67
ədiblərinin də marksizmə meylinə səbəb olmuşdur. Bur
çox qərb ədəbiy-
yatçıları marksizmi freydizmə zidd görmür və onları birləşdirirdilər.
Marksist ədəbiyyatşünaslığın nəzəriyyəsi ilə onun SSRİ-də tətbiqi
arasında böyük məsafə və fərqlər vardır. İfrat inqilabçı olan V.Lenin ədəbi
yaradıcılığı jurnalist fəaliyyəti ilə eyniləşdirərək ədəbiyyatı partiyanın
inqilab etmək işinin tərkib hissəsi adlandırdı. Şəxsiyyətə pərəstişin tənqid
olunduğu 50-ci illərin ortalarına qədər bu vulqar görüşlər ədəbi təcrübədə
üstünlük təşkil edirdi. Nəticədə SSRİ-də aparılan ədəbi siyasət marksiz-
min ədəbiyyat haqqında fundamental prinsiplərinə zidd və eybəcər bir
çəkil aldı. Məsələn, ədəbiyyatdan sovet rejiminin üstünlüklərini göstərmə-
yi tələb etmək bunlardan başlıcası idi. Bu tələb də ədəbi yaradıcılığın fərdi
təbiətini zorlayırdı. Bu prinsiplərin məcburi surətdə tətbiq edilməsi sovet
yazıcılarının yaradıcılıq azadlığını kobud şəkildə məhdudlaşdırırdı. Partiyalı
ədəbiyyat təliminə müqavimət göstərənlərə qarşı siyasi
repressiyalar tətbiq
olunurdu. Yaradıcı adamlara qarşı 1937-ci il repressiyaları marksist nəzəriy-
yəni ləkələdi, o, bəşər yaddaşında görünməmiş vəhşilik nümunəsi kimi qaldı.
N.S.Xruşşov reformalarından sonra SSRİ-də marksist nəzəriyyənin
vulqar dövrü bitdi. Yeni alim nəsilləri üçün ədəbiyyatın inqilabiliyi, yara-
dıcılığın ideyalılığı və partiyalılığı haqda ehkamlar əhəmiyyətini itirdi.
Lakin sosioloji təhlil hakim olaraq qaldı. Bu marksizmin ədəbi hadisələrin
ictimai-iqtisadi şərtlərlə birbaşa bağlılığı haqda köklü nəzəri müddəasın-
dan doğurdu.
1960-cı illərdə SSRİ-də strukturalist və formalist sayılan cərəyanla-
ra liberal münasibət yarandı. Marksizm bəşərin topladığı biliklərin
yekunu
adlandırıldı və müxtəlif məktəblərdə olan sağlam, düzgün, materialist tari-
xilik prinsipinə uyğun cəhətlər mənimsənildi və akademik elmilik bərqə-
rar oldu. 1970-1980-ci illərin ədəbiyyat nəzəriyyələrində proletkultçuluq-
dan və inqilabçılıq psixologiyasından heç bir əlamət qalmamışdı. Lakin bu
nəzəriyyədə idi.
Real ədəbi siyasətdə, SSRİ Yazıcılar İttifaqının və onun
milli filiallarının idarə olunmasında vəziyyət az dəyişdi. Marksist nəzəriy-
yə yazıçıdan həmişə cəmiyyətə və onun maraqlarına xidmət tələb edir və
yaradıcılıq azadlığını məhdudlaşdırırdı. İnsanların şəxsi həyatı və rəyləri-
nə ədəbiyyatda və nəzəriyyədə yer yox idi. Əslində bu birpartiyalı mark-
sist rejimləri qorumaq yolu idi. Mətbuatda və yaradıcı ziyalılar arasında
monopoliya yaratmadan birpartiyalı dövlətdə sabitlik mümkün deyildir.
Marksizm hər cür ədəbi hadisələrin sosial, tarixi, sinfi,
iqtisadi
köklərini və şərtlərini tarixi şəkildə izah etmək prinsipini irəli sürməklə
vaxtı ilə Rusiya imperiyasında yaşamış xalqlarda müasir ədəbiyyat
elminin təşəkkülünə qiymətli və məhsuldar təsir göstərmişdir. Əlbəttə,
marksist ədəbiyyatşünaslıq sosioloji məktəbin bir forması idi, yəqin ən
68
yüksək forması idi. Lakin ədəbiyyat haqda elmin hər hansı elmi metodo-
logiyaya əsaslanması ədəbi şərhin daha yüksək tarixi şəkli idi və bir çox
xalqda müasir elmi məktəblərin formalaşması ilə nəticələnmişdir.
Müasir Azərbaycan ədəbiyyatşünaslığı da onlardan biridir. Məsə-
lən, Firudin bəy Köçərlinin ədəbiyyat tarixi şərq təzkirə ənənəsinin dava-
mı idi. Lakin onunla təxminən
eyni dövrdə yaşayan Əli Nazim, Mustafa
Quliyev kimi təhlilçilər müasir ədəbiyyatşünaslıq məktəbini təmsil edirdi-
lər. Bu, Azərbaycanda marksist nəzəriyyənin yayılmasının bəhrəsi idi, biz-
də ədəbiyyatşünaslıq fikrinin müasir dünya elmi prosesinə qoşulması idi.
1.7.6. Psixoloji məktəb
XIX əsrin sonlarında sosioloji yönlü ədəbiyyatşünaslıq məktəblə-
rinin böhranı müşahidə olunmağa başlayır:
mədəni-tarixi və
bioqrafik
məktəblərin təhlil üsulları dövrün qabaqcıl alimlərinə məhdud görünməyə
başlayır. Psixoloji elmlərin inkişafı ədəbi əsəri
yazmaqda və qavramaqda
fərdi, şəxsi yaşantıların əsas rolunu üzə çıxardı. Alman dilçisi, psixoloqu,
folklorçusu Vilhelm Vunt (1832-1920) ədəbiyyatın mənşəyini izah etmək
üçün fundamental əhəmiyyəti olan “Mif və din”, “Sənətin əsası”, “Fanta-
ziya incəsənətin əsası kimi
3
əsərlərində yaradıcılığı və incəsənətin qavran-
ması proseslərini şəxsi psixi proseslər kimi izah etməyə çalışdı. Eyni
vaxtda,
rus alimi, Xarkov universitetinin professoru olmuş dilçi, psixoloq,
folklorçu və filosof Aleksandr Potebnya (1835-1891) da ədəbiyyat nəzə-
riyyəsində psixoloji məktəbin əsası olmuş “Fikir və dil” (1862), “Ədəbi
yaradıcılıq nəzəriyyəsinə dair mülahizələrdən”, “Slavyan xalq yaradıcılı-
ğında bəzi simvollar haqqında”
4
kimi əsərlərində Rusiyada psixoloji mək-
təbin əsaslarını qoydu.
Psixoloji məktəb nəzəriyyənin sonrakı inkişafı üçün köklü əhəmiy-
yət daşıyam bir cəhətə diqqət yönəltdi: qarşı tərəfin nitqini dinləyib qavra-
maq psixi proses kimi nağıla qulaq asmaqdan və ya nağılı, mifi oxumaq-
dan heç nə ilə fərqlənmir. Deməli, şifahi danışığı dinləmək, mifi dinləmək
və şeiri dinləmək kökləri etibarı ilə eyni, oxşar proseslərdir. Bu oxşarlığın
kökündə isə o zaman az öyrənilmiş dilin psixologiyası durur.
Beləliklə
3
Rus nəşrləri: Вунт В., Миф и религия, СПБ, 1913, Основы искусства, СПБ, 1910:
Фантазия как основа искусства, М., 1914.
4
Потебня А.А., Мысль и язык, Харков,1926: Из лекций по теории словености,
Харков, 1930,: О некоторых символах в славянской народной поэзии, Харков,1914.