108
Lakin bütün dövrlərdə və hallarda orijinal və obyektiv fərdi mətn-
yaratmanın əsas kodu sabit kitab mətnləridir. İdeologiyalar, nəzəriyyələr
dəyişəndə köhnə kod-kitablar yeni kod – kitablarla əvəz olunur. Ona görə
kitab bilikləri və təsəvvürləri bütün dövrlərdə mətnyaratma və mətnoxu-
manın əsas və universal kodu olur. Ona görə növbəti yaxşı bir yeni kitab
yaxşı bir köhnə kitabda mətn köklərinə malik olur.
Fərdin söz yaddaşına əsaslanan fərdi təfəkkür qabiliyyəti – mətno-
xuma və mətnyaratma bacarığı – ancaq onun özü üçündür, bircə subyektin
istifadə etdiyi koddur. Bu kod nə qədər unikal olsa da, onu daşıyan fərdin
ölümü ilə mədəni prosesdən çıxır, yox olur. Beləliklə fərdi təfəkkür dil
kodu kimi üç fundamental qüsura malikdir: birinci, o fərdin fiziki diriliyi
qədər yaşaya bilir, ikinci isə, o bir subyektin istifadə edə bildiyi alətdir.
Fərdi dil bilgisinin üçüncü qüsurunu da onun təhsil sayəsində əldə edilmə-
si hesab etmək olar. Fərdin bir kitabdan hansı informasiyanı anlaması və
mühüm sayması – əslində onun özündən yox, onun keçdiyi təhsil sistemi-
nin tarixi şablonlarından və məzmunundan asılı olur.
Antik məktəblərdə ritorika fənni tədris edilirdi. Bu fənn kitab dilini
öyrədir və əzbərlədirdi, çünki şifahi ünsiyyət kitab dilinə nisbətən qat-qat
bəsit idi. Ritorika haqqında gözəl danışmaq elmi kimi təsəvvür dərin bir
səhvdir. Antik dövrdə bu fənn kitab dilini əzbərləməkdən ibarət idi, yəni
fikri daha səlis və birmənalı ifadə etməyi öyrədirdi. Bu hərbi komanda-
ların dəqiqliyi və qulları effektik idarə üçün lazım idi. İndi ritorika tədris
olunmur, çünki şifahi dil kitab dilinin əzbərlənmiş şəklinə çevrilib və
uşaqlar 6-7 yaşlarında bu kitab dilində danışırlar.
Yunanlar kitab dilini bilməyən xalqları “bar-bar” adlandırırdılar.
Çünki həmin xalqlarda nitq hissələrinə ayrılmış dil yox idi və “ba-ba” nida
sözündən çox istifadə edirdilər. Ona görə bar-bar sözü vəhşi yox, danışa
bilməyən adamlar və tayfalar mənasına daha uyğundur.
Kitab həm də yazı dilinin və müasir insan təfəkkürünün ümumi
kodudur, onun tərtib (mətnyaratma) və oxunma (mətnoxuma) qanunları-
nın daşıyıcısıdır. Belə çoxtərəfli funksiyalarına görə kitab və onun dili ki-
tab çapı icad ediləndən sonra beş əsrdə (XV-XX) bəşəriyyəti feodalizm-
dən kosmos əsrinə yüksəltdi. Yazı dilindən, kitabdan istifadə artıq insanla-
rın genetik koduna keçmişdir. Maarif və təhsil sistemi qədim olan xalqla-
rın nümayəndələri öz genetik kodundan istifadə edərək müasir mədəniy-
yəti, kitab mədəniyyətini daha yaxşı mənimsəyir.
Kitabdakı informasiya insanların kəşf etdiyi yeni bir qüvvə idi:
müharibə vaxtı qələbə kimin informasiyadan daha çox istifadə etməsi ilə,
təcrübədən istifadə etməsi ilə bağlandı. Kitab və informasiya, biliklər də
döyüş aləti oldu və deməli, hakimiyyət yaradan bir alət oldu. Kitab mədə-
109
niyyəti hərbi qələbəyə səbəb və əsas olur və bu yolla hərbi biliklərin
tərəqqisi formasında sosial tərəqqinin mənbəyinə çevrilirdi.
Kitab mədəniyyətinin hərbi, dənizçilik və əkinçilik əhəmiyyətinin
aşkarlanması ən qədimlərdə – 6-3 min il əvvəl fərdi təhsili formalaşdırdı:
kitabların üzünü köçürmək, onları oxumaq və bunu başqalarına öyrətmək
zərurəti yarandı. Bu ibtidai təhsil sistemi məhdud dairədə olduğundan
qədim imperiya dövlətlərin vəsaiti ilə həyata keçirildiyindən ilk maarifçi-
lər, kahinlər kimi mifləşdirildi. Kitabın da mifi yarandı: kitabda yazı-
lanlar obyektiv, maddi həqiqətdir, gerçək dünyanın davamı və bir
parçasıdır. Quru sözdən ibarət mifik bütlərin hakimiyyəti hər cür real
insan hakimiyyətindən güclü sayıldı. Bu da universal miflərdən biri oldu.
Nitq hissələrinə bölünən yazının və nitqin ancaq fonetik kitab yazısı
sayəsində indiki şəklə düşdüyünü qəbul edəndə razılaşmalıyıq: insanın
nitq qabiliyyəti də, ilk miflərin mətni də, süjeti də fonetik yazı dövründə
formalaşıb. Ən elementar mif süjetinin yarana bilməsi üçün isim, sifət, fel,
say, əvəzlik kimi nitq hissələri olmalı idi və insanlar onlardan istifadə
etməklə danışmağı bacarmalı idilər. Bu isə fonetik kitab yazısından sonra
formalaşıb.
Yazıya qədər söz-miflər olmuşdur. İndi prinsipial cəhəti vurğula-
yaq: söz-miflər müasir nitq qabiliyyətindən 60-90 min il qədimdir. Bu söz
miflər totemlər idi. İbtidai insanlar bu söz mifləri təbiət heyvanlarından və
ya özlərindən biri kimi reallıq hesab edirdilər. Çünki hələ şeyə ad
arasındakı fərq dərk edilmirdi. Amma onlarla bağlı süjetlər ancaq fonetik
yazı dilindən sonra yaranıb.
Kitab dili
2.6. Sosial, dini və ədəbi tərəqqidə
fonetik yazının rolu
İndiyə qədər elmdə sosial tərəqqi ilə fonetik yazı mədəniyyətlərinin
qarşılıqlı münasibətləri diqqətdən kənarda qalır, bunların hər biri ayrıca və
təcrid şəklində öyrənilir. Bu yanlışlıqda marksizmin hər yerə tətbiq olunan
bir müddəası da xeyli rol oynayıb. Hesab olunur ki, sosial tərəqqi ancaq
məhsuldar qüvvələrin inkişafı ilə bağlıdır. Halbuki məhsuldar qüvvələrin
inkişafı həmişə informasiya sahəsindəki, elmi-praktik biliklər sahəsindəki
çevrilişlərin nəticəsi olmuşdur. Beləliklə məhsuldar qüvvələrin həlledicili-
110
yi haqqında marksist tezis sosial tərəqqidə informasiya amilinin əhəmiy-
yətini kölgədə qoymuşdur.
Bunun yanlış nəticələrindən biri də qədim cəmiyyətlərin, fonetik
yazıya qədərki sivilizasiyaların tarixinə yanlış və sadələşdirilmiş münasi-
bətlə bağlıdır. Antik cəmiyyətin məhvi quldarlıq istehsal üsulunun böhra-
nından doğan nəticə sayılır. Eyni zamanda, yunan mədəniyyəti də quldar
cəmiyyətin mədəniyyəti kimi təqdim edilir. Lakin faktlar göstərir ki, haki-
miyyət və mülkiyyət anlayışları meydana çıxandan, yəni azı 90 min il
bundan əvvəl quldarlıq hüququ artıq var idi. Çünki qulsuz və istismar im-
kanı olmadan heç bir dövlət ola bilməzdi, çünki belə halda dövlətin və ha-
kimiyyətin sosial mənası sıfıra bərabər olardı. Hakimiyyətin birinci stimulu isə
həmişə istismar, maddi sərvət bölgüsündə üstünlüklər qazanmaq olmuşdur.
Lakin quldarlığın və hakimiyyətin digər zəruri şərtləri də vardır: bu
təqvimi əkinçilik, hərbi alətlərin inkişafı, əmək məhsuldarlığının müəyyən
səviyyəsidir. Yalnız bunlar olduqda qulu diri saxlamaq onun ətini yemək-
dən sərfəli olur. Bütün bunları deməkdə bizim bir mühüm tezisi əsaslan-
dırmaq məqsədimiz var: fonetik yazıya qədər dünyanın subtropik ərazilə-
rində çoxlu praktik – yəni fonetik yazısız sivilizasiyalar olmuşdur və onla-
rın tarixi təxminən 90 min ildir. Fonetik yazının tarixi isə 3500 ildir, yəni
müasir sivilizasiyanın tarixi qədərdir. Biz sayırıq ki, həqiqi sivilizasiya
dövrü ancaq fonetik yazıdan sonrakı dövrdür.
Lakin sosial yaşayışın mədəni səviyyəsi baxımından insanlar hələ
sənaye inqilabları dövrünə qədər təxminən 90 min il əvvəlki sosial uklad
şəraitində yaşamışlar. Bu uklad 90 min il əvvəl də təxminən Afrika və
Avstraliya aborigenlərinin avropalılar gələnə qədər olan mədəni səviyyə-
sində olub. Bəs onların dili və nitq qabiliyyəti hansı səviyyədədir? Faktlar
göstərir ki, leksik cəhətdən bu dillər təxminən 600-1200 ad-sözdən ibarət-
dir. Fonetik cəhətdən isə inkişaf səviyyəsindən asılı olaraq bu dillərdə bir
neçə yüzdən 80-90-a qədər qovuşuq samitlər vardır. Həm də bu samitlərin
tələffüzü fonetik yazılı müasir dillərdən kəskin seçilir. Belə fərqlərin əsas
səbəbi mədəni dillərə fonetik yazının və şifahi danışığın təsiridir.
Aborigen xalqlar isə yazıdan istifadə etmədikləri üçün onların dilləri və bu
dillərin fonetikası təxminən 90 min il əvvəl olduğu səviyyədə qalıb.
Biz sayırıq ki, fonetik yazıya qədər subtropik ərazilərdə insanların
dili də, nitq qabiliyyəti də həmin səviyyədə olub. 90 min il ərzində insan-
lar praktik əkinçilik, dənizçilik, hakimiyyəti səmərəli reallaşdırmaq niy-
yətləri ilə yazı yaratmaq, informasiyanı ifadə etmək təşəbbüslərində ol-
muşlar. Amma bu təşəbbüslər onların sosial tərəqqisində heç bir yeniləş-
mə yaratmayıb: qədim insanlar və onların varisləri, məsələn, Avstraliya
aborigenləri 17-ci əsrdə də 90 min il əvvəlki səviyyədə olublar: onlarda da
Dostları ilə paylaş: |