81
İkinci hissəsi isə dil daşıyıcısı olan ayrı-ayrı adamların başındadır,
yaddaşındadır.
Dili anlama kodu isə tək-tək adamların yaddaşındadır. Bu
kod kitab və dərsliklərdə təsvir edilsə də, kitablar mətn oxuya bilmir.
Mətn oxuya bilən alət ancaq təfəkkürdür, konkret adamların yaddaşıdır.
Kompüter də məti yox, ancaq işarələri tanıyır, amma oxumur.
Mətnlərin bir hissəsinin insanların yaddaşında yaşaması nə
deməkdir? Bu bir tərəfdən dilin yazıya qədərki vəziyyəti idi. Yazıya qədər
dilin formulu belə idi: adamların əzbər bildiyi mətnlər üstəgəl bu mətnləri
anlaya bilmə vərdişlərini daşıyıcısı olan adamlar çoxluğunun fərdi anlama
vərdişi. Beləliklə dil iki müstəvidə mövcuddur: 1) onun daşıyıcısı olan
fərdi adamlar çoxluğunun yaddaşında və 2) maddiləşmiş yazı mətnləri
kimi. Lakin ünsiyyət aləti kimi işləmək üçün şifahi ya yazılı mətnlər
çoxluğunun bir fraqmenti ilə şüurlu ünsiyyətə girən ikinci şəxs lazımdır.
Adamların ölməsi ilə dil daşıyıcılığı da ölür. Ona görə insanlar
mədəni
mənada dil daşıyıcılığını nəsildən-nəslə vermək üçün
təhsil və tərbiyə
sistemi yaradıblar.
Nitq – əkslikdir, birinci şəxsdə yazılı və şifahi mətnyaratma, ikinci
şəxsdə isə mətnoxuma və mətn anlama prosesidir.
Mətn – birinci şəxsin söz və söz birləşmələri ilə yaratdığı və bütün
hallarda, ikinci şəxsə ünvanlanan informasiyanın görümlü maddi səs ya
yazı işarələr sırası kimi təsviridir. İnformasiyanı saxlamaq üsuludur.
Mətnyaratma – sözləri və söz birləşmələrini əzbərləmə (bilmə)
sayəsində onları simvol sırası kimi yeni-yeni problem-situasiyalara aid
etməkdir. Bu, situasiyaları ikinci şəxslər üçün təsvir etməkdir. Dünyanın
təzə mətnlərdə hər bir təsviri birinci şəxsə əvvəldən
məlum olan mətnlə
təsvirlər əsasında yeni kombinasiyaların, analoji təsvirlərin, mətn variant-
larının yaradılmasıdır. Dünyanı hər bir təsvir – əvvəlki mətn bilgisinin
yeni hallara tətbiqidir, mətn əsasında yeni mətn (variant) yaratmaqdır. Bu,
bir tərəfdən ikinci şəxslər tərəfindən bu təsvirlərin oxunmasını asanlaşdı-
rır, çünki əvvəlki mətnləri bilmək kod funksiyası oynayır və bunsuz mətn-
lə ünsiyyət çətinləşir. O biri tərəfdən əvvəlki mətn yaddaşının (variantla-
rın) yeni mətnyaratmada iştirakı mətnyaratmanın 99 faiz
hallarda analogi-
ya üzrə heç bir yaradıcılıq olmadan getməsi ilə nəticələnir. Dildəki mətnya-
ratmanın mexaniki, işarəvi təbiətini ört-basdır edən bu prosesin fərdiliyidir. Hər
bir mətnyaratma fərdi yaddaş prosesidir və üslubi özəlliyə malik olur. Lakin
həmişə əvvəlcədən (əzbər) bilinən mətn variantları əsasında yaradılır.
Canlı nitq zamanı mətnyaratma necə analogiya, əzbərçilik əsasında
gedirsə,
müəllif mətnyaratmasında da analogiya əsasında gedir. Danışıq pro-
sesində birinci şəxs necə fəhmlə, kor-təbii olaraq mətn sıraları və parçaları
yaradırsa, müəllif yaradıcılığı prosesində də mətnyaratma fəhmlə gedir.
82
Lakin strukturalizmin mətnyaratma qanunlarına və kodlarına mara-
ğı ciddi bir problemdir və dilin təbiətini izah baxımından köklü əhəmiyyə-
tə malikdir. Strukturalizmin əsas
nailiyyətləri dilin, mətn mədəniyyətinin
işarə sistemi olması barədə təsəvvürlərin müəllif yaradıcılığına və mədə-
niyyətin müxtəlif sahələrinə şamil edilməsidir. Bunun sayəsində mədəniy-
yətin müxtəlif sahələrində şərti işarəvi obraz, mətn dilləri barədə təsəv-
vürlər xeyli konkretləşmişdir. Bu bədii əsərin və obrazın
strukturunun
yeni nəzəriyyəsini irəli sürməyə imkan vermişdir. Lakin bu nəzəriyyə hələ
süjet. kompozisiya, fabula, konflikt, əhvalat və s. kimi klassik terminlərin
əhəmiyyətini heç də tam aradan qaldırmamışdır. Strukturalizm bu gün də
dilin təbiəti və quruluşu barədə nəzəriyyələrdən bədii əsər şərh etmək
üçün istifadə etmək təşəbbüsüdür və klassik ədəbi şərhdən
fərqli
təsəvvürlərə yol aça bildiyi üçün müasir ədəbiyyat elmində öz yeri vardır.
Məna – sözdə mövcud deyil. Məna – söz aləti ilə yaddaşda müəy-
yən sahələrin aktuallaşması prosesidir. Məna sözün ikinci şəxs tərəfindən
qavranma prosesidir və ancaq onun başında yaranır və yox olur. Məna sö-
zü oxuma, görmə və eşitmədən sonra yaranır, bunlardan qabaq heç bir
sözdə heç bir məna yoxdur. Mənayaranma prosesi mətn bilgisinin yaddaş-
da doğan mürəkkəb bir nəticəsidir.
Ona görə bir sıra strukturalistlərin bədii mətnləri məna daşıyıcısı
kimi təqdim etməsi yanlışdır. Məna daşıyıcılığı mətnlər (rituallar) haqda
mədəniyyətlər daxilində qəbul
olunmuş təsəvvürdür, faktı anlama üsulu-
dur. Məna problemləri mətnlərə yox, onların ikinci şəxs tərəfindən qavra-
yışı probleminə aiddir. Ona görə strukturalizmin guya sosioloji ədəbiyyat-
şünaslıqdan uzaqlaşması barədə təsəvvürlər yanlışdır. Görkəmli struktura-
listlərin mətnlərdə məna tapma sahəsindəki bütün tədqiqatları əslində
sosioloji və mədəni tarixi metodun hüdudlarından kənara çıxmır. Onlar
klassik ədəbiyyatşünasların təhlillərini universal kod termini altında müa-
sir ədəbiyyata tətbiq edirlər. Tapılan arxetiplər, miflər,
modellər əslində
mətnlərdən yox, strukturalistlərin klassik nümayəndələrinin təhlil ənənə-
sindən gəlir və onlar yeni-yeni mətnlərə tətbiq edilir. Bu baxımdan və bu
tərzdə hərəkət etdikdə marksist ədəbiyyatşünaslıqla strukturalizm arasında
metodoloji eyniyyət müşahidə olunur.
Ona görə
struktural poetikanın sosiologizmin hüdudlarından çıx-
ması barədə təsəvvürlər yanlış və özünü aldatmadır. Strukturalist ədəbiy-
yatşünas da, irəli fəsillərdə görəcəyimiz kimi, konkret təhsil şablonlarının
daşıyıcısıdır.