69
psixoloji
məktəbdə ilk dəfə olaraq dilin, mifin, ədəbi əsərin və
yaradıcı-
lığın mənşəyi problemi birləşdi.
Psixoloji məktəb sözlə mifin ayrılmaz əlaqəsini üzə çıxardı və bu
ədəbiyyatın mənşəyini elmi şəkildə izah etməkdə irəliyə doğru addım və
Aristotellə başlanan nəzəriyyə çərçivələrinin dağıdılması demək idi. Ənə-
nəvi nəzəriyyə ədəbiyyatın mənşəyini folklora bağlayırdı. Lakin psixoloji
məktəbin araşdırmaları göstərdi ki, folklor mükəmməl variantında başqa
ədəbiyyatlardan gəlmə süjetlərdir və onların yaşarılığı yazılı ədəbi mətn
mədəniyyətindən əvvəl yox, ondan törəmədir.
A.Potebnyanın əsas ideyası ədəbiyyat və sənətin də idrak forması
olması barədə müddəa idi. Bu müddəa ümumi şəkildə düzgün idi və miflə
sözü bir-birinə bağlayırdı. Lakin alimin işlətdiyi
idrak sözü dəqiq deyildi,
çünki dilin ilk yarandığı dövrdə hələ idrak haqda söhbət gedə bilməzdi.
Avropa rasionalistlərinə qədər idrakdan – yəni dünyanı idarə edən qanun-
ları tapmaqdan çox, dünyanı sözlə təsvirdən, həm də yeni-yeni sözlərin
yaranması kimi təsvirdən söhbət gedə bilərdi. Ona görə A.Potebnyanın
ədəbiyyatın da idrak olması barədə nəzəriyyəsi ancaq bu yaradıcılığın
dünyanı
təsvir etmək olması mənasında doğru idi. Əslində elmin
fərziyyə
olmayan sahələri də təsvirdən ibarətdir.
A.Potebnyanın işlətdiyi “daxili obraz” termini sözün obrazlı və
təsviri təbiətini nəzərdə tuturdu və psixoloji məktəbin gələcəyi üçün
fundamental əhəmiyyətə malik idi. Çünki obrazlılıq sözün təbiətindədir,
onun işarəviliyindədir. Lakin alim F.Sösürə qədərki dilçiliyin Platondan
gəlmə yanlış
məna terminini də işlədir, sözün və obrazın mənasından
danışırdı. Əslində sözdə və mifdə məna yoxdur, məna adamların mətn bil-
gisidir, sözlərin və obrazların mənalarını bilmək təhsil ehkamlarını bilmə-
yin nəticəsidir. İşarə olmaq cəhətdən isə sözlər və obrazlar mücərrəd işarə
əvəzliyindən fərqlənmir. Əlbəttə sözün, mifin, obrazın (əsərin) mənası
haqda təsəvvürlər geniş yayılmışdı və Potebnyaya qədər də var idi. A.Po-
tebnya ilk dəfə bunların ayrılmazlığını irəli sürdü və onların fərqlərini
məna terminindən istifadə ilə göstərməyə çalışdı.
Mənatapma
üçün əsas əsərin özündə, mətnində yoxdur. Şərhçi
müəyyən təhsil ehkamlarını bilən adamdır, o əsəri oxuyur və öz savad və
yaddaşına görə (mətn bilgisinə görə) onun öz başında müəyyən
qənaətlər
yaranır. Ya da o bu qənaətləri oxuduğu resenziya, məqalə, kitabdan öyrə-
nir, götürür. Lakin bu o demək deyil ki, bunlar –
mənalar oxunan mətndə
var idi (Savadsız ədəbiyyatçı adam belə həmin mətni oxuyanda heç nə
tapmır). Onlar ancaq yaddaşdakı mətni bilmə və yozma təcrübəsindən və
şərhçinin buna iradi səy göstərməsindən yaranır və həm də oxuyanın ba-
şında, yaddaşında yaranır və mövcud olur. Mətni oxumaya qədər, və elə
70
sözü eşidənə qədər də ədəbiyyatçının yaddaşından kənar heç bir məna
mövcud olmur. Məna mətnə, sözə konkret başın, yaddaşın reaksiyasıdır.
Sadəcə bu reaksiya (yəni məna yaranması) həm də sosial aktdır, çünki
konkret baş bu cür məzmunlu reaksiya vermək
qabiliyyətini sosial təcrübə
və təhsil sayəsində qazanır. Hər bir məna sosial təcrübə ilə qazanılan
ehkamdır və bu məsələ gələcək fəsillərdə şərh ediləcək.
Beləliklə, şərhçi əsəri oxuyandan sonra yazdığı və söylədiyi qənaət-
lərlə əslində əsərin mətnindəki mənanı yox, əsəri oxuma və qavrama
nəticəsində başında yaranan qənaətləri bölüşür. Əvvəlcə şifahi, sonra isə
yazılı mətn belə yaranmışdır, qənaətləri, fərdi başlarda yaranan informasi-
yanı ötürmək üçün yaranmışdır. Məna həmişə fərdi qənaətləri çoxluğa
ötürmək təşəbbüsü ilə bağlıdır, belə təşəbbüsün tarixçəsidir.
Potebnya mifi izah etmək üçün “əvvəl dərk edilmiş” və “sonra dərk
edilmiş” terminlərindən istifadə edir. Bİz artıq dilin ilk söz yaradıcılığı
dövrü üçün idrak anlayışını işlətməyin qeyri-dəqiqliyini dedik. Amma
burada alimin daha bir dahiyanə müddəasına nəzəri cəlb etmək vacibdir.
Alim
mifin və sözün metaforik xarakteri barədə ayrıca bəhs etmişdir.
Bu alimin insan idrakının əsas prinsipini doğru duyması demək idi.
Əvvəla, söz işarəsinin özü insanın icad etdiyi
ilk süni bənzətmə idi.
İkincisi, psixi proses kimi bütün təfəkkürün bünövrəsi olan tanımanın özü
metaforik prinsipə, bənzətmə praktikasına əsaslanır. Beş il əvvəl görülmüş
adamı təsadüfən görüb tanıma nədir? Belə tanıma indi görülən sifətin
yaddaşda qalmış beş il əvvəlki sifət obrazına oxşamasıdır. İstənilən tanıma
indiki zamanda seyr edilənin yaddaşdakı obraza bənzədilməsidir.
Psixoloji məktəbdə metaforaya və onun
tarixinə xüsusi tədqiqatlar
həsr edilirdi. Lakin onlar dilin və ədəbiyyatın mənşəyində metaforizmin
rolunu tam dərk etmirdilər. Bütün insan nitqi, cümlə qurmaq qabiliyyəti
işarə əvəzliyi ilə ifadə edilən “Bu – filandır” metaforik formulundan ya-
ranmışdır. Sonralar dildə yeni sözlər yarandıqca “filan-falandır” metaforik
formulası yaranıb.
Bütün cümlələr sadə təsvir, bənzətmədir. Mübtəda bən-
zədilən, xəbər isə bənzəyəndir. Hər bir cümlədə ikinci dərəcəli üzvlər bu
iki əsas cümlə elementindən birinə aiddir və dilçilikdə bu yaxşı məlumdur.
Dildə mücərrəd sözlər artandan sonra digər nitq hissələri—fellər, zərflər,
mücərrəd isimlər, terminlər yaranmışdır. Lakin yaxşı diqqət etdikdə ən
mücərrəd cümlədə belə ibtidai bənzətmə, metaforik tanıma strukturunun
qalıqlarını tapmaq olar. Bu mənada insan nitqi və mətn ( cümlə) mədəniy-
yəti tavtoloji xarakter daşıyır: a-b-dir, b-a-dır – strukturundan kənara çıx-
maq üçün insanın dil adlandırdığı alətdə imkan yoxdur.
Çünki nitq struk-
turları adi bənzətmədən, metaforik identifikasiyadan yaranır. Dil bir şeyi