakin qədim quldarlıq dövlətlərində sosial alət kimi
zəruri olan qədim yazılı dillər və sonralar isə müqəddəs mətn anlayışı
bunun qarşısını almışdır. Yalnız yazı və yazılı mətn mədəniyyətinin
fasiləsizliyi XIV-XX əsrlərdə şifahi danışıq mədəniyyətinin çiçəklənməsi
ilə nəticələnmişdir.
2.3. Söz yazısının mənşəyi və qısa tarixi
Söz işarəsindən istifadənin başlanması. Yazı – dulusçuluqdan –
gildən qablar hazırlamaq mədəniyyətindən doğmuşdur. Gil qabları hazır-
layan insan əlləri simmetriyaya, mütənasibliyə yiyələnəndən sonra gilin
üzərində fiqur və şəkillər düzəltməyi də öyrəndi. Bu şəkil yazısının baş-
lanğıcı idi. İlk şəkil yazısı təbiət obyektlərinin – quşların, heyvanların,
ayın və s. təxmini şəklindən ibarət olan qrafik işarələri meydana çıxardı.
Yazının inkişafı, işarələrin sayının artması şəkil yazısının öz yerini
şəkilin çoxvariantlı formasına çevrilən heroqlif yazısına verdi. Çoxlu ya-
zılı işarələrdən istifadə yazı işarələrinin səslərlə adlandırılması və fərqlən-
dirilməsi zərurəti ilə nəticələndi. İşarəni xüsusilə mühüm işarələri digərin-
dən fərqləndirən nida səslər həm yazı işarəsinin, həm də onun obyektinin
adına çevrildi.
Beləliklə ilk ad sözlər yazı işarəsinin şərti adı, işarəsi kimi ya-
randı. İlk ad sözlər instinktiv yaddaşda olan emosional səslərin variantları
da ola bilirdi. Lakin bunlar yalnız yazı işarəsini adı kimi, işarəsi kimi işlə-
nəndə ilk fonetik sözlər hesab edilə bilər. Lakin əşya və emosiya işarələ-
rinin adları da söz yaradıcılığı mənbəyi olmuşdur. Həm də ilk fonetik söz
işarələri yaranan kimi yazıya daxil olmayıb və ola bilməzdi.
Söz dilinin elitar mənşəyi anlayışı. Yazının konkret peşə vər-
dişləri ilə bağlılığı dilin mənşəyinin izah edilməsində köklü əhəmiyyət
daşıyır. Bunlar dulusçular və qismən miqrasiya və əkinçilik təqvimlərini
izləyən tayfa liderləri idi. İlk işarə sözləri – təbiət hadisələrinin və sayla-
96
rın yazı işarələrinin adlarını bilən və onlardan istifadə edən bir qrup peşə
adamı olmuşdur. İbtidai insanlar özlərini və öz məişətlərini bəzəməyi
sevirdilər və bu Afrika aborigenlərinin məişətində də görünür. Ona görə
çox güman ki, gil üzərində yazının inkişafında şəkil yazısının həm də
bəzək kimi qəbul edilməsi də mühüm rol oynamışdır.
Yazının peşə vərdişləri ilə bağlılığı və deməli, elitarlığı onun icti-
mai təbiətini təyin etmişdir. Yazı və dil insan mədəniyyətini yaradan digər
peşə vərdişlərindən biri kimi təkamül etmişdir. Dildən istifadə bu gün də
ictimai vərdiş olaraq qalır: uşaqlar dilin elementar hissəsini ailədə, onun
sosial alət kimi bütün imkanlarını isə orta və ali təhsildə öyrənirlər. Müa-
sir müəllim – yazını yaradan ilk dulusçu ustanın indiki sosial variantıdır,
yeni doğulan nəsillər sosial alət olan dilin imkanlarını onlardan öyrənirlər.
Bu həm də yazının və dilin elitar təbiətinin nisbi şəkildə cəmiyyətlərdə qa-
lıb davam etməsidir. Bəs ilk sözlərdən istifadənin yayılma səbəbi nə idi?
İlk şifahi sözlərdən peşə aləti və işarəsi kimi istifadə edilməsi.
Bu şifahi dilin ilk forması sayıla bilər. Ad-sözdən istifadə əmək, müharibə
və ov prosesində kollektivliyi təmin edən alət kimi yayılmağa başlayır.
Digər adamlardan məqsədli, məhsuldar istifadəyə – yəni quldarlığın inki-
şafına yol açırdı. Fonetik söz idarəçilikdə, digər insanların iradəsini idarə
etməyə yol açmaqla sosial tərəqqini sürətləndirdi: hakimiyyət, xüsusi
mülkiyyət, müharibədə mütəşəkkil iştirak – yəni müasir ordunun ibtidai
şəkli şifahi sözdən istifadə sayəsində yarandı. Lakin şifahi sözlərdən belə
istifadə hələ nitqin yaranması deyildi. Bu ilk mərhələdə sözdən digər
işarələrdən biri kimi istifadə idi.
Bəs sözlər yazı işarəsindən yox, digər yolla nə üçün kütləvi şəkildə
arta bilməyib? İbtidai insan təbiət hadisələri ilə konkret əşya kimi ko-
ntaktda olurdu. Bu halda şəxsi ünvanlı ad-söz yarana bilərdi. Şəxsi ad-
sözdə isə sözün əsas xassəsi – abstraksiya, işarəvilik olmur. Konkret əşya-
nın adına çevrilən söz bircə nüsxənin işarəsi olur, deməli mütləq sözlük
xassəsini daşıya bilmir. Dilə aid söz isə çoxluğun işarəsidir, abstraksiya-
dır. Ona görə dilin ilk ünsürü olmaq mənasında söz yazılı işarənin, çəkil
və heroqlifin səslə ifadə edilən şərti işarəsi olur. Bu mənada şifahi söz 99
faiz yazılı şəkil və heroqlifdən törəmədir və ondan ayrılmazdır.
Şifahi söz işarəsindən dilin ünsiyyət funksiyasının meydana
çıxması. Müharibə, ov, əmək kimi kollektiv fəaliyyətlərdə ibtidai insanlar
emosional, nida xarakterli, əşyavi işarələrdən istifadə edirdilər. Peşə
sözləri meydana çıxanda bu sözlər insanların istifadə etdiyi digər işarə
sıraları arasında özünə yer tutmağa başladı. Lakin bu hələ sözün ünsiyyət
funksiyası deyildi. Çox güman ki, min illər dövründə sözlər instinktiv
işarə ünsiyyətinin üzərində, onu tamamlayan bir alət sırası kimi istifadə
97
olunmuşdur. Bəs instinktiv ünsiyyət dövrü necə qurtarır? Əslində heç vaxt
qurtarmır. Dildən istifadə mədəniyyəti xalqlar və tayfalar arasında elitar
bir vərdişdir. Bur sıra xalqlar yüksək tərəqqi etmiş dillərdən istifadə etdiyi
vaxtda Afrika və Avstraliyada aborigenlər lələ instinktiv və söz dilinin
qarışığından istifadə edirlər.
Heroqlif yazısı söz yazısı kimi. Yazının inkişafı cinsləri növlərdən
ayıran yeni-yeni sözlərin yaranması ilə nəticələnir. İnstinktiv işarə
ünsiyyətində fonetik sözlərin sayı çoxluq təşkil edir və bu yazıda da
şeylərin heroqlifləri ilə yanaşı sözlərin də heroqlif və işarələrinin yaran-
ması ilə tamamlanır. Yazı işarələrinin adları əvvəlcə şəkil yazısının içində
ad-sözlər kimi işlənir və azlıq təşkil edirdi. Lakin yazı işarələrinin sayı
artdıqca çəkil işarələrin sayı azalır, söz-işarələr isə artırdı. Güman ki, uzun
zaman yazıda şəkil və söz-heroqlif yazısı qarışıq və paralel işlənib. Yazı
işarələrinin yüzlərlə artması şəkil yazısını əlverişsiz edir, indiki heroqlif
yazısı ilə nəticələnir. Heroqlif hər sözə məxsusi yazılı işarə yaradan
yazıdır. Amma heroqlifli yazısı olan dillərdə heroqliflərin və onların ob-
yektinin ümumi adı olan fonetik söz-işarələr sistemi də təşəkkül tapıb.
Buna indi şifahi xalq dili deyirlər. Çin dili bu yolla inkişaf edib: bu dildə
şifahi sözlər işarənin işarəsi kimi çıxış edir. Yəni şifahi söz həm daş, inək,
ağac, divar və s kimi şeylərin heroqliflərinin adıdır, həmdə heroqliflərin
işarə etdiyi obyektlərin söz-adıdır. Fonetik yazıda isə söz həm şifahi sözün
yazılı formasının və həm də onun obyektinin adıdır.
Qrafik yazı heca və fonem yazısı kimi. Aralıq dənizi adalarında
isə daha mükəmməl yazı sistemi yarandı. İşarə yazısındakı ad-işarələrin
sayı artandan sonra yazı işarəsini çəkil işarəsinə uyğunlaşdırmaqdan
imtina edildi. Bunun əvəzinə çəkil işarələrinin sözlə bildirilən adlarının
yazıda təsvirinə cəhd edildi. Yəqin ki, bu da birdəfəlik baş verməyib. Bir
sıra heroqlifik və şəkil işarəsi ilə yanaşı səs işarələrini bildirən səs heroq-
liflərindən də istifadə olunmağa başlayıb. İbtidai səsləri indiki fonetik səs-
lərə bənzətmək yanlış olardı: danışıq orqanı inkişaf etmədiyindən əsasən
qovuşuq səslərdən istifadə edilirdi, indiki saitlər belə yox idi, və ya ibtidai
formada qısa tələffüz edilirdi.
İlk səs işarələri – qrafemlər – də şeylərin öz səslərinə təqlid əsasın-
da yarana bilərdi. İlk əvvəl məsələn, Su işarəsi şırıltı səsinə uyğun ibtidai
Ş səsinin işarəsi kimi işlənib. İnstinktiv nida səslərindən də yazı işarələrini
adlandırmaq üçün yəqin ki, istifadə olunub. Fonemlərin və qrafemlərin –
hərflərin formalaşması təqlidi sözlər və səslərin bazasında, onların yazılı
işarələrindən doğub. Təqlid və təkrar ilk ibtidai və şifahi söz yaradıcılığı-
nın, morfologiyaya qədərki söz yaradıcılığının əsas forması olub.
Dostları ilə paylaş: |