88
bir xassədir. Hətta qovuşuq səslərin fonemlərə parçalanması, şifahi
sözdən
ictimai müqavilə kimi istifadə, minlərlə şifahi sözü insan yaddaşının tanı-
ması xassələri də yazıdan törəmədir. Yəni mənşəcə yazı bilənlərin istifadə
etdiyi (onlar əvvəllər kahinlər idi, az saylı adamlar idi) dil materialının sa-
vadsızlar tərəfindən əzbərlənməsinin nəticəsi idi. Dili belə şifahi əzbərlə-
mə bütün hallarda mətndən istifadədir,
mətn bilgisidir, yazı dilindən
istifadədir. Müasir Azərbaycan şifahi ədəbi dili buna parlaq misaldır. İndi
bizdə işlədilən şifahi ədəbi dil əzbərlənmiş yazılı ədəbi dildir.
Müasir adamın əzbər bildiyi elmi və bədii məlumatların hamısı ya-
zılı mətn mədəniyyətinin fərdi yaddaşlarda yaşayan şifahi formasıdır,
variantıdır və insanlar arasında elmi və bədii yaradıcılıq məhz yazılı mətn
mədəniyyətinin fərdi insan yaddaşlarında yaşayan şifahi variantları
sayəsində mümkün olur. Yeni informasiya yaranması üçün, yaradıcılıq
üçün yüzlərlə kitablarda olan məlumatların (mətnlərin) fərdi yaddaşda əz-
bərlənməsi lazımdır. Bu mənada kitablar və digər yazılı mətnlər ölü işarə
sırasıdır, onlardan heç nə yarana bilmir. Kitablar, dərsliklər, elmi əsərlər
əzbərləndikdən sonra onların əsasında ayrı-ayrı fərdlərin başında yeni
mətn variantının yaranması mümkün olur . Bu qabiliyyət təfəkkür adlanır
və elmdə çox mistikləşdirilib. Təfəkkür yaddaşın əzbər bilinənlər əsasında
yeni variant və mətnyaratma (danışma və yazma) xassəsidir.
F.Sösürün əsas
nəzəriyyələrindən biri dil, nitq və mətn anlayışla-
rını fərqləndirməsi idi. Dilin funksiyası, iş mexanizmi
nitq prosesində
meydana çıxır. Nitq isə prosesdir və dilə aid anlayışların ən mürəkkəbidir.
Nitq nədir? Nİtq, ən əvvəl, iki dil subyekti arasında prosesdir, həm
də
sosial prosesdir. Bu subyektin biri birinci şəxsdir, o birisi isə ikinci
şəxsdir. Danışan və anlayan (oxuyan) iki əks qütblərdir.
Nitq prosesində
onlar vahid bir işi yox, dildə mövcud və bir-birindən ən uzaq və fərqli işi
icra edirlər.
Birinci şəxs işarə göndərən, ikinci şəxs isə işarəni anlama-
ğa çalışandır. Bunlar təfəkkürün iki müstəqil və əks qütblərdə duran
funksiyalarıdır. Uşaqlar və dili yeni öyrənənlər adətən mətnanlamanı daha
tez mənimsəyirlər. Bu mənada mətnyaratma
mətnanlamadan daha mü-
rəkkəb və çətin prosesdir və bütün mədəniyyətlərdə istedad hesab olunur.
Birinci şəxs həmişə variant və ya mətnyaradandır (şifahi və yazılı).
Danışan – dili bilən təfəkkürün
variantyaratma funksiyasından istifadə
edir. Variantyaratma əvvəlcədən yaddaşda olan və subyektin əzbər bildiyi
mətnlərdən (sözlərdən, söz birləşmələrindən, söz birləşməsi sıralarından)
müəyyən problem situasiyada istifadədir.
Əslində hər bir fərdi yaddaş da mətndir, yəqin ilk mətn lövhəsidir.
Ən güclü yaddaş akkumulyatoru beynidir.
O təkcə hifz etmir, beyin həm
də yeni informasiya variantları yaradandır. Onun fundamental qüsuru
89
insanla birgə ölməsi, yox olmasıdır. Yazının yaranması insan yaddaşına
oxşar alətin icadı idi, yaddaşda olanları digər lövhələrə köçürmək idi.
Kompüter isə təfəkkürün analoqudur, o yeni informasiya variantları yara-
dır. Adamlar bunu variant kimi qəbul edir, amma kompüter fiziki eyniyyət
kimi mövcud olan məlumatları təkrarlayır. İnsan yaddaşında
belə adekvat
hifz etmə xassəsi yoxdur, lakin yaradıcılıq, yeni informasiya variantlarının
yaranması insanın bu “qüsuru” sayəsində mümkün olur.
Birinci şəxsin mətn yaratması həmişə
yeni variant yaratmadır.
Hətta söz sırası tam təkrar olanda belə, fərdi intonasiya sayəsində birinci
şəxsin danışdıqları həmişə yeni variant olur. Variantlılıq – təfəkkürün
müxtəlif problem vəziyyətləri eyni söz işarələri və işarə sıraları vasitəsi ilə
təsvir etməsidir. Günün doğmasının gözəlliyini təsvir üçün eyni dildə mil-
yon adam təsvir edə bilər. Lakin bu təsvir zamanı onlar 15-20
eyni sözdən
və bir sıra söz birləşmələrindən istifadə edirlər. Yəni dünyanın sözlə (mətnlə)
təsviri həmişə variantdır, əvvəlcədən eşidilmiş və yadda saxlanmış variantlar-
dan istifadədir. Bu sözün, mətnin və dilin işarəvi təbiətindən doğur.
Nitqin ikinci qütbü ikinci şəxsdir.
İkinci şəxs həmişə birincinin,
niyyətli və danışanın nəzərdə tutduğu ünvandır. Yazı sayəsində yazı ilə
oxuma arasında zaman fərqi min illərlə ola bilir və dilin mədəni alət kimi
əsas keyfiyyəti bu funksiyadadır. Aristotelin kitabını yazıldıqdan iyirmi
dörd əsir sonra oxumaq həmin nitq prosesidir. Məhz yazı mətnyaratma ilə
onu oxuma arasında qeyri-məhdud vaxt məsafəsinin mümkünlüyünü
yaratdı və bu məsafənin mümkünlüyü təfəkkürün, mədəni yaddaşın
əsasıdır. Bu mənada təfəkkür də yazıdan törəmədir, yazı sayəsində inkişaf
edib sabitləşmiş qabiliyyətdir.
Beləliklə “dil ünsiyyət vasitəsidir” formulu əslində dilin
təbiəti
haqda çox az şey deyir. Əslində isə nitq (ünsiyyət) prosesi bir-biri ilə
dialektik əkslik təşkil edən mətnyaratma və mətnoxuma kimi iki sosial
hadisədir: siqnalgöndərmə və qəbul etmədir. Həm də birinci şəxsin yara-
dıb göndərdiyi mətnin həcmi və keyfiyyəti heç zaman onu qəbul edən
ikinci şəxsin başında yaranan mətn oxunuşu ilə üst üstə düşmür. Məsələn
mətnyaradan alim, oxuyan isə savadsız olanda ikinci şəxsin başında danı-
şanın (mətn yaradanın) mətninin 10-20% oxuna bilir. İkinci tərəf birinci
şəxsin
dilini pis bilirsə, mətnoxumanın faizi sıfıra bərabər olur. Müəllimin
mühazirəsini eşdən tələbələrin 10-25 faizi onu dinləyə bilir: deməli bu
tələbələrdə şifahi mətnoxuma qabiliyyəti yüksəkdir və pedaqogikada bu
qabiliyyət sayılır.
Mətnyaratma və mətnoxuma əks qütblərdir: bunların hər biri təfək-
kürün ayrıca funksiyaları kimi formalaşmışdır. Buna uyğun dilin iki
mövcudluq forması, müstəvisi yaranmışdır
.