71
bənzətməkdən, təsvir etməkdən başqa açıqlama üsulu tanımır, bunların
hər ikisi isə eyni bir şeydir: filan-filandır metaforasıdır.
Vilhelm Vunt da rus alimindən xəbərsiz olaraq “appersepsiya” nə-
zəriyyəsini irəli sürmüşdü: alim qavramanı, tanımanı
əvvəlcədən dərk
olunmuş təcrübə materialı ilə bağlayırdı. Burada “dərk olunmuş” termi-
ni
işlədilir, “təcrübə” termini işlədilir. Bunlar müasirləşdirmə idi. Əslində
ibtidai insanlarda obrazlı yaddaşdan söhbət getməlidir, belə yaddaş əvvəl-
lər dəfələrlə görülmüş obrazların, əşya və heyvanların tanınmasına imkan
verirdi. V.Vunt bu prosesi ümumi şəkildə doğru şərh edirdi. Onun ilk dəfə
olaraq mifin və obrazın mənşəyini əlaqəli şəkildə izah etməyə çalışması
özündən sonrakı elmə böyük təsir göstərdi. Rus alimindən fərqli olaraq
V.Vunt
bu problemlərə filoloji deyil, daha çox psixoloji elmə məxsus
terminologiya vasitəsi ilə gəlirdi. Dil, mif və poeziyanın mənşəyi məsəl-
əsini bir müstəvidə götürən alim haqlı olaraq bunları insanların kollektiv,
sosial, birgə fəaliyyətinin nəticələri kimi izah etməyə çalışırdı. Dilin və
mifin mənşəyindəki sosial aspekt insanların
bir-birinə informasiya ötür-
mək. bir-birinin davranışını idarə etmək təşəbbüsləri ilə bağlı idi. Bunların
hamısı hakimiyyət və dövlət yaradıcılığı prosesinin də tərkib hissələri idi.
A.Potebnya bu mənada haqlı idi: indiki zamanda seyr edilən obraz
əvvəllər görülən və yaddaşa həkk edilmiş obraz vasitəsi ilə tanınır və izah
edilir. Belə tanımanı alim mifin əlaməti, belə təsviri isə poetik metafora-
nın əlaməti sayırdı. Əslində isə bunlar müxtəlif proseslərdir. Tanıma qav-
rayış və seyrdir, gözlə görünəni yaddaşdakı, başdakı obrazla bənzətmə,
identifikasiya, eyniləşdirmədir.
Lakin təsvir, izah şərh isə mənşəcə nitq
prosesidir, ikinci şəxsə müraciətdir, informasiya ötürmə prosesidir. Söz
insanların davranışına təsir vasitəsi, qorxu yaratmaq qabiliyyəti kəsb edən-
də mif olur. Bu mənada alimin sözün obrazlı təbiəti
barədə müşahidələri
doğru və dərin idi.
Psixoloji məktəb XX əsrdə psixologiya və psixiatriyanın coşqun
inkişafına paralel olaraq sürətlə inkişaf etmişdir.
1.7.7. Freydist məktəb
Avstriyalı psixiatr həkim olan Ziqmund Freyd (1856-1939) XIX əs-
rin sonlarında həkimlik-psixiatriya praktikası ilə məşğul olurdu. Onun
əsas müştəriləri aristokrat ailələrdən olan cavan ərli qadınlar idi. Onlar
miqren (baş ağrısı) və səbəbsiz əsəbilikdən,
müasir terminlə desək, nev-
rozdan şikayətlə ona müraciət edirdilər. Belə xəstələri müalicə edərək
Z.Freyd öz nəzəriyyəsini daha da dərinləşdirirdi. Onun əsas kəşfi sadə və
72
paradoksal bir tezisdən ibarət idi: insanın psixi və nevrotik sağlamlığında
şüurdan qat-qat artıq rol oynayan onun şüuraltı həyatıdır. Bu nəticə yüz-
lərlə xəstənin müayinəsi əsasında sübut edilirdi.
Şüuraltı nədir? Şüuraltı insan fəaliyyətinin və davranışının əxlaqa
və ağıla deyil, instinktlərə bağlı olan əsaslarıdır. Freyd insan həyatında
instinktlərin qeyri-adi dərəcədə böyük rolunu üzə çıxardı və bu amilin in-
karından doğan bütün kompleks və xəstəlikləri təsvir etməyə çalışdı.
Freydə qədər heyvanların şüuraltı instinktlərlə, insanların
isə şüurlu olaraq
yaşadığı haqda elmi təsəvvür var idi. Freyd sübut etdi ki, adamların da
davranışı ən çox şüuraltı ilə bağlıdır və heyvanların davranışından prinsi-
pial şəkildə fərqlənmir. İnsanlar təbiətdə yaşayaraq milyon illər ərzində öz
instinktlərinə əsaslanaraq davranıblar. Əvvəlcə etirazla qarşılanan bu
nəticə XX əsrdə Avropada hakim psixoloji nəzəriyyəyə çevrildi və frey-
dizmə kütləvi sitayişlə nəticələndi.
Freydin elm tarixində dahiyanə xidməti insan həyatının ən qaranlıq
yerinə – şüuraltıya işıq salmaq cəhdi və bununla bağlı ciddi nəzəriyyələr
irəli sürməsi idi. Bu alimdən əvvəl və sonra heç bir psixiatr şüuraltını araş-
dırmaqda onun qədər irəliyə və dərinə gedə bilməyib. Şüura
və əxlaqa əsas-
lanan davranış və yaşayış tərzi isə monoteizmin qələbəsindən sonra nor-
maya çevrilmişdir və onun tarixi 1500-2000 ildən artıq deyildir. Ona görə
Freyd bu nəticəyə gəlmişdi ki, ilk baxışda səbəbsiz görünən bir çox ruhi
xəstəlik və problemlərin kökü insanın şüuraltı fəaliyyətinin ictimai normalar
vasitəsi ilə və ya şəxsi iradə ilə sıxışdırılması və məhdudlaşdırılmasıdır.
Freydin geniş araşdırdığı şüuraltı hadisələrdən
birincisi yuxu və
fantaziyalar idi. Alim yuxunu elmi şəkildə araşdırmağa və onun məzmu-
nunda şüuraltı kompleksləri, meylləri izləməyə çalışırdı. Onun öz yuxuları
barədə yozmaları psixiatriyada klassik dərslik kimi qəbul edilmişdir.
Freyd yuxunu şüuraltı istəklərin, dərk edilməyən instinktiv meyllərin fan-
taziyalar formasında reallaşması kimi təqdim edirdi. Onun yuxu yozmaları
və izahları dərinliyi və dəqiqliyi ilə heyrət doğurur. Alimin yuxu və fan-
taziya ilə bağlı araşdırmaları bütün yaradıcı adamlar arasında çox popul-
yardır, kino, teatr, bədii ədəbiyyatda geniş istifadə edilir. Alim “Sənətkar
və tamaşaçı həyatında hallyusinasiya və yuxuların rolu” əsrində yara-
dıcılıq prosesi barədə öz təlimini şərh edirdi. Freyd yaradıcılıq
prosesinin
şüuraltı proseslər, orada gedən mübarizələr, çox zaman dərk olunmayan
istəklərin reallaşması, fantaziya və yuxuların bədii əsər forması alması
prosesi kimi şərh edirdi. Yaradıcılıq prosesi və sənətkar həyatında şüuraltı
istəklərin və komplekslərin rolu məsələsi Freydin V.Şekspir, İ.Höte,
E.Hofman kimi klassiklərə həsr olunan məqalələrində əsaslandırılırdı.