79
mətnindən fərdi bir məlumat mənzərəsi yaradır. Bu
sözün təsviri, oxşadıcı
təbiətinin mətnlərin qavrayışı zamanı təkrarlanması, eşidənlərin və
oxuyanların sayı qədər variantlar doğurması deməkdir.
Deməli sözlər mətnyaratmada oxşatma (epitet), anlama və oxuma
prosesində isə işarəvi funksiyada çıxış edirlər. Eyni söz həm obyektlərin
adı, həm də təyini olur. İstənilən söz birləşməsi (cümlə, mətn) oxşatmadır,
oxşatma sırasıdır, bir sözün digər sözlə konkretləşdirilməsidir. Təyinlik-
işarəvilik funksiyasıdır. Mətn həmişə variantdır, analogiyadır, heç vaxt
eyniyyət deyil.
Ona görə ki, dil identik işarə sistemi deyil. Dil onun daşı-
yıcılarının sayı qədər mətnyaratma və oxuma potensialı və variantlığıdır.
Başqa çözlə, çoxlu adamın söz və birləşmə işarələrindən təxmini analogi-
ya, oxşar variantyaratma prinsipi ilə istifadə etdikləri işarə sistemidir.
Semiotika klassikləri
dil, nitq, mətn anlayışlarının fərqləndirilməsi-
nə xüsusi əhəmiyyət verirdilər. Onların əsas nailiyyəti bu sıradan
məna
anlayışının çıxarılması idi. Lakin struktural dilçilik mətni nitqin tərkibin-
dən çıxarmaqda səhv edirdilər. Şifahi və yazılı mətnlər nitqlə, dillə
ünsiyyətin dialektik vəhdətdə və həm də əks qütbdə duran iki ayrılmaz
ünsüründən biridir. Ünsiyyət prosesi şifahi olanda birinci şəxsdə mətn-
yaratmadır (dünyanı təsvir), ikinci şəxsdə isə mətni anlama prosesidir.
Şifahi nitqdə birinci şəxsin
mətni ikinci şəxsdə qavrama, tanıma, anlama
yaradır. Mətn oxuması zamanı isə ikinci şəxs mətndəki dünya təsvirini
oxuyur, öz yaddaşında virtual şəkildə yaradır.
Şifahi mətnyaratma yazıya qədər yox idi və heyvanat aləmindəki
instinktiv səslərdən istifadə idi. Yəni yazıya qədər işlədilən səslər hələ
informasiya akkumulyatoru və saxlayıcısı ola bilmirdi. Bu mənada
adamların dili heyvanların səs dilinin təxminən eyni idi.
Lakin ikinci və üçüncü şəxslərin iradəsinə məqsədli təsir etmək, on-
ları idarə etmək (ov və döyüş zamanı) üçün birinci şəxs (hakimiyyət) digər
çoxluğa yönələn şifahi mətnlərini yazmağı öyrəndi. Yazı – müəyyən
səslər kompleksindən ibarət olan mətnin (informasiyanın)
görümlü sim-
vollarla ifadə olunması idi. Bunun aşağıdakı inqilabi nəticələri oldu:
1. Mədəniyyət – birinci şəxsdən verilən informasiyanı ikinci şəxs-
lər üçün saxlamaq (akkumulyasiya etmək) imkanı yarandı. Bu heyvanlar-
dan fərqli adam dilinin, mədəni dilin başlanğıcı oldu.
2. İnsanlar indiki zaman çərçivəsindən çıxdılar və yazılı mətn keç-
miş zamanı saxlanması üsulu oldu.
3. İnsanlar yazılı mətni oxumaq üçün, identik anlamaq üçün təhsil
sistemi yaratdılar. Təhsil təkcə mətnləri oxumaq yox,
həm də saxlamaq
kimi iki əsas funksiyanı icra etdi.
80
4. Yazı birinci şəxsin mətninin indiki, keçmiş və gələcək zamanda
ikinci şəxslərə çatdırmaq üsulu kimi mədəniyyətin misilsiz tərəqqisinə,
ikinci şəxslərin iradəsinin idarə olunmasına və istismarına yol açdı.
5. Yazı – insanlara dünyanı təsvir etməyi öyrətdi. Dünyanı yazı ilə
təsvir insanları təbii seyr məkanından çıxardı. İnsan dünyanı təsvir etməyi
öyrənməklə məkan hüdudlarından da kənara çıxa bildi, dünyanın coğrafi
miqyası adamlara məlum oldu.
6. Digər
tərəfdən, mətnyaratmanın dünyanı təsvir etmək və digər
adamları idarə etmək üçün geniş inkişafı dilin informasiya yaratma,
saxlama və ötürmə aləti kimi inkişafına səbəb oldu. Dünyanı təsvir zamanı
yeni sözlərin, söz birləşmələrinin, mükəmməl yazı qanunlarının və nəha-
yət, misilsiz mədəni alət olan sabitləşmiş ədəbi dillərin formalaşması ilə
nəticələndi. Ədəbi dillər – dilin informasiya ötürücüsü
və qoruyucusu ki-
mi ən mükəmməl şəklə düşməsidir. Qədim ədəbi dillər öz yazısı olmayan
yüzlərlə xalqların da mədəni informasiya mübadiləsinə qoşulması ilə,
dünyada vahid mədəni prosesin yaranması ilə nəticələndi.
7. Ədəbi dillərdən istifadə edərək danışmaq mədəniyyəti yazının
bilavasitə nəticəsi idi və yazıdan əvvəl heç zaman mövcud olmamışdır.
Ona görə yazıya qədərki şifahi nitq ilə yazıdan sonrakı ədəbi dillərdə
gedən şifahi nitq bir-biri ilə heç bir əlaqəsi olmayan hadisələrdir, siviliza-
siyanın iki müxtəlif formalarıdır. Şifahi ədəbi dil mükəmməl informasiya
mübadiləsi alətidir və onu digər dillərdə dil açan adamlar da mənimsəyə
və istifadə edə bilir.
Bu mənada, qədim yazılı və şifahi ədəbi dillər
ümumbəşəri alətlər idi.
8. Yazıdan sonra heyvanlarda olmayan insan təfəkkürü təxminən
20 min il əvvəl misilsiz sürətlə inkişaf etməyə başladı. Təfəkkür – dildən
istifadənin təkmilləşməsidir, sadə desək insanların əzbərlənmiş və yazılı
mətnlərdən istifadə etmək bacarığıdır. Təfəkkür də ikili prosesdir, əvvəla,
birinci şəxsin mətnyaratmasıdır, dil işarələri ilə dünyanın ideal obrazının
yaradılmasıdır. İkinci tərəfdən təfəkkür qabiliyyəti – yazılı mətnləri dün-
yanın real obrazı kimi oxuya bilməkdir, mətnlə yaddaşın ixtiyarı sahələ-
rinin canlandırılması mədəniyyətidir. Heyvanlarda məhz bu yoxdur.
9. İkinci şəxsin mətn anlama və mətn oxuması mədəniyyəti dilin
funksiyasının əsas cəhətidir. Bütün
dövrlərdə təhsil sistemi, sənətləri və
peşələri öyrənmək mətn oxumanı öyrənməkdir.
Beləliklə, deyə bilərik ki, dilli vahid ünsiyyət prosesi kimi anlamaq də-
qiq deyildir.
Dil, iki subyekt arasına söz işarələri vasitəsi ilə əlaqə alətidir.
Dil – yazılı və şifahi əzbər bilinən mətnlərin məcmusu və “n” sayda
adamın bu mətlərdən fərdi oxuma və anlama vərdişi ilə bildiklərinin
cəmidir. Dilin informasiya daşıyan mətnlərinin əsas hissəsi yazıdadır.