113
Dillərin xalq dili sayılması sonrakı dövrə, yəqin ki, şifahi dilin daha
genişləndiyi dövrə aiddir. Bu mərhələdə yazıda artıq müəyyən regionda
adamların çoxunun bildiyi sözlərə üstünlük verilmişdir. Yəni mətn yazan-
da əvvəlki kitabdakı sözlərdən istifadə bir prinsip olmuşdur. Lakin kitabın
hansı mədəni regionda yazılması mühüm sayılmamışdır. Hesab olunub ki,
söz kitabda işlənibsə, o mötəbərdir və nə qədər adamın onu anlamasından
asılı olmayaraq onu işlətmək olar. Məsələn, bizim XIV əsrdə yaradılan
klassik dini şeir üslubunda da belə olmuşdur. Çox zaman sözləri onu
yazan müəllifdən başqa heç kəs bilmirdi .Bu sözlər dini maarif sayəsində
sonralar öyrənilir və yayılırdı. İlk yazılı dillərin təşəkkülü zamanı sözdən
istifadə belə olmuş və bu qayda təxminən intibah dövrünə qədər elmi
termin yaratmanın əsas prinsipi olmuşdur. Həmin dövrdə tərcümə haqda
təsəvvür olsa da şifahi dillərdə sözlər az idi.
Yunanıstanda bizim ədəbiyyat saydığımız mifoloji süjetyaratma
prosesi isə əslində bütpərəst maarifçiliyi dövrü idi. Homer və ondan əvvəl-
ki və sonrakı süjetlər, yunan faciə mətnləri hazır yunan dilindən istifadə
etmirdi. Bu mifyaratma prosesi elə həm də yunan dilinin şifahi danışıq
mədəniyyəti kimi yayılması və kütləviləşməsi dövrü idi. Bu prosesin
mahiyyətini anlamaq üçün monoteizmin yayılma dövrünü xatırlamaq olar.
Monoteizmin peyğəmbərləri özlərini həqiqət və işıq carçısı kimi təqdim
edir və bir olan Allahı insanların xilas yolu kimi dünyada yaymağa
çalışırdılar.
Qədim Yunanıstanda mifik süjet yaradıcılığının yayılması dövrü də
bunun bütpərəst analoqu idi. Məlumdur ki, yunan tayfaları böyük icmalar
şəklində yaşayırdılar və bu icmalarda torpaq mülkiyyəti kollektiv olduğu
kimi, büt-allahlar da tayfa xarakteri daşıyırdı. Hər tayfanın bütü onların öz
əcdad-totemləri saydıqları qəhrəmanları, qoruyucuları idi. Yunan dilində
dilaçmadan sonra bu qəhrəmanlar haqqında süjetlər yayılırdı: yunan tayfa-
ları onları real güc saydığına və onların təhlükəsizliyinin qoruyucusu bil-
diyinə görə onlara pərəstiş edirdilər (sitayiş monoteizm dövründə yaranır).
Yunan mifologiyasına hazır süjet bazası kimi yox, çoxbütlü (çoxal-
lahlı demək dəqiq olmaz) inamların fəal yayılma və təbliğat dövrü kimi
baxmaq daha dəqiqdir. Y.e. əvvəl 1Y-1 əsrlərdə əsas yunan allahlarının
heykəlləri hazırlanır, keramika üzərində şəkilləri çəkilirdi və onlar üçün
məbədlər tikilirdi. Bizin yazıçı kimi tanıdığımız müəlliflərin çoxu bu
məbədlərin kahinləri idi. Bu mifik bütlər (onları adətən yunan allahları
adlandırırar ki, bu səhvdir) və onların yaradılması, süjetləşdirilməsi əslin-
də mifyaratma prosesinin özü idi, bu mifyaratmanın bütün sistemə çevir-
mək və tamamlamaq cəhdləri idi. Tarixi baxımdan yanaşdıqda bu cəhdlər
114
monoteizmə qədər davam edir və monoteizmlə tamamlanır. Bəşəriyyət
birmiflilik erasına daxil olur.
Lakin Yunanıstanda faciə janrının özü də Dionisi kultuna pərəstişlə
bağlı idi və bu dərsliklərdə kifayət qədər dəqiq əksini tapıb. Faciə yazan-
ların, mifləri danışanların kahin sinfinə mənsubluğu şübhəsizdir və xris-
tianlığın yaranması ərəfəsində bu təsəvvürlər möhkəmlənmişdi.
Yunanıstanda mifoloji mətnyaratma tayfa və tayfa birləşməsi olan
cəmiyyətlərdə məxsusi bütlər sistemini və onlar barədə təsəvvürləri sis-
temləşdirmək prosesi gedirdi. Antik mifyaratmada və mifsöyləmədə, xü-
susilə yazıya aludəlikdə təqlid elementi var idi: yunanlar qonşu mədəniy-
yətlərdə öz böyük bütlərinin haqqında süjetlərin kitablaşdığını bilirdilər.
Bu kitablaşdırmaq meyli mistik bir inam idi, pərəstişin qoruyucu bütlərin
gücünü artırmasına inam idi.
Bu inam bizim üçün yazı dilinin yayılmasını izah edən əsas tarixi
səbəblərdən biri idi. Çünki söz və yazı insanlar üçün gerçək dünyadan
başqa ikinci bir dünya obrazı yaratdı. Bu obraz qədin adamların yaddaşın-
da olsa da, insanlar onun gerçəkliyin davamı olduğuna inanırdılar. Yəni
dünyanın reallığından başqa mistik bir söz və təsəvvür obrazını real möv-
cudluq kimi qəbul edirdilər. Mistisizm də dildən istifadənin köklü qüsurla-
rından biri idi: mistika insanı reallıqdan çox, fantaziyadakı obraza, əslində
ancaq sözdən ibarət olan obraza inandırır və bağlayırdı. Hətta “İlliada” və
“Odisseya”dakı dramatik müharibələrin əsas rejissoru Allahlar, xüsusilə
Zevs kimi təsəvvür edilirdi. Əsərin məntiqinə görə müharibəni onlar
törədir və istədikləri tərəfin qələbəsi ilə bitirirlər.
Bu, bəşəriyyətin mistisizm dövrünü açdı.
2.7. Yazılı dil və mətn anlayışı
Dilçilikdə ədəbi dil anlayışını ən çox normativliklə və bunun
mühüm əsası kimi mətbuat dili ilə bağlayırlar. Sayılır ki, ədəbi dil qram-
matik və leksik tərkib baxımından sabitləşmiş dildir. Belə normativlik ya-
zılı mətnlərin bütün oxucular tərəfindən birmənalı başa düşülməsi üçün
imkan yaradır. Elə buna görə sabitləşməmiş qədim dillərdə olan material-
ları ancaq tarixçilər və məhdud sayda mütəxəssislər başa düşür. Belə
mətnləri ədəbi dildə yazılmış saymaq çətindir.
Bu mənada ədəbi dillər sivilizasiyanın tərəqqisi, yazılı informasiya-
nın sonrakı nəsillərə ötürülməsində böyük, əvəzsiz rol oynamışdır. Əslin-
də mədəni informasiya aləti olan ümumiyyətlə dil yox, onun ümumişlək
115
forması olan ədəbi dillərdir. Ədəbi dilin mahiyyəti onda sözlərin və
terminlərin yekməna şəkildə işlədilməsi ilə bağlıdır. Bunun nəticəsində
latın dilində gördüyümüz kimi, dili daşıyan xalq tarix səhnəsindən getsə
də, onun yaratdığı ədəbi dildə yazılan informasiya mətnlər şəklində
yaşayır və digər xalqların nümayəndələri tərəfindən başa düşülür və
istifadə edilir. Antik dövrdə bar-bar adlandırılan indiki Avropa xalqları öz
ədəbi dilləri formalaşana qədər latın ədəbi dillindən elm və rəsmi katolik
kilsəsinin beynəlmiləl dili kimi istifadə etmişlər.
Ədəbiyyat da mədəni hadisə kimi yalnız yazılı dil vasitəsi ilə möv-
cud olur və onun ən yetkin üslubunu – bədii dili yaradır. Ədəbiyyatdan
danışmaq üçün dilin, tədris prosesində öyrənilən ədəbi dilin varlığı ilkin
şərtdir. Adətən hesab olunur ki, əvvəlcə hazır, yetkin şifahi dillər olub və
bu dildə folklor olub. Lakin əslində belə deyildir. Folklorun bütün forma
və janrları kitab dilində formalaşıb və bundan sonra əzbər mətn kimi
yayılıb və yaşayıb.
Yazılı dilin ən əsas funksiyalarından biri onun informasiya daşıma
aləti olmasıdır. Ədəbi dil olmadan az-çox mədəni informasiyanı əks etdi-
rən mətnlər yaratmaq mümkün deyildir. Bu mənada ədəbi dil həm də
fikirləri, bədii və elmi informasiyanı konkret bir dildə ifadə etmək üsulla-
rının məcmusudur. Ədəbi dilə çevrilməmiş şifahi dildə nitqi təşkil edən
əsas vasitə intonasiyadır. Lakin yazılı dil yaranandan sonra cümlədə söz
sırasını və sözlər arasında məna əlaqələrini yaradan qanunlar- sintaksis
yüksək dərəcədə tərəqqi edir. Bu mənada, ədəbi dil yazılı dil anlayışına
çox yaxındır. Məhz tərəqqi etmiş ədəbi dillər sayəsində savadlı yazı vərdi-
şi müasir cəmiyyətdə əksəriyyət üçün mövcud olan bir imkandır. Halbuki
qədim cəmiyyətlərdə hər hansı məlumatları mətn çəkilində yaza bilən
adamlar tək-tək idi və bu nadir peşə sayılırdı. Şərqdə belə adamlara mirzə
deyirdilər.
Yazılı dil həm də fasiləsiz proses kimi bir-birinə bağlı olan mətnlə-
rin məcmusudur. Yazı ilə mətn anlayışlarının fərqi də bundan yaranır. Ya-
zı mədəniyyətinin tarixi, irəlidə gördüyümüz kimi, mətn mədəniyyətinin
tarixindən min dəfə qədimdir. Yazı, işarə, səs, şəkil, simvol və nəhayət
söz şəklində ola bilən informasiyanı maddiləşdirmək üsullarıdır. Həm də
qədimlərdə yazıda işarələrin bütün formalarından qarışıq şəkildə istifadə
olunurdu. Amma mətndə yeganə işarə sözdür, yerdə qalan işarələr köməkçidir.
Sözləri və birləşmələri aydınlaşdırmağa və rahat qavramağa xidmət edir.
Mətn informasiyanı maddiləşdirməyin üsullarından biridir, semiotik
işarə sıralarının ən geniş yayılmış növüdür. Hər bir yazı mətn sayıla
bilməz. Mətn – yazılı fonetik söz sırasıdır və ya onun fərdi yaddaşda
əzbər formasıdır. Yazının tarixinin 80-90 min illik uzun bir dövrü öz
Dostları ilə paylaş: |