Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

150 
 
 
gəlir  və  proseslərin  sonu  olaraq  çoxluq  bütövlüyü  meydana 
gətirir.  Yeni  bütövlük  və  yeni  rəhbər  şəxs  seçki  proseslərinə 
yeni istiqamtləri vermiş olur.  
Seçkilər üçün əlverişli şəraitin yaradılması seçkilərin şəffaf 
keçirilməsi  insan  hüquqlarının  azad  və  sərbəst  şəkildə 
reallaşmasının  əsaslarını  təşkil  edir.  Seçkilərin  keçirilməsi  bir 
demokratiya  prosesidir  ki,  bunun  da  sayəsində  hakimiyyət 
formalaşır  və  dövlətin  və  onun  hakimiyyətinin  rəhbərləri 
müəyyən olunur. Seçki özü hakimiyyət və vətəndaşlar arasında 
bir  məsuliyyət  vasitəsidir.  Çünki  hakimiyyətin  özünü  elə 
vətəndaşların  özləri  bir  tərəf  kimi  formalaşdırırlar.  Seçki 
hakimiyyətlə vətəndaşlar arasında asılılığı artırır, məsuliyyət və 
öhdəliyi  böyüdür.  Seçki  hakimiyyəti  vətəndaşlardan  asılı 
vəziyyətə  salır  və  onların  vətəndaşlar  üçün  xidmət  etməsinin 
ə
saslarını yaradır və öhdəlikləri üzərə çıxarır. Vətəndaşın siyasi 
arzusu və istəyi əsasən seçkilərdə reallaşmış olur. 
Seçkilərin  keçirilməsi  üçün  resursların  əldə  olunması 
başlıca 
olaraq 
seçki 
şə
raitinin 
yaradılması; 
seçki 
qanunvericiliyinin  təkmilləşdirilməsi  və  seçki  qaydalarının 
müəyyən  olunmasından  ibarətdir.  Seçki  həm  də  bir  təbliğat 
vasitəsi  olduğundan  bu  prosesin  keçirilməsi  üçün  müəyyən 
təşviqat və təbliğat şəraitinin yaradılması vacib amilə və ünsürə 
çevrilir.  Seçkilər  üçün  təbliğat  və  təşviqat  şəraitinin 
yaradılması  seçicillər  və  seçilənlər  üçün  lazımi  materialların 
ə
ldə olunmasından ibarətdir. 
Seçki  prosesləri  üçün  resursların  əldə  olunması  zamana 
(burda zamanı  və  onun  yaxınlaşmasını əslində əldə olunan 
resursların bolluğu meydana gətirir) və maddi imkanlara da 
bağlıdır.  Zamanın özünü də maddi-material resurslar müəyyən 
etmiş  olur.  Maddi-material  resursların  yüksək  səviyyədə  əldə 
olunması  və  bol  resurslar  inkişafı  meydana  gətirmiş  olur. 
İ
nkişaf etmiş cəmiyyətlərdə seçkilər daha da yüksək səviyyədə 
həyata  keçirilmiş  olur.  Seçki  prosesi  özü  elə  gələcək  zaman 


151 
 
 
üçün  hüquqların  təmin  olunmasının  əsaslarını  meydana 
gətirmiş olur.  
Seçkilərin  həyata  keçirilməsi  və  nailiyyətlərin,  yüksək 
nailiyyətlərin  əldə  olunması  həm  də  maariflənmə  ilə,  yəni 
düşüncələrin  real  prosesləri  aşkarlamasının  səviyyəsi  ilə  sıx 
bağlıdır.  Maariflənmə  proseslərin  gedişatında  “özünüdərk”i 
üzərə çıxarır.  
  
Seçki və maariflənmiş cəmiyyətlər 
 
Seçki  prosesləri  insanların  daxili  azadlıqlarının  reallıqda 
ifadəsini əks etdirən proseslərdir. Bu proseslər insanların dövlət 
haqqında  ali  düşüncələrinin  reallaşmasından  meydana  gəlir. 
Seçki  prosesləri  cəmiyyətlərin  maariflənməsinin  əsaslarını 
yaradır.  Bu  maariflənmə  də  özünüdərklə,  hüquqları  dərk 
etməklə  vəhdət  təşkil  edir  və  daxili  baxımdan  eyni  məzmuna 
çevrilir.  İnsanlar  içərisində,  onların  təfəkküründə  özündərk 
məsələsini meydana  gətirir. Yüksək səviyyədə özünüdərk həm 
də  yüksək  səviyyədə  seçkilərin  keçirilməsinin  əsaslarını 
meydana  gətirmiş  olur.  Çünki  dövlət  elə  özünüdərkin  yüksək 
məhsuludur  ki,  bu  da  nizamlamanın  və  inkişafa  məruz 
qalmanın əsasıdır.  
Seçkilərin 
sabit  şəraitdə 
keçirilməsi 
cəmiyyət 
və 
dövlətdaxili sabitliyə əsaslanır. Seçkilərin keçirilməsi və ardıcıl 
qaydada  sistemləşməsi  təbii  ki,  mexanizmləri  təkmilləşdirir. 
Mexanizmlərin  təkmilləşməsi  isə  qaydaların  yaranmasının 
ə
saslarını  üzərə  çıxarır.  Seçkilərin  keçirilməsinin  yüksək 
mərhələsi  və  səviyyəsi  təbii  ki,  resurs  zənginliyinə  bağlı  olur. 
Maddi  cəhətdən  kasıb  yaşayan  cəmiyyətlərdə  insan  hüquqları 
sərbəst  və  azad  olmadığından  seçkilərin  şəffaf  keçirilməsi  də 
qeyri-mümkün  bir  hala  çevrilir.  Seçki  prosesləri  insan 
hüquqlarının  cəm  halda  təcəssümünü  özündə  ehtiva  edir.  Bu 
baxımdan  da  universal  bir  proses  olaraq  əhəmiyyət  kəsb  edir. 


152 
 
 
Universal  qaydada  bərbarləşdirici  olduğuna  görə  seçki 
hüquqları  sistemləşdirici,  tarazlayıcı  bir  hüquqa  çevrilir.  Seçki 
prosesləri  universallaşdırıcı  və  yekunlaşdırıcı,  buna  görə  də 
yüksəyə doğru aparıcı hüquq kimi böyük önəm kəsb edir.  
Seçki  prosesləri  cəmiyyətdə  vətəndaş  hüquqlarının 
bütövləşməsini  və  vəzifə  və  səlahiyyətlərin  bölgüsünü 
meydana  gətirir.  Seçki  prosesləri  universal  hüquqların  və 
vəzifə  bərabərliyinin əsaslarını  yaratmış  olur. Öz  hüquqlarını 
dərindən  dərk  edən  və  dövlətin  qəbul  etdiyi  hüquq 
normaları  ilə  yaxından  bələd  olan  və  kifayət  qədər 
məlumata  sahib  olan  şəxslər  (vətəndaşlar)  maariflənmiş 
vətəndaşlar hesab oluna bilirlər. Maariflənmə həm də çoxlu 
sayda faktlar, biliklər üzərində dərketməni təmin etməkdən 
ibarətdir.  Seçki  prosesləri  də  vətəndaşlara  öz  hüquqlarını 
dərindən  dərk  etməyə  imkan  verən  əsas  üsul  və  vasitələr  kimi 
də  əhəmiyyət  kəsb  edir.  Seçki  prosesləri  və  bu  proseslərdə 
aktiv  iştirakın  əsasları  insanların  ali  hüquqlarının  dərk 
olunmasının əsaslarını meydana gətirimiş olur. 
Cəmiyyətdə  olan  resurslar  da  seçki  proseslərinin  yüksək 
səviyyədə  təşkil  olunması  üçün  şəraitin  yaranmasında  mühüm 
rol oynayır. Maariflənmiş cəmiyyətlər üçün seçki təkmil dövlət 
sisteminin təşkil olunmasında faydalı bir ünsür rolunu oynayır. 
Seçki  proseslərinin  mərhələli  keçirilməsi  aşağı  mərhələdə 
dövlətin idarəçiliyinə can atan şəxslərin yetişməsində böyük rol 
oynayır.  Yəni,  seçkilər  gələcək  inkişaf  üçün  müəyyən  bir 
stimulverici  əhəmiyyətə  malik  olur.  Seçkilər  dövlətin  siyasi 
sistemində komanda şəkilində iştirakın əsaslarını yaratmış olur. 
Cəmiyyətdəki 
müəyyən 
siyasi 
qrupların 
yaranmasının 
ə
saslarını  təşkil  edir.  Bu  da  özlüyündə  maraqların  qruplaş-
masını və cəmləşməsini yaradır. Maraqların cəmləşməsi enerji 
potensialını  ortaya  çıxarır  və  dövlətin  iadərçiliyndə  güclü 
tərəfin  ortaya  çıxması  üçün  şəraiti  yaradır.  Maariflənmiş 
cəmiyyətlər daima bütün prosesləri digər cəmiyyətlərə nisbətən 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə