101
edir və konkretləşdirir. Qalan cümlə üzvləri isə təyinetmə prinsipi
ilə bu
iki baş üzvə aid olur.
Ona görə birmənalı olaraq demək olar: yazıya qədər işlənən əmr
mənalı xəbər sözlərə mübtədaları qoşmaq bacarığı ancaq yazı dilində
yaranmışdır. İbtidai cümlə əmr formasında xəbərdən və onun subyektini
bildirən ad-nidadan ibarət idi. Yalnız yazı dili bu iki cümlə üzvünə yeni-
yeni sözlər qoşdu: bu sözlər təyinlər idi. İlk təyinlər də hələ ayrıca nitq
hissəsi yox, ad-sözlər idi. İnsanlar söz birləşmələrini və cümlələri əvvəlcə
yazıda yaratmışlar və sonradan bunlar əzbərlənmişdir,
təkamül prosesində
müasir təfəkkürə çevrilmişdir. Təsadüfi deyil ki, dil bilgisi söz bilgisi kimi
yox, söz birləşmələri, onlardan istifadə qaydaları kimi mənimsənilir.
Xarici dil öyrənmədə bu qabarıq görünür. Ona görə dil baxımından hər bir
mətnyaratma söz birləşmələri sırası yaratmadır. Bu yaratma yazıda sözü
sözə qoşmaqdır, danışıqda isə sözləri intonasiya ilə bir-birinə bağlayaraq
onların informativ dəqiqliyini artırmaqdır.
Sadələşdirərək demək olar ki, mətnyaratma
sözləri bir birinə qoş-
maqla dünyanı təsvir, izah etmək, işarə etməkdir. Belədirsə, mətn – bir bi-
rini aydınlaşdıran söz və söz birləşmələri sırasıdır. Yazıda bu sıra müəy-
yən informasiyanı ifadə edir, danışıqda əsə bu informasiyanı ikinci şəxsə
ötürür.
Yazılı mətndə doğruluq, obyektivlik iddiası var. Yazının obyektiv-
lik iddiası şifahi nitqin subyektivliyi ilə əks qütbdə durur. Ona görə
subyekt və subyektlik yazı prosesində ikinci
planda olur və təhtəlşüur
şəkildə iştirak edir. Yazı və oxuda ikinci subyektə ehtiyac yoxdur. Yazı və
oxu prosesinin məqsədi və predmeti bilgini ötürmə və alma ilə bağlıdır.
Yazı zamanı bilginin maddi variantı (aləti) yaradılır və bu yaratma vahid
əlifba, vahid orfoqrafiya, ədəbi dil normaları kimi sosial qayda və alətlər
vasitəsi ilə icra edilir. Onu icra edən adam dünya haqqında nəyi isə
bildirmək və bu bilgini maddiləşdirmək istəyir. Bu maddiləşdirmənin əsas
səbəbi bildirilənin, məlumatın
bir fərd üçün yox, çoxluq üçün, sosial qu-
rum üçün nəzərdə tutulmasıdır. Yazı canlı ünsiyyətin onun canlı subyekti
olmadan maddi alət – yazılı mətni oxumaq vasitəsi ilə əvəz edilməsidir,
mexanikləşdirilməsidir.
Yazı ilə nitqin fərqi. Nitq birinci və ikinci şəxs arasında canlı
informasiya mübadiləsidir, ikisubyektlidir. Danışıq prosesi fərdlər arası
informasiya mübadiləsi vərdişidir. Nitqin bir zamanı var: indiki zaman.
Yazı isə maddi gerçəkliyin bir şəklidir, onun varlığı zaman hüduduna
malik deyil. Yazı təbiətə təqliddən doğub. Nitq isə yazıya təqliddən. Yazı
maddənin xassəsindən istifadə ilə yaranır, nitq isə canlı təfəkkür xassəsin-
dən istifadə ilə. Yazmaq vərdişi
bilavasitə təfəkkürlə deyil, insanın öz ət-
102
raflarından onurğa beyni vasitəsi ilə məqsədli istifadəyə bağlı olan
vərdişdir. Nitq isə canlı fərdi təfəkkür qabiliyyətindən törəmə olan vərdiş-
dir. İnsan öləndə onun nitq qabiliyyəti itir. Amma insanın yazıları maddi
bir şey kimi qalır, maddi dünyanın davamı və bir hissəsi olur.
Nitqin hədəfi fərdi niyyətdir. Onun hədəfi subyektivdir, şəxsi mara-
ğa bağlıdır. Fərdi danışıqda obyektivlik yox, problem həll etmək, şəxsi
məqsədə nail olmaq əsasdır. Nitqlə insanlar dildən operativ alət kimi isti-
fadə edirlər: əməkdə, kollektiv işdə,
müharibədə, şəxsi münasibətlərdə və
s. Yazı və nitq ayrılmaz olmuşlar. Lakin ümumi icbari təhsil yaranandan
sonra insanların şifahi nitqi çox yüksək inkişaf edib, şifahi sözdən cəmiy-
yətdə təşkiledici amil kimi çox istifadə olunur, nəticədə son beş-altı əsrdə
dil danışıq qabiliyyəti ilə eyniləşdirilir. Əslində isə dilin varlığının 99 faizi
mətnlərdədir. Mətn isə yazılı sözdür. Ona görə yazı ilə danışığın
münasi-
bətlərini doğru təsəvvür etmək üçün onun tarixinə qayıtmaq lazım gəlir.
Dilin yaranma tarixi baxımından səs ünsiyyətini və mətnyaratmanı
üç mərhələyə bölmək olar:
1. Fonetik sözə qədər ibtidai insanların istifadə etdikləri nida
sözlərin ritmik və emosional intonasiya ilə ibtidai mərasimlərdə oxunması
və adi istifadəsi.
2. Nidaların ad-sözə çevrilməsindən sonra bu nida hecalı sözlərin
ritmik nida oxumasına (mərasim zamanı) daxil olması. Bu mərhələ dilin
mənşəyi baxımından 80-90 min il davam etmişdir. Dövlətin və xüsusi
mülkiyyətin yaranması ilə, əkinçilik və dənizçilik mədəniyyətinin inkişafı
ilə işarə əvəzliklərinin, say adlarının və qidalanma ilə bağlı şeylərin söz—
adlarının yaranmasına səbəb olmuşdur. Bu mərhələdə əvvəlcə 1/ təsviri,
sonra 2/ işarə və axırda isə 3/ fonetik səs yazısı yaranmışdır.
Bu mərhələdə hələ morfoloji söz yaradıcılığı yoxdur, sözyaratma
qanunları yoxdur. Yeni sözlər köhnə sözlərin fonetik təhrifindən, müxtəlif
qəbilələrdə müxtəlif şəkillərə, mənalara düşməsindən –
dialektləşmə kimi
yaranır. 1/ Təqlid, 2/ təkrar, 3/ intonasiya həm mənayaratma, həm də
sözyaratmanın əsas formaları kimi çıxış edir.
3. Sonuncu müasir
fonetik yazı mərhələsidir: indiyəcən davam
edən bu mərhələni
kitab mədəniyyəti dövrü də adlandırmaq olar. Bu
mərhələdən bizə məlun olan ən qədim faktlar y.e. 1300
il əvvələ aid edilən
22 həriflik Finikiya əlifbası ilə başlanır (Bizə məlum olan ilk yazı isə
bundan 2000 il əvvələ aiddir, yəni y. e. 3300 il əvvələ aid edilən Uruk
yazısıdır). Finikiya əlifbasından sonrakı dövrdə yaranan bütün əlifbalar
fonetik Finikiya əlifbasından törəmədir. Biz sayırıq ki, bu əlifbanın
müxtəlif dillərə tətbiqi barədə yazılanlar mifdir. Fonetik əlifba ancaq
vahid fonetik yazı və onun söz bazası ilə birgə yayıla bilərdi (Ona görə də