Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə48/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   44   45   46   47   48   49   50   51   ...   181

 

116


Məsələ 839: Əgər qan astarlı paltarın üzərinə tökülüb astarına yetişsə və 

ya astarına tökülüb üzərinə çıxarsa ya bir paltardan digərinə toxunsa, hər bi-

rini ayrıca qan hesab etmək lazımdır. Əgər üst-üstə hesab etdikdə, dirhəmdən 

az olsa, onunla namaz düzgün, əks halda isə batildir. Amma məsələn, camaat 

arasında bir qan sayılacaq qədər bir-birnə bitişik olarsa, sahəsi çox olan tərə-

fin qanı dirhəmdən az olarsa, onunla qılınan namaz düzgündür. Əgər dirhəm 

qədər ya ondan çox olarsa, batildir. 

Məsələ 840: Əgər bədən və paltarda olan qan dirhəmdən az olsa və ona bir 

rütubət toxunduqdan sonra ətrafa yayılsa, həmin rütubət və qan birgə bir dirhəm 

miqdarı qədər olmasa da, onunla qılınan namaz batildir. Amma rütubət yalnız 

qana dəyib ətrafa yayılmazsa, onunla namaz qılmağın bir eybi yoxdur. 



Məsələ 841: Əgər bədən və ya paltar qana bulaşmasa, lakin rütubətli 

olaraq qana toxunması ilə nəcis olarsa, nəcis olan miqdar bir dirhəmdən az 

olsa da, onunla namaz qılmaq olmaz. 

Məsələ 842: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olsa və 

ona başqa bir nəcis də toxunarsa, məsələn, onun üzərinə bir damla sidik to-

xunarsa, bədən və ya paltarın pak bir yerinə  də toxunarsa, onunla namaz 

qılmaq caiz deyildir. Hətta bədən və ya paltarın pak yerinə toxunmasa da, 

vacib ehtiyata əsasən, namaz qılmaq düzgün deyildir. 

Məsələ 843: Namaz qılanın araqçın və corab kimi ayıb yeri örtməyən ki-

çik paltarı nəcis olsa, əgər nəcis leş və it kimi nəcisin eyni olan heyvandan 

düzəldilməmişsə, onlarla namaz qılmaq düzgündür. Əgər nəcis leşdən ya nə-

cis heyvandan düzəldilibsə, vacib ehtiyata əsasən, onlarla namaz qılmaq ba-

tildir. Əgər nəcis üzüklə namaz qılarsa, eybi yoxdur. 

Məsələ 844: Namaz qılanın üzərində nəcis dəsmal, açar, bıcaq və buna 

bənzər əşyaların olmasının eybi yoxdur. Həmçinin nəcis paltarın onun yanın-

da olmasının  namaza bir zərəri yoxdur. 

Məsələ 845: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən 

az olduğunu bilirsə, amma namazda icazə verilməyən qanlardan olduğunu 

ehtimal verirsə, həmin qanla namaz qılması caizdir. 

Məsələ 846: Əgər paltar və bədənində olan qan bir dirhəmdən az olsa və 

namazda icazə verilməyən qanlardan olduğunu bilmədən namaz qılsa, sonra 

icazə verilməyən qanlardan olduğu aydınlaşsa, namazı yenidən qılmaq lazım 

deyildir. Həmçinin  əgər bir dirhəmdən az olduğuna inanıb namaz qılsa və 

sonra bir dirhəm miqdarında və ya daha çox olduğu məlum olsa, namazı 

yenidən qılmaq lazım deyildir. 



Namaz qılanın paltarı ilə bağlı müstəhəb hallar 

Məsələ 847: Fəqihlər (Allah onlara rəhmət eləsin!) namaz qılanın palta-

rında bir neçə  şeyi müstəhəb biliblər; o cümlədən, təhtül-hənəkli  əmmamə 




 

117


(əmmamənin bir ucunu açıb çənənin altından dolandıraraq boyuna salmaq), 

əba və ağ paltar geyinmək, ən pak paltar geyinmək, xoş ətirdən istifadə et-

mək və əqiq üzük taxmaq. 

Namaz qılanın paltarı ilə bağlı məkruh hallar 

Məsələ 848: Fəqihlər (Allah onlara rəhmət eləsin!) bir neçə şeyi namaz 

qılanın paltarında məkruh biliblər; o cümlədən, qara, çirkli və dar paltar 

geyinmək, şərab içənin paltarını geyinmək, nəcasətdən çəkinməyənin paltarı-

nı geyinmək, üzrində çöhrə  çəkilmiş paltar geyinmək, paltarın düymələrini 

açıq qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq məkrih sayılmışdır. 

Namaz qılanın məkanı 

Namaz qılanın məkanının yeddi şərti vardır: 



Birinci şərt 

Vacib ehtiyata əsasən, mübah olmalıdır. 



Məsələ 849: Bir kəs qəsbi mülkdə namaz qılsa, xalça və taxt, bu kimi 

əşyaların üzərində olsa belə, vacib ehtiyata əsasən, namazı batildir. Amma 

qəsbi tavan altında və qəsbi çadırda namaz qılmağın eybi yoxdur. 

Məsələ 850: Mənfəəti başqasının olan bir mülkdə oranın mənfəətinə sa-

hib olan şəxsin icazəsi olmadan namaz qılmaq qəsbi bir yerdə namaz qılmaq 

hökmündədir. Məsələn, kirayə verilmiş bir evdə evin sahibi və ya başqa biri-

si kirayəçinin izni olmadan namaz qılarsa, ehtiyata əsasən, namazı batildir. 



Məsələ 851: Bir şəxs məsciddə otursa və başqası onun yerini zəbt edib 

orada namaz qılsa, namazı düzgündür, amma günah etmişdir. 



Məsələ 852: Qəsbi olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namaz-

dan sonra oranın qəsbi olduğunu bilərsə və qəsbi olduğunu unutduğu bir yerdə 

namaz qılıb sonra xatırlayarsa, namazı düzgündür. Amma özü qəsb etmişdirsə, 

bunu unudaraq orada namaz qılarsa, ehtiyata əsasən, namazı batildir. 



Məsələ 853: Əgər bir yerin qəsbi olduğunu və ondan istifadənin haram 

olduğunu bilərsə, amma qəsbi yerdə namazın mübahisəli olduğunu bilməsə 

və orada namaz qılarsa, ehtiyata əsasən, namazı batildir. 

Məsələ 854: Vacib namazını minikdə  qılmaq məcburiyyətində olan 

şəxsin mindiyi heyvan və ya yəhəri ya da nalı  qəsbi olarsa, vacib ehtiyata 

əsasən, namazı batildir. Həmçinin onun üzərində müstəhəb bir namaz qılmaq 

istəsə də, hökm eynidir. 



Məsələ 855: Əgər bir nəfər bir mülkdə başqası ilə şərik olsa, şərikinin 

payı ayrılmamışsa, onun icazəsi olmadan, həmin mülkdən istifadə edə bil-

məz və orada namaz qılmaq vacib ehtiyata əsasən, batildir. 



 

118


Məsələ 856: Əgər bir nəfər xümsü verilməmiş pulla bir mülk alsa, əksər 

alış-verişlərdə olduğu kimi, ümumi şəkildə öhdəsinə alsa, həmin mülkdən is-

tifadə etmək halaldır və verdiyi pulun xümsünü borcludur. Amma xümsü ve-

rilməyən pulun özü ilə mülk alsa, ondan istifadə etmək şəriət hakiminin ica-

zəsi olmadan haram və orada namaz qılmaz vacib ehtiyata əsasən, batildir. 

Məsələ 857: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və 

insan onun qəlbən razı olmadığını bilsə, onun mülkündə namaz qılmaq ol-

maz. Amma icazə vermədiyi halda, insan onun qəlbən razı olduğuna  əmin 

olsa, namaz qılmaq olar. 



Məsələ 858: Zəkat borcu və ya camaata borclu olan bir meyitin mülkün-

dən istifadə etmək onun evində namaz qılmaq kimi onun haqqını verməklə 

ziddiyyəti olmasa, varisin icazəsi ilə maneəsizdir. Həmçinin onun borcunu 

versələr və ya onu verməyə zamin olub öz öhdələrinə alsalar yaxud onun 

borcu miqdarında irsdən ayırsalar, hətta tələfata səbəb olsa belə, onun mül-

kündən istifadə etməyin eybi yoxdur. 



Məsələ 859: Əgər meyitin bəzi varisləri kiçik ya dəli və ya qaib olsa 

(hazır olmasa), onların qəyyumunun icazəsi olmadan onun mülkündən istifa-

də etmək haramdır və orada namaz qılmaq caiz deyildir. Amma meyitin dəf-

ni üçün hazırlanmasında lazım olan adi istifadələrin eybi yoxdur. 



Məsələ 860: Başqasının mülkündə namaz qılmaq ancaq açıq şəkildə ica-

zə verdiyi və ya namaz qılmağa dair razı olduğunu bildirən bir söz söylədiyi 

zaman – misal üçün, bir kimsəyə onun evində oturmağa və ya yatmağa izn 

versin ki, bundan namaz qılmağa da razı olduğu başa düşülsün – və ya insan 

ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi zaman caizdir. 

Məsələ 861: Çox geniş ərazilərdə sahibi kiçik və ya dəli olsa yaxud ora-

da namaz qılmağa razı olmasa da, namazı qılmaq caizdir. Həmçinin divar və 

qapısı olmayan açıq yerıərdə  və bağlarda da sahibindən icazə almadan na-

maz qılmaq olar. Amma bu halda sahibinin razı olmadığı məlum olsa, ondan 

istifadə etmək olmaz. Amma onların sahibi kiçik ya dəli olarsa və ya razı ol-

madığına güman edilərsə, vacib ehtiyata əsasən, ondan istifadə edilməsin və 

orada namaz qılınmasın. 

 

İkinci şərt 

Məsələ 862: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın 

ayaq üstə durmasına, ruku və  səcdələri ixtiyari şəkildə icra etməsinə mane 

olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta vacib ehtiyata əsasən, onun 

bədəninin aramlığına da mane olmamalıdır.  Əgər vaxtın darlığından və 

yaxud başqa səbəbdən, məsələn, maşın, gəmi və qatar kimi hərəkət edən yer-

lərdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qiblə və 

bədənin aramlığına riayət etməlidir.  Əgər onlar qiblədən başqa istiqamətə 

hərəkət etsə, qibləyə tərəf dönməlidir. Əgər qibləyə dəqiq şəkildə riayət et-

mək mümkün olmasa, çalışmalıdır ki, qiblə ilə olan fərq (90) doxsan  dərəcə-



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə