75
Alim bunu əsaslandırmaq üçün siyasi tarixdən çoxlu misallar tapmışdır.
Kolumbiya yazıcısı Qabriel Markes və digər Cənubi Amerika yazıcıları
diktatorların davranışını izah etmək üçün Freydin sıxışdırılan seksuallıq
və bundan yaranan psixi pozuntular barədə nəzəriyyəsindən
geniş istifadə
etmişlər. Q.Markesin “Patriarxın payızı” romanı da buna misal ola bilər.
Onun patriarxının həyatı kompleksinin – xəstəliyinin tarixçəsidir. Bu ta-
rixçə reallaşa bilməyən seksuallığın siyasətçilərin həyatında və bütünlükdə
cəmiyyətdə təzahürünün bədii illüstrasiyasıdır.
Freydə görə, təmin oluna bilməyən seksual enerji həm pis, həm də
faydalı formalarda təzahür edə bilər. Aşıb-daşan seksual enerjinin digər
insan fəaliyyəti formaları kimi sosial və fərdi həyatda özünü göstərməsinə
Freyd “sublimasiya” adı vermişdi.
Seksual enerji elmə, incəsənətə, dinə,
siyasətə, müharibə və aqressivliyə və s. maraq formasında da təzahür edə
bilər. Alim bunların hər birini ayrıca tədqiq etmişdir. Məsələn, Freydin bə-
dii yaradıcılıq haqqında nəzəriyyəsi seksual enerjinin yaradıcılığa çevril-
məsi, sublimasiyası tezisinə əsaslanır. Müasir Avropanın bütün yaradıcı
ziyalıları bu nəzəriyyəni qəbul edirlər. Ədəbiyyatda və incəsənətdə mə-
həbbət mövzusunun belə geniş yer tutması alim üçün mühüm arqument
idi. O, məhəbbəti seksuallığın sublimativ təzahürü sayırdı.
Freyd hakimiyyətin təbiətini,
müharibələrin səbəblərini, fərdi və
hərbi aqressivliyin köklərini sublimasiya nəzəriyyəsi vasitəsi ilə izah
etməyə salışmışdır. Ona görə müasir incəsənət və ədəbiyyatda freydizm
təkcə müasir mövzularda deyil, həm də tarixi hadisələri təsvir edən süjet-
lərdə fəlsəfi açar kimi istifadə olunur. XX əsr ədəbiyyat və incəsənətinə,
xüsusilə modernist cərəyanlara onun qədər təsiri
olmuş ikinci bir şəxsiyyət
göstərmək mümkün deyildir.
Z.Freydin dostu və həmkarı olmuş isveçrəli psixoloq K.Q.Yunq da
ədəbiyyat və incəsənətdə şüuraltı meyl və təzahürləri tədqiq etmişdir. O,
fərddən çox xalqların və bəşəriyyətin şüuraltı simvollarını, arxetipləri aş-
karlamağa çalışmışdır. Ümumən, freydizmin tarixi çox mürəkkəbdir: cərə-
yanın tərkibində parçalanmalar olmuşdur. Digər tərəfdən isə ənənəvi mək-
təblər freydizmin yaradıcılıq təlimini sərt tənqid etmişlər. Bir sıra tədqi-
qatçılar isə freydizmi və marksizmi birləşdirməyə çalışmışlar və biz də
bunu təbii sayırıq. Ümumən, Freyddən sonra onun nəzəriyyəsi bir sıra
görkəmli Avropa alimləri tərəfindən davam etdirilmişdir. Xüsusilə XX
əsrin 70-ci illərindən sonra freydist ədəbiyyatşünaslıq məktəbi coşqun
inkişafa başlamışdır
və demək olar ki, bərpa olunmuşdur. Lakin rus dilin-
də freydizmi doğru şərh edən mənbələr demək olar ki, yoxdur. Mark-
sistlərin çoxu Freyd nəzəriyyəsini vulqar şəkildə anlayır və şərh edirdi.
Təəssüf ki, bu meyl ədəbiyyatşünaslıqda daha geniş yayılmışdır.
76
Ədəbi izah və şərh forması kimi freydizm ən çox jurnal və qəzet
tənqidində populyardır. Romanlara, film və tamaşalara yazılan resenziyalar
adətən freydizmin konkret əsərin süjetinə tətbiqi kimi qurulur.
Teatr və kino re-
jissorları, ssenaristlər arasında hətta klassik yazıcıların Freyddən əvvəl yazılmış
əsərlərinin freydistcəsinə şərhi və səhnələşdirilməsi kütləvi hal almışdır.
1.7.7. Strukturalizm
Ədəbi şərhin tarixi formalarından biri kimi strukturalizm XX əsrin
əvvəllərində dilin təbiəti haqqında meydana çıxan yeni nəzəriyyələrin tər-
kibində yaranmışdır. Maraqlıdır ki, qədimlərdən bir elm sayılmış ədəbiy-
yat və dilçilik strukturalizmdə yenidən birləşmişdir.
Strukturalizmə qədərki dilçilik əsas iki anlayışa –
söz və
məna an-
layışlarına bağlı idi. Klassik dilçilik çox zaman sözlərin mənasını izah
edən və tərcümədə gərəkli olan lüğətçilik elmindən ibarət idi. Lap qədim-
dən, Platondan gələn sadə nəzəriyyəyə görə, sözlər mənalı səslər kimi
qəbul edilirdi. Yeni dil nəzəriyyəsi klassik dilçiliyi alt-üst
edən dilin işarə-
viliyi anlayışını irəli sürdü. Sözün yeni formulu belə oldu:
işarə edilən –
işarə – məna. Bu nəzəriyyədə sözlə onun bildirdiyi şeylər arasında heç bir
əlaqə olmadığı aşkara çıxdı. Sözü işarə, dili isə işarə sistemi kimi təqdim
edən semiotikanın əsas müddəalarını amerikan filosofu Çarlz Pirs (1839-
1914) və isveçrəli dilçi və psixoloq Ferdinand De Sösür (1857-1913) irəli
sürdülər. Ç.Pirs bu ideyaları F.Sösürdən əvvəl qələmə almışdı, lakin
strukturalizm F.Sösürün müdiri olduğu Ümumi Dilçilik kafedrasının tələ-
bə və müəllimləri tərəfindən inkişaf etdirildi və Avropa universitetlərinin
dilçilik kafedralarında yayıldı.
F. De Sösür və onun davamçıları məna əvəzinə
bildirilən terminini
işlətdilər. Bildirilən nədir? F.Sösür sözün bildirdiyini yaddaşla bağlı psixi
bir xüsusiyyət (proses) olduğunu irəli sürmüşdür. Alim bu terminlə yanaşı,
sözün və söz birləşmələrinin, mətn parçalarının
bildirənlik xüsusiyyətini
də təhlil edib aydınlaşdırmağa çalışmışdır.
Bu termin bədii mətnlərin
məna qatına aid edilirdi. Bizcə, F.Sösür sözlə bildiriləni sabit və universal
şey kimi bir-birinə bağlayıb təyin etməyə çalışanda yanılırdı. Dil və söz
bilgisi fərdidir, ona görə sözlər üçün universal bir bildirilən müəyyən
etmək qeyri mümkündür. Savadsız adamlar terminləri bilmirlər, çünki
sözlərin əsas mənaları mətnlərdədir, kontekstdədir.
Lakin mətnləri bilmə-
dən, təhsil almadan terminlər adamlar üçün heç nə bildirməyən sözlər
olaraq qalır (Lüğətdə isə sözlərin universal mənaları deyil, onların lüğətçi-
yə məlum olan mətn kontekstlərində daşıdıqları əsas bildirilənlər (mənalar) öz
əksini tapır). Sözün bildirənlik xüsusiyyətində, simvollaşmasında bunu daha