34
FƏ
S L II
ABŞERON YARIMADASINDA Ç RKLƏNM Ş TORPAQLARIN B OLOJ
REKULT VAS YASININ APARILMA METODLARI
2.1.Abşeron yarımadasının neft sənayesinin inkişaf tarixi.
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb
tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr)
Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu- shaq
stəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı,
Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir.
talyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq
ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr)
Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri,
neftin rana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi
illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində
aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə
usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Ə
min Əhməd Razinin ( ran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı
ə
trafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm
"qara", həm də "ağ" neft çıxarılırdı.
Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer sveç səfirliyinin
katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı
yataqlarında olmuş, neftin Abşeron yarımadasından rana, Orta Asiyaya və Şimali
Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy
Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki
neft quyusu qazdırmışdır
Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki,
bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.
I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil
edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə
Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan
sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin
inkişafı başlanır.
XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m
aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir.
1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad
Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində
soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət
göstərirdi.
Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə
bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft
hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə
başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır.
Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye
35
mərkəzlərindən birinə çevrilir. lk dəfə Abşeron yarımadasında 1871-ci ildə
Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci
ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir:
"Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və " carədarların
ə
lində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci
ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca
qoyulur.
O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlar neft axtarışı və aşkar
edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi. carədar
hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik
idi. carədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi. XIX
ə
srin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşi cəmi 4% təşkil
edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX
ə
srin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%)
azərbaycanlı olmuşdur.
O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı
Zeynalabdin Tağıyev, sa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev,
Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk
səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılır. 1873-cü ildə milliyətcə isveç
olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur.
1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti
yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk
dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları,
mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına
aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara
verildi.
1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km
uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir.1898-ci ildə neft mədənləri ilə
Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km
idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi.
1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və
neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik
idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin
satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft
ş
irkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə
nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da
dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-
alim D. .Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək
üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Bu kəmərin uzunluğu 833
km, d.-200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-cı ildə başa çatdırılır.
Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti
fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə
ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft
sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft