Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə40/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   36   37   38   39   40   41   42   43   ...   137

 
98
Təzə yazı işarələri köhnə işarələrə təzə cizgilər artırmaqla alınırdı. 
Sözlər də belə idi. Köhnə varianta xırda  əlavələr etmək yeni sözlərin və 
qrafemlərin yaranmasının əsas üsulu olub. Lakin yazının ilk mərhələsində 
sözlərin identikliyi anlayışı çox şərti olub, sözlərin müasir bitkin şəkli 
anlayışı olmayıb. Bu mənada elmdə işlənən heca yazısı anlayışına ehtiyat-
la yanaşılmalıdır. Heca anlayışı orfoqrafiyadan sonra yaranmış hadisədir. 
Ona görə yazının tarixində xüsusi heca yazısı dövrü olmayıb. Sami xalqla-
rın istifadə etdiyi saitsiz əlifbalar və yazı əslində saitlərin formalaşmadığı 
mərhələnin yazısıdır. Lakin saitlər formalaşıb samitlərdən ayrılandan 
sonra qədim yazılar saitlə oxunmağa başlayıb.  Əslində isə  qədim sami 
yazısının yarandığı vaxtlarda uzun saitlər haqda təsəvvür belə yox idi. İndi 
alimlər qədim mətnləri oxuyanda ora belə saitləri özlərindən artırırlar. 
 
 
2.4. İbtidai söz yazısının və şifahi nitq qabiliyyətinin  
qarşılıqlı təsiri haqqında 
 
Dil termini haqqında. Müasir dilçilikdə  və  ədəbiyyat nəzəriyyə-
sində dil deyəndə  sənaye inqilablarından və müasir icbari təhsilin 
tətbiqindən sonra yaranmış ümumxalq milli danışıq dilləri nəzərdə tutulur. 
Yazı isə bu milli danışıq dillərindən törəmə hesab olunur. Milli dillərdə 
yazmaq və danışmaq dilin eyni funksiyaları sayılır. Hətta yazılı nitq və 
şifahi nitq anlayışları yazı ilə danışığı eyniləşdirir. Dili ünsiyyət vasitəsi 
adlandırıb yazı ilə nitqi onun iki forması sayır. Lakin bu Ferdinand De 
Sösürdən sonrakı dilçiliyin fundamental səhvidir. Yazı dilin ünsiyyət və 
nitq vasitəsi olmaq funksiyasının bir forması deyildir. 
Yazı – dilin informasiya akkumulyatoru olmaq funksiyasıdır. 
Yazı dünya və insanlar barədə informasiyanı  işarə  sırası kimi maddiləş-
dirən işarə sistemidir. Yazı ünsiyyət vasitəsi mənasında götürülən dilə aid 
anlayış deyildir. Bəs yazı  nədir? Yazı informasiyanı maddiləşdirilmiş 
formada bildirmək və çoxlu adamların istifadə etməsi üçün saxlamaq 
vasitəsidir. Yazının bu məqsədində və funksiyasında mənşəcə ünsiyyət di-
li ilə heç bir əlaqə yoxdur. Yazı insanların yalnız instinktiv ünsiyyət səslə-
rindən istifadə etdikləri və sosial dil haqqında heç bir anlayışları olmadığı 
vaxtdan istifadə etdikləri sərti işarələrin bir formasıdır. Bu yazının fonetik 
yazıdan çox-çox qədimliyinin bir neçə xüsusiyyətini göstərmək olar. 
1.  İşarə yazısı  vəhşi insanın  şərti işarələrdən istifadə üsullarından 
biri kimi sosial dildən 200-300 min il əvvəldən mövcud olmuşdur. 


 
99
2. Yazıya qədər insanlar instinktiv səslərdən,  əşyalardan,  şəkillər-
dən, emosional instinktiv işarə  sıralarından istifadə etmişlər. Bu işarə 
sıralarının hər biri semiotika elminin müstəqil sahəsidir. 
3. Yazı ünsiyyət vasitəsi olan mədəni dilə yox, insanların bu dildən 
300 min il əvvəldən istifadə etməyə başladıqları işarə sistemlərinə aiddir. 
Yazı milli dillər haqda elmə yox, işarə sistemləri haqqında elm olan 
semiotikaya aid anlayışdır. 
4. Yazı  mənşəcə  işarədən instinktiv istifadə qabiliyyətinin, dildən 
əvvəl formalaşmış praktik mədəniyyətin: təqvimi əkinçiliyin və ovçuluğun, 
dənizçiliyin, hakimiyyət, quldarlıq və xüsusi mülkiyyətin yaranmasının nəticəsi 
olaraq hesablama, uçot, maddi yaddaş üsullarından doğmuşdur. 
Yazı ilə  mətnin fərqi. Yazınım tarixi 300 min ildən çoxdur və o, 
sosial dildən təxminən 295 min il əvvəl ortaya gəlmişdir. Yazı musiqi 
əlifbası, xəritəçilik, rəssamlıq, morze əlifbası və s. kimi semiotika elminə, 
mətn isə fonetik dilçilik elminə aid termindir. Yazıda fonetik sözdən 
istifadənin elmə arxioloji faktlarla məlum olan tarixi 5300, təxmini tarixi 
isə 7000 ildən çox deyildir. Yazıda xətti işarələrin bütün formalarından 
istifadə olunur. Mətndə isə əsas və yeganə işarə vahidi fonetik səslərdən 
ibarət sözlərdir. Fonetik söz instinktiv yaddaşla yox, sosial yaddaşla bağlı 
olan işarə vahididir. Sosial söz digər xətti yazı işarələrindən azı 295 min il 
cavandır 
Yazılı söz – dil qanunlarının identikliyini təmin edən sosial təh-
sil və maarif alətidir.  Dil sözlərdən işarə sistemi kimi istifadəyə əsasla-
nan sosial alətdir. Bu alətin ilk ibtidai elementləri yaranandan dil alətindən 
istifadədən ayrı olmayan dili öyrənmə, təhsil və maarif sistemi yaranmış-
dır. Dildən istifadə sosial alət kimi təhsilsiz mümkün deyil, çünki dil 
bilmə instinktiv deyil, bu, doğulandan sonra hər bir adamın öyrənməli 
olduğu alətdir. Bu, dili təhsildən ayrılmaz edir. Təhsilin isə əsas aləti yazı 
və yazılı mətnlərdir. Yazı dünya və insanlar barədə müəyyən informasi-
yaları maddiləşdirib saxlamaq, digər adamların da bu informasiyadan 
istifadəsini təmin etmək üçün yaradılıb inkişaf etdirilmiş alətdir. Yazı 
nəyisə sosial çoxluğa bildirmək, öyrətmək, təlim və  təhsil etmək, dünya 
haqda konkret anlayış vermək vasitəsidir. Yazılı sözdə obyektivlik və 
doğruluq iddiası vardır. Bu mənada yazı mənşəcə ən çox sosial təhsil və 
maarif sisteminin ən qədim, ən əsas alətidir. Sosial tərəqqi nəticəsində ya-
zıdan şəxsi alət kimi istifadə formaları da meydana çıxmışdır, lakin bunlar 
onun törəmə  və ikinci dərəcəli  əlamətləridir. Gündəlik, məktub yazmaq
teleqram mətni şəxsi də ola bilir. 
Rəsmi çıxışlar, alimin mühazirəsi, tamadanın giriş sözü, diktorun 
mətni də yazının bir şəklidir, yazılı mətndən əzbər istifadə üsuludur.  


 
100
Yazı prosesi birsubyektlidir. Yazının hədəfi və predmeti dünya 
haqqında məlumat və  təsəvvürləri çoxlu adamlara ötürməkdir. Yazının 
ünvanı çoxluq və  cəmiyyətdir. Müəllif yazı prosesində öz yaddaşında 
əzbər olan söz sıraları  əsasında yeni variantlar – yeni söz və birləşmə 
sıraları yaradır. Digər dili təzə öyrənənlər, zəif bilənlər həmin dildə yaza 
bilmirlər. Hətta insanlar dil açmadığı dildə yaza bilmirlər. Xüsusilə bədii 
əsər yazmağı bacarmırlar. Yazanda isə onların üslubu süni olur. 
Yazıda mətn dilini bilmə əsas rol oynayır. Yazılı mətnlər və kitab-
larla daimi oxuma və  işləmə sayəsində  mətnləri və onların söz sırasını 
əzbər bilmək qabiliyyəti yüksək səviyyəyə çatır (Söhbət formal dəqiqliklə 
əzbərbilmədən yox, prinsipcə əzbərdən gedir). Folklor üslubunu bilib şeir 
yazanlar lazım gəldikdə bir ərizə yaza bilmirlər. Çünki onlar kitab dilini 
bilmirlər. 
Sözdə  və ondan törəyən söz sıralarında dünyanı göstərmək, ifadə 
etmək, bildirmək xassəsi vardır. Yeni sıranın məqsədi – maddiləşdirilən 
yazı ilə insanlarda əvvəl olan məlumatları və təsəvvürləri tamamlamaq və 
ya dəqiqləşdirməkdir. Heç bir yazı təzə və prinsipcə orijinal deyil, çünki 
bu mümkün deyil. Müəllif  əslində istifadə etdiyi söz və ifadə  sırasının 
müəllifi deyil. Onun yeni variantını yaradandır. Əksinə hər bir yazı dəqiq-
ləşdirmədir. Yazı prosesində əzbər söz sıralarında sözlərin sırası və onla-
rın yeri dəyişir. Bu zaman söz sırasında  əks olunan dünya mənzərəsi də 
dəyişir, onun yeni variantı yaranır.  
Yazı prosesi – söz və söz birləşmələrinin subyektdən kənar dünyanı 
göstərmək, onun ifadəsi və işarəsi olmaq xassəsinə əsaslanaraq daha uzun 
söz birləşmələri, dil işarəsi sistemləri yaratmaqdır. Yazıya alınan sözlərin
birləşmələrin sayının artması onlardakı ümumu informativliyin də, 
dünyanın daha böyük obrazına işarəetmə potensialının da böyüməsi ilə 
nəticələnir. Daha çox söz dünyanın daha böyük obrazı olur. 
Fonetik kitab yazısı yeni sözlər və xüsusilə anlayışlar yaratmaqda 
inqilab yaratdı. Bu inqilabin formulu sadə idi: yazı prosesində bir sözü 
dəqiqləşdirmək, konkretləşdirmək üçün digər sözdən istifadə qaçılmaz 
oldu. Söz birləşməsində sözlərini sayının artması birləşmədə dünya 
haqqında informasiyanın həcmini artırırdı: kəşf bu idi. Sözləri yanaşı 
yazıb yeni anlayışlar yaratmağa başladılar. Bu söz birləşmələrinin, müasir 
cümlənin ibtidai forması idi. 
Sözü sözə qoşmaq dilin inkişaf tarixində inqilab idi, çünki söz 
birləşməsi yazılı dilin, mətnyaratmanın əsas forması idi. İstənilən cümlə, 
mətn söz birləşmələrinin sırasıdır. Mətndə isə istənilən söz digər sözə aid 
olur və onun təyini kimi çıxış edir. Xəbər mübtədanı, o isə  xəbəri təyin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə