77
yaxşı görmək olar. Sözdəki, hekayə mətnindəki simvolik
məna təcrübə və təhsil
prosesində adamların yaddaşında toplanan biliklər əsasında mətnin oxunması
prosesində yaranır. Yaddaşda olmayan heç bir mənanı, simvolu mətndə tapmaq
olmaz. Mətndə bildiriləni tapma da tanımanın (psixi proses) bir şəklidir.
Yaddaşda olmayan şeyi tanımaq və ya məna kimi tapmaq olmaz.
İnsanların dildən fərqli işarə sistemlərindən də istifadə etdiyi ortaya
çıxdı: musiqi əlifbası, hərbiçilərin morze əlifbası, yol hərəkətini nizamla-
yan işarələr, mərasimlərdə və hərbi geyimlərdə istifadə olunan nişanlar və s. də
bir sistem kimi araşdırıldı və
semiotika (fransızca – işarə) elmi adlandırıldı.
Strukturalizmin sürətlə yayılmasının bir səbəbi də
psixoloji dilçilik
məktəbinin və
ədəbiyyatşünaslıqda psixoloji məktəbin öz istiqaməti ilə
dilin işarəviliyi nəzəriyyəsinə yaxınlaşmaları idi. O biri tərəfdən, psixo-
logiya elmi insan təfəkkürünü tədqiq edərkən
yaddaşın işarə prinsipi ilə
qurulduğu nəticəsinə yaxınlaşırdı. Ədəbiyyatşünaslıqda psixoloji məktəb
poetik
epiteti, bənzətməni, təini araşdıraraq onun bədii təsvirdə və deməli,
dünyanı elmi təsvirdə də universal əhəmiyyət daşıdığı nəticəsinə gəldilər.
Bu universallığın sadə bir səbəbi vardır:
hər bir yaddaş bənzətmə,
epitet prinsipi ilə işləyir. Xatırlama və tanıma prosesi indiki zamanda
görülən (seyr edilən) şeyin əvvəl görülmüş şeyə oxşadılmasıdır. Biz
küçədə əvvəllər heç vaxt görmədiyimiz bir it görürük və onu it kimi tanı-
yırıq. Gördüyümüz
konkret itin surəti bizim yaddaşımızda yox idi, əvvəl-
lər onu heç vaxt görməmişdik. Amma biz onu bir it kimi tanıya bildik.
Nəyə əsasən tanıdıq? Biz konkret iti əvvəllər gördüyümüz itlərə oxşatdıq,
onlarla eyniləşdirdik (identifikasiya etdik). Hər bir tanıma və dil vasitəsi
ilə tanıma – təsvir, bənzətmə və oxşatma prosesi kimi baş verir. Bu təfək-
kürün universal epitet, oxşatma təbiəti ilə bağlıdır. Ona görə
söz də,
söz
birləşməsi də,
yazılı mətn də oxşatma və bənzətmə sırasıdır.
Ən bəsit “Bu itdir” kimi söz birləşməsindən
tutmuş ən mürəkkəb
elmi və bədii mətnlərə qədər dünyanın sözlə yaradılan istəniləm təsviri və
obrazı oxşatma prinsipi ilə yaradılır. Bu dilin tavtoloji təbiətini müəyyən
edir. Tavtolojilik sözün təbiətindədir: bir “it” çözü bütün itlər çoxluğunu
tanıtmaq üçün istifadə edilir və bu, sözün təbiətidir. Bu o deməkdir ki,
sözlərlə onların bildirdiyi maddi şeylər arasında bağlılıq yoxdur. Sözlər
maddi şeylərin işarəsidir.
Oxşatma və işarələmə (bildirmə) eyni tanıma prosesinin danışana
və eşidənə aid iki mərhələsidir. Maddi və əyani şeyləri
biz sadə oxşatma
prosesi kimi tanıyırıq. Bu birinci siqnal sistemindəki prosesdir. Bur də
mətni oxuyaraq onda təsvir edilənləri tanıma var və bu artıq ikinci siqnal
sistemi kimi gedir. Yəni konkret iti görüb tanıma ilə, mətndə “it” sözünü
oxuyub onu dünyanın təsviri kimi tanıma (oxuma) yaddaşın ikinci səviyyə-
78
sidir. “İt qonşunu parçaladı” mətnində “it” sözü yeni keyfiyyətdədir: o, dün-
yanın mətndəki mənzərəsini tanıma zamanı xalis işarə xarakteri daşıyır. Yəni
bir tərəfdən bizin yaddaşımız üçün dünyadakı bütün itlərin işarəsi ola bilir,
ikinci tərəfdən isə mətndə haqında danışılan itin obrazı (epiteti) ola bilir.
Deməli, sözün nitqdə və mətndəki funksiyası arasında fundamental
fərq vardır.
Nitqdə sözlər əsasən konkret şeylərin, münasibətlərin
bildiricisi olur, həmişə epitet funksiyası daşıyır. Nitqdə sözlər real dünyanı
təsvir etmək vasitəsidir. Nitq iki adamın danışığıdır. Danışan və eşidən.
Danışma dünyanı sözlə təsvirdir və bu təsvirin məqsədi ikinci şəxsin bu
təsviri məlumat kimi mənimsəməsidir. Birinci şəxs kimi danışma həmişə
mətnyaratmadır. Eşidən ikinci şəxs üçün isə anlamadır, yəni danışanın
mətnindəki sözləri işarə keyfiyyətində tanıma və bu işarələrin köməyi ilə
yaddaşda dünyanın yeni obrazının yaradılmasıdır.
İnsanların dildən istifadəsi ənənəvi F.Sösür məktəbində “nitq”
termini ilə işarə olunurdu. Lakin nitq termini də məna termini kimi
funksiyadır. Danışıq, nitq ünsiyyət prosesinin obrazıdır. Əslində vahid bir
nitq prosesi yoxdur və bu termin dilçiliyi dalana dirəmişdir. Nitq anlayışı
bir-birinə qarşı əks qütblərdə duran iki müxtəlif prosesi bildirir.
Birinci
şəxs mətnyaratma prosesidir, dünyanı sözlə təsvirdir. İkinci şəxs isə mətn-
dəki söz işarələri ilə həmin təsviri öz yaddaşında yenidən yaratmadır. Bu
yenidən yaratma məişətdə, şifahi danışıqda “anlama”, yazılı mətnə görə
isə “oxuma” adlanır. Bunlar dildən istifadənin iki əsas formasıdır. Hər iki-
si dünyanı fərdi başda təsəvvür etməkdir, obrazını yaratmaqdır.
Sözün ox-
şadıcı təbiəti mətnləri anlama və oxumada da təkrar olunur. İkinci şəxs
heç vaxt birinci şəxsin mətnini birincinin eyni kimi, identik şəkildə oxu-
mur. Danışanın yaratdığı mətnlə eşidənin başında yaranan mənzərə və tə-
səvvür arasında heç zaman bərbərlik işarəsi qoymaq olmaz. Bunlar həmişə
mənşəcə bir subyektə (şəxsə) məxsus mətnin (informasiya ötürmə niyyəti-
nin) iki variantıdır. Dildə eyniyyət yoxdur və mümkün deyildir, çünki söz-
lər şey və hadisələri
ancaq oxşada bilir, mütləq təsvir yarada bilmir. Hətta
foto da mütləq təsvir deyil. İnsanlar mütləq təsvir və eyniyyət gərək olan-
da mətnlərin
əzbərlənməsindən istifadə edirlər. Lakin əzbər mətnlər də yenə
müxtəlif subyektlərin başında
müxtəlif anlama və oxunuş variantları yaradır-
lar. Belə variantlılıq elə sözün bənzədici (epitet) təbiətinin yaddaş prosesində
təzahürüdür, başqa sözlə oxuma və anlamanın dil daşıyıcılarının sayı qədər va-
riantdan ibarət olmasıdır. Dildə birinci şəxsin mətni də orijinal deyil, variantdır.
Çünki sözün və söz birləşməsinin (mətnin) özü də bütün hallarda
ancaq və
ancaq işarədir və ya müxtəlif uzunluqlu işarə sırasıdır.
“İt” sözünü eşidən hər adam fərdi bir it təsəvvür edir. Mətn də
elədir. Birinci şəxsin şifahi mətnini eşidən əlli tələbənin hər biri müəllimin