151
üçün hüquqların təmin olunmasının əsaslarını meydana
gətirmiş olur.
Seçkilərin həyata keçirilməsi və nailiyyətlərin, yüksək
nailiyyətlərin əldə olunması həm də
maariflənmə ilə, yəni
düşüncələrin real prosesləri aşkarlamasının səviyyəsi ilə sıx
bağlıdır. Maariflənmə proseslərin gedişatında “özünüdərk”i
üzərə çıxarır.
Seçki və maariflənmiş cəmiyyətlər
Seçki prosesləri insanların daxili azadlıqlarının reallıqda
ifadəsini əks etdirən proseslərdir. Bu proseslər insanların
dövlət
haqqında ali düşüncələrinin reallaşmasından meydana gəlir.
Seçki prosesləri cəmiyyətlərin maariflənməsinin əsaslarını
yaradır. Bu maariflənmə də özünüdərklə, hüquqları dərk
etməklə vəhdət təşkil edir və daxili baxımdan eyni məzmuna
çevrilir. İnsanlar içərisində, onların təfəkküründə özündərk
məsələsini meydana gətirir. Yüksək səviyyədə özünüdərk həm
də yüksək səviyyədə seçkilərin keçirilməsinin əsaslarını
meydana gətirmiş olur. Çünki dövlət elə özünüdərkin yüksək
məhsuludur ki, bu da nizamlamanın və inkişafa məruz
qalmanın əsasıdır.
Seçkilərin
sabit şəraitdə
keçirilməsi
cəmiyyət
və
dövlətdaxili sabitliyə əsaslanır. Seçkilərin keçirilməsi və ardıcıl
qaydada sistemləşməsi təbii ki, mexanizmləri təkmilləşdirir.
Mexanizmlərin təkmilləşməsi isə qaydaların yaranmasının
ə
saslarını üzərə çıxarır. Seçkilərin keçirilməsinin yüksək
mərhələsi və səviyyəsi təbii ki, resurs zənginliyinə bağlı olur.
Maddi cəhətdən kasıb yaşayan cəmiyyətlərdə insan hüquqları
sərbəst və azad olmadığından seçkilərin şəffaf keçirilməsi də
qeyri-mümkün bir hala çevrilir. Seçki prosesləri insan
hüquqlarının cəm halda təcəssümünü özündə ehtiva edir. Bu
baxımdan da universal bir proses olaraq əhəmiyyət kəsb edir.