Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə26/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

 
95
Nümunə 40. I və II sətr. 
    
 Tetraxord 
 
 
 
 
 
 
«Halay» rəqs mahnısında tədrici qalxmalar və enmələr, 
ostinatolu notlara əsaslanan yerində səslənən səslərə, tersiya, kvarta 
sıçrayışları  və bu sıçrayışların geriyə, aşağıya enən səslərinə rast 
gəlinir. 
«Halay» rəqs mahnılarında trixordların müstəqil, sekunda 
intervallar ilə birləşməsi, tetraxordların  birləşməsi, tetraxordun 
trixord, sekunda səssıralarında birləşmələri   kimi meydana çıxır.  
«Halay»larda iştirak edən iki dəstənin deyişməsi zamanı baş verən 
səsaltı polifonik səslər B
2
, K
3
, X
4
 , X

intervalları əmələ gətirir. 
Lənkəran-Astara bölgəsində rast gəldiyimiz «Halay» rəqs 
mahnılarında  şur intonasiyaları üstünlük təşkil etmişdir. Rast və 
segah intonasiyaları «Halay» rəqs mahnılarında şur intonasiyalarına 
nisbətən azlıq təşkil edir. Şüştər intonasiyalarına isə nadir hallarda 
rast gəlinir. 
 
 
2.2. «Halay» rəqs mahnılarının 
 musiqili poetik xüsusiyyətləri 
 
«Halay» rəqs mahnılarında halaybaşlığları müxtəlif həyat və 
məişət hadisələri ilə bağlı olan bütün məqamları  bədii cəhətdən  
xarakterizə edir. Halaybaşlığlarının belə hadisələri təsvir etməsi 
yəni, beşik nəğmə xarakterli, yumoristik, əmək, insan xarakterli, 


 
96
toy, bayram, rişqənd, qarğış, oxşama və s. xarakterləri özündə  əks 
etdirir. 
Təbiətdə və cəmiyyətdə baş verən müxtəlif hadisələrin daima 
inkişaf edən və dialektik bir metoda əsaslanması «Halay» rəqs 
mahnılarının da tərkibinə  təsir göstərir. Buradan belə bir fikrə 
gəlmək olar ki, «Halay» mahnıları forma və  məzmun baxımından 
daima müxtəliflik təşkil etmiş və təşkil etməkdədir. Bu xüsusiyyət 
gələcəkdə müxtəlif  «Halay»ların yaranmasına da xidmət edir və 
gəraylı, bayatı  şeir növlərində  iki misra şəklində, qoşma növündə 
isə bir misra şəklində  əsasən halaybaşlığlarını  təşkil edir. 
Halaybaşlığları unison «Halay» kollektivləri tərəfindən ifa olunur. 
«Halay»larda  əsasən monodik prinsipdən irəli gələn hetrofonik 
səslənmə xüsusi əhəmiyyət daşıyır. Daha sonra bu «Halay» rəqs 
mahnılarında iki dəstəyə bölünmüş insanların bir-biri ilə deyişməsi 
eyni poetik məzmun və forma əsasında baş verir. Burada gəraylı, 
qoşma və bayatı iki misradan, halaybaşlığları isə iki  dəfə və daha 
çox təkrar oluna bilir. 
Qızılavar kəndində Xanım nənədən topladığımız və nota 
aldığımız «Əlolə» laylay mahnısı yeddi hecalı bayatı tipindədir. 
Əlolə teşte-teşte 
  3+4 
Ə boylim panə peşte  
3+4 
Əlolə 
simavare 
  3+4 
Ə boylim dilavare 
 
3+4 
Əlolə barzə bande 
 
3+4 
Ə boylim qülləğande  
3+4 
Bütün misraların heca birləşmələri 3+4 ölçüdədir. Burada 
«Əlolə»nın hərfi mənası lalə çiçəyi, «A boylim»in isə hərfi mənası 
oğlum deməkdir. «Əlolə» ilə «A boylim»in müqayisəsi çiçəklə, 
şəkərlə, oğulun dağlarla müqayisəsi əks olunur. Bütün misraların iki 
dəfə  təkrarı laylanın təsir gücünün qüvvətlənməsinə xidmət edir. 
Mahnının sonluğu isə sonuncu misra ilə bitir. Bu «Halay» 
mahnısının təkrarlanması zamanı digər bənd misralarının 
təkrarlanması eyni melodik prinsipə əsaslanır. 


 
97
«Axşam bazar»  halay rəqs mahnısı  bir bəndlik bayatı 
üzərində qurulmuşdur. Lakin bayatı misarlarının sonuna «ellərə 
sən», «axşam bazar yar hey» sözləri tərkib sözləri kimi əlavə edilir. 

Dağdan gəlin gələsən (ellərə sən) 
  2+5 
Bu eldə yellər əsən         (axşam bazar yar hey) 
3+4 
O günə qurban olum   (yellər əsən)         
 
3+4 
Güllər üçün gələsən (axşam bazar yar hey)  
4+3 
Bayatının birinci misrası 2+5, ikinci və üçüncü misraları 3+4, 
sonuncu misrası isə 4+3 heca birləşmə  şəklində verilir. Birinci 
misranın sonuna «ellərə  sən», üçüncü misranın sonuna «yellər 
əsən», ikinci və dördüncü misraların sonuna isə «axşam bazar yar 
hey» söz tərkibləri  əlavə edilir. Burada arzu və istəklə bağlı olan 
fikirlər, axşam vaxtı küləyin  əsməsinin dağdan gələn gəlinə 
bənzəməsi, bu küləyin mifik olaraq axşam bazarına bol-bərəkət 
gətirməsi kimi əks olunur. 
«Dü-dü-dü» mahnısı  gəraylı  bəndinə uyğun misralarla əks 
olunur. Buradakı misralar iki-iki qafiyələnir. Birinci misranın 
yarımmisrası 3+5, digər misralar isə 4+4 şəklində birləşir. Bu 
gəraylı misraları Ağəli adlı çoban haqqındadır. Bu çoban yay günü 
göy çəməndə, ağac altında tütək çalaraq qoyunlarını otarır. 
Talış dilində və alt misrada  Azərbaycan dilinə tərcümə 
Əğəli de pəson şeydə-dü-dü-dü   3+5 
Əğəli qoyunlara gedir-dü-dü-dü 
Doy bınədə tütək jəydə -dü-dü-dü 
 
4+4 
Ağac altda tütək çalır-dü-dü-dü 
Haymi çimən əçəy lefe-dü-dü-dü 
 
4+4 
Döşdə çəmən yorğanıdır -dü-dü-dü 
Sı sanqine , conış sofe-dü-dü-dü 
 
4+4 
Qıp-qırmızı, canı safdır -dü-dü-dü 
«Nar-nar-nar gilə, Durun gedək yargilə» halaybaşlığı ilə 
başlanan mahnı sevgilsinin yolunu gözləyən və onun iztirabını 
çəkən yarın xarakterik cəhətlərini özündə  əks etdirir. Burada 


 
98
halaybaşlığ söyləməsi iki misradan ibarət olur. Birinci misra 5, 
ikinci misra isə 7 hecadan ibarət olur. 
Nar-nar-nar gilə,  
 2+3 
Durun gedək yar gilə    
4+3 
 
Əzizim əsmə külək  
 
3+4 
Səbrimi kəsmə külək  
3+4 
 
Sevgilim yol üstədir  
3+4 
Yolunu kəsmə külək  
3+4 
Bu cümlənin variantlı melodik təkrarı halaybaşlığndan sonra 
səslənən birinci bəndin birinci iki misrasına  əsaslanır. Yenidən 
halaybaşlığ söyləməsi təkrar olunur. Daha sonra bayatının digər iki 
misrası oxunur və halaybaşlığ yenidən təkrarlanır. Mahnıda 
rondavari quruluş  əks olunur. Burada rast gəlinən bayatı  bəndinin 
poetik mətni  «Na na nay nay na nay» halay rəqs mahnısında 
istifadə olunur. 
Natavan Haşımovadan əldə etdiyimiz «Əlolə» mərasiminə aid 
olan «Balam laylay»    beşik nəğməsi beş  bənddən ibarətdir. Bu 
laylay mahnısı bayatı şəklində əks olunur. Mahnının  melodiyası bir 
period şəklində özünü göstərir. Laylayın ümumi quruluşu bayatının 
misra söyləmələrinə  əsaslanır.  İkinci cümlədə isə bayatının ikinci 
bəndi ifadə olunur. Burada ananın öz körpəsinə laylay çalması 
xarakterik cəhətdən özünü ifadə edir. Lakin laylaya tədricən yun 
didənin, düyü arıdanın, nehrə çalanın poetik mövzuları daxil olaraq 
laylayın xarakterini nisbət etibarı ilə  dəyişməyə başlayır. Buradakı 
bayatı misraları 4 hecalıdır. Yun didənin ifasında  əslində toy 
bəyinin yorğanının salınması, düyü arıdanın ifasında düyünün gözəl 
nemət kimi süfrə yaraşığı olması, nehrə çalanın ifasında isə yağın 
əmələ  gəlməsi haqqında mülahizələr məzmunlaşır. Birinci bəndin 
misralarının digər bəndlərin misralarından sonra hər dəfə 
təkrarlanması rondal quruluş meydana gətirir. Hər bənd müxtəlif 
məişət hadisələrini, müxtəlif  şəxslərin dilindən söylənilən 
gəraylılarla xarakterizə olunur. Birinci bənddə körpəyə həsr olunan 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə